3.XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti .
XX əsrin əvvəllərində milli şüurun oyanması və milli ideologiyanın formalaşmasında xaricdə təhsil almış gənclər mühüm rol oynadılar. Onlar bu işdə xalq maarifinə xüsusi əhəmiyyət verirdilər. Çar hökuməti məhdudiyyət qoymasına baxmayaraq, Azərbaycanda xalq maarifi inkişaf edirdi. Qabaqcıl ziyalılar xalqın maariflənməsi üçün xüsusi fədakarlıq göstərirdilər.
Azərbaycan müəllimlərinin 1906-ci ilin avqustunda keçirilən I qurultayında və Rusiya müsəlmanlarının qurultayında türk xalqlarının yaşadığı bölgələrdə yeni tipli məktəblərin yaradılması, ibtidai icbari təhsilin həyata keçirilməsi, təhsilin ana dilində aparılması kimi məsələlər qaldırıldı. Yeni dərs vəsaitlərinin yaradılmasına diqqət artırılırdı. A.Şaiq, H.Mahmudbəyov və başqalarının iştirakı ilə “Uşaq çeşməyi”, “Gülzar”, “İkinci il”, “Üçüncü il”,”Yeni türk əlifbası” və b. dərsliklər yazıldı. 1910-cu ildə R. Əfəndiyevin “Uşaq aləmi” müntəxabatı nəşr edildi.
XX əsrin əvvəllərində gimnaziyalarla yanaşı, realnı məktəblər də tam orta təhsil verirdi. 1912-ci il “Əsasnaməsi” nə əsasən, Azərbaycandaki şəhər məktəbləri ali ibtidai məktəblərə çevrildi. XX əsrin əvvəllərində məktəblərin sayı bir qədər artdı. 1915-ci ildə Azərbaycanda orta və nataman orta məktəblərdə 9,4 min nəfərdən çox şagird təhsil alırdı. 1901-ci ildə Bakıda H.Z. Tağıyev tərəfindən qız məktəbi açıldı.
Məktəblərdə pedaqoji kadrlara ciddi ehtiyac var idi. Müəllimə olan ehtiyacı müəyyən qədər ödəmək üçün 1914-cü ildə Gəncədə, 1916-cı ildə Bakıda müəllimlər seminariyası açıldı.
XX əsrin əvvəllərində elm sahəsində də müəyyən irəliləyiş nəzərə çarpırdı. Neft geologiyası, neft texnikası və neft kimyası sahələrində ilk addımlar atılmışdı. Bu sahədə rus alimləri İ.Qubkin, N.Zelinski, D.Qolubyatnikov və başqaları xüsusi xidmət göstərmişdilər. Neft sənayesində M.Xanlarov, A.Mirzəyev, İ.Rzayev, F.Rüstəmbəyov və başqa azərbaycanlı mühəndislər fəaliyyət göstərirdilər. Qafqazın, o cümlədən Azərbaycanın coğrafiyası, flora və faunası barədə bir sıra tədqiqatlar aparılmışdı.
Azərbaycan tarixi sahəsində Rəşid bəy İsmayılovun “Müxtəsər Qafqaz tarixi” (1904), Ş.H.Mollazadənin 4 cilddə “Zübdət ültəvarix” (“Tarixlərin ən yaxşıs”) (1905-1911), Mirzə Rəhimin “Qarabağın yeni tarixi” (1912) əsərləri meydana çıxmışdı.
Coğrafiyaşünas Məmməd Qasım Əliyev Finlandiyanın və şimali Mancuriyanın topoqrafik coğrafiyası, İbrahim ağa Vəkilov topoqrafik xəritələrin hazırlanması ilə məşğul olmuş, Qafur Rəşad Mirzəzadənin 1910-cü ildə “Qafqaz coğrafiyası haqqında” əsəri nəşr edilmişdi.
