İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur



Yüklə 436,25 Kb.
səhifə6/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   2   3   4   5   6   7   8   9   ...   109
tarix

Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur.

Protokol №8, 14.02.2018

Bakı-2018
1.Azərbaycanda ilk yaşayış məskənləri

İbtidai icma cəmiyyəti bəşər tarixinin ilkin pilləsini təşkil edir. İbtidai icma cəmiyyəti üçün istehsal vasitələri üzərində ümumi mülkiyyətin mövcudluğu, məhsuldar qüvvələrin zəif inkişafı şəraitində kollektiv istehsal və birgə məhsul bölgüsü səciyyəvidir. İbtidai icma quruluşu digər ölkələrdə olduğu kimi, Azərbaycanda da uzun sürmüşdür. Çünki bu dövrdə əmək alətləri sadə, istehsal texnikası aşağı səviyyədə olub, cəmiyyətin təsərrüfat fəaliyyəti təbii mühitdən birbaşa asılı idi. İbtidai icma cəmiyyəti Azərbaycanda ilk insan yarandığı vaxtdan (təxminən 1,5 milyon il bundan əvvəl) iri tayfa birliklərinin və ilkin dövlət qurumlarının yaranmasınadək (eramızdan əvvəl III – I minillik) olan bir dövrü əhatə edir.

İbtidai icma cəmiyyətinin arxeoloci baxımdan dövrləşməsi aşağıdakı kimidir:


  1. Qədim daş dövrü (Paleolit) – təxminən 1,5 milyon il bundan əvvəl başlamış və e.ə. XII minilliyə qədər davam etmişdir.

  2. Orta daş dövrü (Mezolit) – e.ə. XII-VIII minilliklər.

  3. Yeni daş dövrü (Neolit) – e.ə. VII-VI minilliklər.

  4. Mis-daş dövrü (Eneolit) – e.ə. VI-IV minilliyin ortaları.

  5. Tunc dövrü – e.ə. IV minilliyin ortaları – II minilliyin sonları.

  6. Dəmir dövrü – e.ə. II minilliyin sonları – I minillik.

İbtidai icma cəmiyyəti öz inkişafında üç mərhələdən keçmişdir:

  1. İbtidai insan dəstəsi və ya ulu icma

  2. Qəbilə icması

  3. İbtidai icma quruluşunun dağılması

İbtidai icma dəstəsi və ya ulu icma alt və orta paleolitdə (1,5 milyon ildən 40 min il bundan əvvələ kimi) yaşamışdır. İnsanlar qida əldə etmək və heyvanlardan qorunmaq zərurəti qarşısında 20-30 nəfərdən çox olmayan bir dəstə halında birləşirdilər və belə ilkin insan dəstələri Qarabağda (Azıx və Tağlar mağaraları) və Qazax bölgəsində (Damcılı və Daşsalahlı mağaraları) məskən salmışdır. İbtidai insan yem əldə etmək üçün yığcılıq və ovçuluqla məşğul olurdu və bu istehlak təsərrüfatı adlanırdı.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin