İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur



Yüklə 436,25 Kb.
səhifə60/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   56   57   58   59   60   61   62   63   ...   109
tarix

Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur.

Protokol №8, 14.02.2018

Bakı-2018

1.Azərbaycan xanlıqlarının yaranmasının tarixi şəraiti

1.XVIII əsrin 40-cı illərindən başlayaraq Azərbaycanda Xalq azadlıq hərəkatı özünün inkişafının yeni mərhələsinə qədəm qoydu.

Nadir şahın ölümündən sonra (1747-ci il may) onun dövləti əsl mənada dağıldı. Orta Asiya və Qafqazda müstəqil və yarımmüstəqil xanlıqlar meydana çıxdı. İranda ali hakimiyyət uğrunda iyirmiyə yaxın sərkərdə mübarizə aparırdı. Hakimiyyət on dörd dəfə əldən ələ keçdi Dövlətin paytaxtı altı dəfə dəyişdi. Xanlıqların yaranması təsadüfi olmayıb, Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizədə qanuna uyğun mərhələ idi.

Azərbaycan İrandan vahid şəkildə ayrılmayıb xanlıqlara parçalandı. Bunun səbəbi isə 1. Ölkədə iqtisadi birliyin olmaması; 2.Təsərrüfatın natural xarakter daşıması; 3.Feodalların mərkəzdənqaçma meyilləri hər birinin müstəqil hakimliyə can atması; 4.İran qoşunlarının azərbaycan ərazisini tərk etməsi; 5. Burada marağı olan İran və Rusiyanın mənafeyinə uyğun gəlməməsi, beynəlxalq aləmdə qüvvələr nisbətinin dəyişməsi idi.

Xanlıqlar ictimai-siyasi və mədəniyyət mərkəzləri olan şəhərlər ətrafında yaranmışlar. Xanlar isə el-tayfa başçıları idilər.

A.A.Bakıxanovun sözləri ilə desək bu tarixi şəraitində Azərbaycanda “...ayrı-ayrı xanlıqlar yarandı, onların hakimləri irsən və müstəqil hərəkat edərək müstəqil dövlətlər oldular”

Nadir şahın ölümündən sonra müstəqil və yarımmüstəqil xanlıq,sultanlıq və məliklər yarandı.Azərbaycanın cənubunda Ərdəbil, Sərab, Qaradağ, Təbriz, Marağa, Maku, Xoy, Urmiya xanlıqları yarandı.Şimal torpaqlarımızda Dərbənd, Quba, Bakı, Cavad, Lənkəran, Şamaxı, Şəki, Qarabağ, Gəncə, İrəvan və Naxçıvan xanlıqları, İlisu, Qəbələ, Ərəş, Borçalı, Qazax, Şəmşəddil sultanlıqları, Xaçın, Vərəndə, Dizaq, Gülüstan(Talış), Çiləbörd məlikləri mövcud idi.

Güney Azərbaycanda yaranan xanlıqlar arasında Urmiya xanlığı xüsusi yer turudu.Xanlığın əsasini Nadir şahın əmisi oğlu Fətəli xan Əfşar qoymuşdu.

Xanlığın mərkəzi Urmiya, sonra isə Təbriz olmuşdu. Fətəli xan Təbriz, Xoy, Qaradağ, Marağa, Sərab, xanlıqlarını tabe edərək Ərdəbil və Maku xanlıqlarını çıxmaqla bütün Cənubi Azərbaycan torpaqlarını birləşdirmişdi 1759-cu ildə Qarabağ hakimi Pənahəlixanı özündən asılı vəziyyətə salaraq oğlu İbrahimxəlil ağanı girov götümüşdü.

Mərkəzi hakimiyyət uğrunda mübarizə aparan Məhəmməd Həsən xan Qacar 1757-ci ildə Azərbaycana yürüş edərək Urmiya şəhərini və Fətəli xan Əfşarın xəzinəsini ələ keçirdi və Kərim xan məğlub oldu.

Xoy xanlığı Urmiya xanlığı zəiflədikdən sonra, Azərbaycanın cənub xanlıqları içərisində ən güclüsü oldu. İrəvan, Naxçıvan və Qaradağ xanlıqları bir müddət Xoy xanlıqğından asılı vəziyyətə düşmüşdür.

1783-cü ildə Təbriz yaxınlığında döyüşdə Urmiya və Sərab xanlıqlarının birləşmiş qüvvələrinin məğlubiyyətə uğratdıqdan sonra Xoy xanlığının nüfuzu daha da artdı.

Təbriz xanlığının əsası XVIII əsrin ortalarında Əmiraslan xan tərəfindən qoyulmuşdu. Təbriz Azərbaycan torpaqlarının birləşməsi uğrunda mübarizəsinin mərkəzinə çevrildiyindən Fətəli xan Əfşar bu xanlığı özünə tabe etdirmişdi. Onun ölmündən sonra 1763-cü ildə Təbriz xanlığı yenidən müstəqilləşmişdi. Xanlıq on min nəfərdən ibarət daimi qoşuna malik idi.