XX əsrin əvvəlkərində mətbuat və nəşriyyat işləri qənaətbəxş dəyildi. İnqilabı və milli azadlıq hərakatının yüksəldiyi dövrdə müxtəlif cərəyanlar və partiyalar arasında mübarizə, əsasən, mətbuat vasitəsi ilə aparılırdı. XX əsrin əvvəllərində Azərbaycanda mətbuat, ideya istiqamətinə görə, bolşevik, demokratik, milli burjua mətbuatına bölünürdü. Bolşevik idəyalarını rus dilində “Bakinski raboçi”, “Prizıv” “Qudok”, “Bakinski proletari” və s., Azərbaycan dilində nəşr olunan “Dəvət”, “ Yoldaş”, “Təkamül”, “Hümmət” və s. qəzet və jurnallar yayırdı. Bu mətbuat orqanlarında sinfi mübarizəni əsas götürən markisist idəologiya təbliğ olunurdu.
Azərbaycanda dəmokratik idəyalı mətbuat organları da var idi. Bu baxımdan M.Şahtaxtinskinin redaktorluğu ilə Azərbaycan dilində “Molla Nəsrəddin” jurnalı nəşr edilməyə başladı. Sonralar Təbrizdə və Bakıda nəşr olunan bu jurnal özünün demokratik idəyaları ilə fərqlənirdi. Jurnal xalqın taleyi ilə bağlı olan məsələləri diqqət mərkəzində saxlayırdı. M.Ə.Sabir, Ə. Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi və başqa ziyalılar onun ətrafında toplanmışdı.
Birinci dünya müharibəsi ərəfəsində Azərbaycanda “Zənbur”, “Babayi Əmir”, “Bəhlul”, “Tuti”, “Məzəli”satirin jurnalları nəşr edilirdi. 1907-1911-ci illərdə nəşr olunan satirik “Arı” və “Bəhlul” (redaktoru peşakar jurlalist Əjdər Əliyev idi) dövrün haqsızlıqlarını çox amansızlıqla tənqid edirdi. Mətbuatın inkişafında Ü.Hacıbəyovun böyük xidmətləri olmuşdur. “Dəbistan”, “Rəhbər”, “Məktəb”jurnallarında maarif və məktəb məsələləri əsas yer tuturdu.
Azərbaycan milli burjuaziyasının görkəmli nümayəndələri və xeyriyyəçiləri H.Z.Tağıyevin, M.Muxtarovun, İ.Aşurbəyovun vəsaiti ilə bir sıra qəzet və jurnallar nəşr edilirdi. Həmin qəzet və jurnalları Ə.Ağayev, Ə.Hüseynzadə, Ə.M.Topçubaşov, M.Ə.Rəsulzadə və başqaları nəşr edirdilər. Milli burjua təmayüllü “Həyat”, “İrşad”, “Tərəqqi”, “İşıq”, “Fyüzat”, “Şəlalə”, “İqbal”, “Açıq söz”kimi qəzet və jurnallar da buraxılmışdı. XX əsrin əvvəllərində nəşr olunan və Xədicə xanım Əlibəyovanın redaktoru olduğu “İşıq” jurnalının bütün əməkdaşları qadınlar idi. Jurnal Azərbaycan qadınlarının problemlərini müzakirə edirdi.Həşim bəy Vəzirov “Təzə həyat” qəzetini nəşr edirdi. 1915-ci ildə M.Ə.Rəsulzadənin redaktorluğu ilə “Müsavat” partiyasının “Açıq söz” qazeti nəşr olunmağa başladı Qəzetdə dövrün vacib içtimai-siyasi probləmləri öz əksini tapırdı.Azərbaycanda bir neçə nəşriyyat var idi . Onlardan 1905-ci ildə C.Məmmədquluzadə və Ö.Faiq tərəfindən əsası qoyulan “Qeyrət” mətbəssi (1905), Orucov qardaşlarının, Hacı bəy Vəzirovun mətbələrini göstərə bilərik.
XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında tənqidi realizm metodunun təşəkkülü başa çatmışdı.Onun ən görkəmli nümayəndələri C.Məmmədquluzadə və M.Ə Sabir idi. Ə.Haqverdiyev, Y.V. Çəmənzəminlinin yaradiciliğinda tənqidi realizm əsas yerlərdən birini tuturdu.
İnqilabi dəmokratik publistikanın görkəmli nümayəndələri Ü.Hacıbəyov N.Nərimanov olmuşdu.S.S.Axundovun, S.M.Qənizadənin, M.S Ordubadinin və başqalarının yaradıcılığında realizm daha güclü idi.
Azərbaycanda roman janrına ilk dəfə olaraq maarifçi realistlər müraciət etmişdilər .M.S Ordubadinin “Bədbıxt milyonçu”, İ.Musabəyovun “Neft və Milyonlar səltnətində”, A.Səhhətin “Əli və Aişə” romanlari nəşr olunmuşdu.
Dövrün ədəbi cərayanlarindan biri mütərəqqi romantizm idi. M Hadi, H Cavid, A. Səhhət, A. Divanbəyoglu bu cərəyanən ən yaxşı nümünələrini yaradirdilar. XX əsrin əvvəllərində aşıq şeri də xeyli inkişaf etmişdi.
XX əsrin əvvəllərində Azərbaycan aktyorlarının yaradıcılıq birlikləri fəaliyyət göstərirdi. 1904-cü ildə “Müsəlman artistlər cəmiyyəti” təşkil edilmişdi. Xeyriyyə cəmiyyətləri nəzdində teatr truppaları meydana gəlmişdi. 1914-cü ildə Cahangir Zeynalov “Səfa” cəmiyyəti nəzdindəki teatr truppası rəhbəri oldu. Azərbaycan teatırının görkəmli xadimləri C.Zeynalov, Ə.H Ərəblinski, M.A.Əliyev və s. realist ənənələrin inkişafinda mühüm rol oynadılar.
H.Ərəblinski 1916-cı ildə C.Məmmədquluzadənin “Ölülər” pyesinin tamaşasının rejisoru olmuş, ilk azərbaycan filmi olan “Neft və milyonlar cəltənəti” filminin yaradılmasında yaxından iştirak etmişdir.
1909-cu ildə S.Ruhulla, C. Zeynalov və M.Ərəblinskiin köməyi ilə Təbrizdə teatr təşkil olunmuşdu.
1912-ci ildə ilk azərbaycanlı qadın Ş.Məmmədova aktyorluq fəaliyyətinə başlamışdır.
Müsiqi sahəsində Ü.Hacıbəyov, M.Maqamayev, Z.Hacıbəyov,C.Qaryağdı, Q.Primov və b. böyük rol oynamışdlar.
1908-ci il yanvarın 12də Ü.Hacıbəyovun “Leyli və Məcnun”operasının ilk tamaşası oldu və Azərbaycan milli opera əsası qoyuldu. Ilk Leyli rolunu Ə.Fərəcov, sonra isə Ə.Ağdamski oynamışdı.
1913-cü il oktyabrın 25-də “Arşın mal alan”(Ü.Hacıbəyov) operettası ilə Azərbaycan milli müsiqili komediya teatrının əsası qoyuldu. Ü.Hacıbəyov “Şeyx Sənan”, “Rüstəm və Zöhrab”,”Əsli və Kərəm”, “Şah Abbas və Xurşud banu”, “Harrun və Leyla” operalarını yazdı. 1916-cı ildə M.Maqamayevin “Şah İsmayıl”, Z.Hacıbəyovun “Aşıq Qərib” operaları tamaşaya qoyuldu.
XX əsrin əvvəllərində təsiri sənət sayəsində Ə.Əzimzadə və B.Kəngərli məşhur idilər.Ə.Əzimzadə satirik qrafikanin inkişafinda böyük rol oynamış, 20 il 'Molla Nəsrəddin , jurnalında əməkdaşlıq etmiş ,1914 cü ilə M.Ə Sabirin ,Hophopnaməsinə, çəkdiyi səkillər ona böyük şöhrət gətirmişdir.
B.Kəngərli rəssamlıq təhsili almış ilk peşəkar rəssam idi. O qisa ömründə 300-dən artıq şəkil və karikatura çəkmişdir.Onun 'Qaçqın Uşaqlar, əsəri çox məşhurdur
Bakıda memarlıq abidələrinin yaradılmasında şəhərin baş memarı Zivər bəy Əhmədovun, Bakı şəhər idarəsinin tikinti şöbəsinin rəisi Məmmədhəsən Hacınskinin böyük rolu olmuşdur. Bakı bulvarının yaradılması (1909-1910) M.Hacınskinin adı ilə bağlıdır. O zaman Bakıda tikilmiş Mailov qardaşlarının teatr binası, "İsmailiyyə", Bakı Bələdiyyə idarəsinin binası kimi əsl memarlıq abidələri bu gün də Bakını gözəlləşdirir.
Dostları ilə paylaş: |