Qaradağ xanlığı Nadir şahın ölümüdən sonra yaranmışdı. Kazım xan (1748-1752) xanlığı müstəqil idarə edirdi. Xanlıq iki min nəfərlik qoşuna malik idi.Kərim xan 1752-ci ildəki Şəki xanı Hacı Çələbiyə qarşı təşkil olunmuş “Qızılqaya xəyanəti” ndə iştirak etmişdi. 1782-ci ildə Xoy və Qarabağ xanlıqlarının birləşmiş hərbi qüvvələr tərəfindən tutulduqdan sonra xanlıq xeyli zəiflədi. 1791-ci ildə isə Ağa Məhəmmədxan Qacara tabe oldu.

Ərdəbil xanlığı XVIII əsrin ortasında yaranmış, əsasını isə şahsevən tayfasından olan Bədir xan qoymuşdu.Onun oğlu Nəzərəli xanın hakimiyyəti (1747-1792) dövründə xanlıq xeyli güclənmişdi. Xanlıq üç min nəfərlik qoşuna malik idi.

Şəki xanlığı - Hacı Çələbi tərəfindın 1743-cü ldə əsas qoyulmuşdur. Ən güclü xanlıqlardan biri idi. Hacı Çələbi hakimiyyətinin əvvəlindən Azərbaycan torpaqlarını birləşdirməyi qarşısına bir məqsəd olaraq qoymuşdu Lakin bu siyasəti elə bir ciddi uğur qazanmadı.1748-ci ildə Qarabağ xanlığına hücum etmiş və Bayat qalasını mühasirəyə alsada ələ keçirə bilməmişdi. Hacı Çələbi Pənahəli xanın hakimiyyətini rəsmən tanıdığını bildirdi və “İndiyədək o, zərb olunmamış, gümüş paçası idi, biz gəldik onu pula çevirdik”.

Şəki xanlığının güclənməsi Qarabağ və Gəncə xanlıqlarını, xüsusilədə Kartlı-kaxetiya çarlığını bərk narahat edirdi. O, Azərbaycan xanları ilə hac Çələbiyə qarşı ittifaq yaratmağa nail oldu. 1752-ci il martın 21-də Gəncə şəhəri ətrafında Qızılqaya adlı yerdə Kartlı-Kaxetiya çarı II İraklı, Gəncəli Şahverdi xan, Naxçıvanlı Heydər xan, Qaradağlı Kazım xan, Qarabağlı Pənahəli xan və başqaları xəyanətlə rastlaşdılar. “İrakli Azərbaycan xanlarını əsir götürdü.Hacı Çələbi xan bu xəyanətdən xəbər tutan kimi ordusuna Kür çayını keçməyi əmrini verdi. Gəncə ətrafındakı döyüşdə II İrakli məğlub oldu. Azərbaycan xanları əsirlikdən azad oldular. Ələ keçirilən Qazax və Borçalı Şəki xanlığına birləşdirildi. “Qızılqaya” xəyanəti göstərdi ki, vətən naminə Azərbaycan xanları vahid cəhbədə birləşməlidirlər. Hacı Çələbi xanın əsas məqsədlərindən biri Şamaxı xanlığını özünə tabe etmək idi. Onun bu arzusunu Hüseynxan həyata keçirtdi. O, 1767-ci ildə Qubalı Fətəli xan ilə Şamaxı xanlığını ələ keçirərək öz aralarında böldülər.

1768-ci ildə Şəki xanlığının hakimiyyəti altına düşən ərazini Qubalı xan öz torpaqlarına birləşdirdi.



Şəki xanlığı 1768-ci ildə Quba xanlığından asılı vəziyyətə düşsədə 1789-cu ildə Qubalı Fətəlixanın ölümündən sonra müstəqiliyini bərpa etdi. 1795-ci ildə hakimiyyətə gələn Səlimxan 1806-cı ilədək xanlığı idarə etmişdir. Xanlığın ərazisi səkkiz mahaldan ibarət idi. Mahaları xanın təyin etdiyi naiblər idarə edirdilər. Əhalisi kənd təsərrüfatı sənətkarlıq və ticarətlə məşğul olurdu. Şəki xanlığında iki min qoşun var idi. Quba, Bakı və Qarabağ xanlıqlar ilə tamsərhəd olan Şamaxı xanlığının əsasını 1747-ci ild Hacı Məhəmməd Əli bəy Məhəmməd Səid və Ağasi qardaşları qoymuşdur. Başqa xanlıqlardan fəqli olaraq Şamaxıda iki hakimiyyətlilik mövcud idi. Bunlar arasında gedən mübarizə Məhəmməd Səid xanın qələbəsi ilə başa atdı. 1761-ci ildə yeni Şamaxanı ələ keçirərək iki hakimiyyətliliyə son qoydu. Xanlığın mərkəzi köhnə Şamaxı şəhəri idi. 1767-1768-ci illərdə Qubadlı Fətəli xanın hücumları nəticəsində Şamaxı xanlığı Quba xanlığına tabe oldu. 1789-cu ildə Fətəli xanın ölümündən sonra yenidən müstəqil oldu. XVII əsrin sonlarında xanlıq on yeddi mahaldan ibarət idi.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin