İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur



Yüklə 436,25 Kb.
səhifə84/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   80   81   82   83   84   85   86   87   ...   109
tarix

Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur.

Protokol №8, 14.02.2018

Bakı-2018

C

2.Azərbaycanda fəhlə və milli dəmokratik hərəkat, siyasi partiya və ictimai təşkilatların yaranması.

1900-1903 - cü illərin iqtisadi böhranı iqtisadiyyata güclü zərbə vurdu, işsizlərin sayi artdı və xalqın güzəranı pisləşdi. Sənaye müəssisələrində iş günü 10-14 saata çatırdı. Aşağı əmək haqqı, cərimələr, texniki təhlükəsizliyə əməl edilməməsi, mənzil şəraitinin pis olması, siyasi hüquqsuzluq və s. fəhlələrin vəziyətini dözülməz etmişdi. İqtisadi böhran ağır vəziyyətdə olan fəhlələrin vəziyyəti daha da ağırlaşırdı. Bu isə öz növbəsində fəhlələrin mövcud quruluşa qarsi mübarizəsini gücləndirdi. Böhran illərdə fəhlə hərəkatı gücləndi. 1901-ci ilin yanvarında Bakıda iri tütün fabriklərinin fəhlələri tətil edərək bir sıra tələblər irəli sürdülər. Martda Sabunçuda “Remont” mexaniki emalatxanasınin fəhlələri əmək haqqının gecikdirilməsinə qarşı tətilə qoşuldular. 1 May nümayişi daha izdihamlı oldu. 1902-ci ilin aprelində Bakının mərkəzində fəhlə rayonlarından gəlmiş 5 min fəhlənin iştirakı ilə ilk açıq siyasi nümayiş oldu. Burada rədd olsun mütləqiyyət yaşasın azadlıq şüarları səsləndirildi. Nümayiş dağıdıldı fəal fəhlələr həbs edildi.

Azərbaycan fəhlə həraəkatı 1903-cu ildə geniş miqyas aldı. Martın 2- də fəhlələrin mütləqiyyəte qarşı açıq çıxışı baş verdi,nümayiş üç saat davam etdi, polis və kazaklarla toqquşma oldu. Nümayiş dağıdıldı, bir çox fəhlələr həbs edildi. Aprelin 27-də beynalxalq həmrəylik günü olan 1 mayda Bakı proletarıatının nümayişi oldu. Polislə toqquşma nəticəsində 12 fəhlə yaralandı, 100- ə qədər fəhlə həbs edildi. 1903- cü il iyunun 18-də Bibiheybətdəki mexaniki emalatxananın fəhlələri tətil etdilər və əmək haqqının artırılması haqında tələbələr irəli sürdülər. Müdrikliyyet bildirdi ki, onların əmək haqqı iyulun 1- dən artırılacaqdır. Lakin müdiriyyət öz vədini yerinə yetirmədi. Tətil hərakatı yenidən başladı. İyulun 4- də tətil bütün müəssisələri əhatə etdi və ümumi tətil xarakteri aldı. Sahibkarlara təqdim olunacaq tələbələri hazırlamaq üçün Tətil Komitəsi yaradıldı. Neft maqnatləri onu fəhlə hökuməti adlandırdılar. Tələbələr 8 saatlıq iş günü, 2 mart və 27 apreldə həbs edilmiş fəhlələrin azad olunması, işdə qovulmuşlarin geri qaytarılması, əmək haqqının artırılması, fəhlələrlə nəzakətli rəftar və s. ibarət idi. Tətil iştirakçılarının sayı 45-50 min nəfərə çatırdı. Iyulun 1- dən başlanan ilk ümumi siyasi tətil iyulun 22-də dayandırıldı. Tətilin ən böyük əhəmiyyəti fəhlələrin mənəvi qələbəsi idi. Alman sosial-demokratlarindan biri qeyd edirdi ki, 1903- cü il dünya fəhlə hərəkatının iki qələbəsindən biri də Bakı fəhlələrinin iyul tətili idi.

1904 - cü ilin yanvarında başlanmış Rusiya - Yaponiya müharibəsində rus ordusunun dalbadal məğlubiyyəti ölkədə ictimai ziddiyyətləri daha da kəskinləşdirdi. Bakı fəhlələri arasında inqilabi əhval-ruhiyyə güclənməkdə idi. Çoxdan hazırlanan tətil 1904- cü il dekabrın 13dən başlayaraq tezlikdə bütün müəssisələri və neft mədənlərini əhatə etdi. Dəkabrin 17- də yaradılmış Tətil Komitəsi fəhlələrin 34 maddədən ibarət tələbəni hazırladı. Tətil Komitəsinə azərbaycanlılardan M. Məmmədyarov, S.M. Əfəndiyev, S. Yaqubov, Ə. Axundov və b. daxili idi. Fəhlələr həm iqtisadi həm də siyasi tələblər irəli sürürdülər. Sənayeçilərin 15 nəfərdən ibarət komissiyası ilə danışıqlar başlandı. Onlar iqtisadi tələbləri qəbul etsələr də siyasi tələbələri rədd etdilər. Danışıqlar 30 dəkabrda müvəffəqiyyətlə başa çatdı. Fəhlələrin “Mazut konstitusiya” adlandırdılari müştərək müqavilə imzalandı. Tətil 31 dəkabrda dayandırıldı. Məğlub olmuş sahibkarlar 9 saatlıq iş günü, ayda 4 dəfə istirahət və ildə bir dəfə məzuniyyət verilməsi, əmək haqqının artırılması və s. Məsələlərdə güzəştə getdilər. Bu güzəştlər ancaq neft sənayesi fəhlələrinə aid idi. Bu, Rusiya, o cümlədən Azərbaycan fəhlə hərəkatı tarixində fəhlələrlə kapitalistlər arasında bağlanmış birinci müştərək müqavilə idi. Mexaniki emalatxanaların fəhlələri iqtisadi güzəştlər edilənədək tətili davam etdirdilər. Bundan sonra Bakıda mədən-zavod komissiyaları meydana çıxdı. Bu, Rusiya fəhlə hərakatı tarixində fəhlələrin il böyük qələbəsi idi.

1905- ci il yanvarın 9- da “Qanlı bazar” günü hadisəsi Rusiyada birinci burjua demokratik inqilabının başlanğıcı oldu. “Qanlı bazar” günü hadisəsi haqqında xəbər həmin gün Bakıya çatdı. H. Z. Tağıyevin teatr binasında keçirilən mitinq Peterburq fəhlələrinə həmrəylik bildirdi. Bakı və Bakıətrafı müəssisələrdə fəhlələrin tətilləri başladı. Tətil qəzalardaki müəssisələri də əhatə etdi.

Fevralın 26-da əvvəllər ləğv edilmiş canişinlik bərpa olundu. Voronsov - Daşkov canişin təyin edildi Bakı quberniyası və Bakı şəhəri ərazisində hərbi vəziyyət rejimi yaradıldı. Bakıda hərbi qubernator vəzifəsi təsis olundu. Lakin bu tədbirlər elə bir nəticə vermədi. 1905-ci ilin mart - aprel aylarında Azərbaycan dəmiryolçularının tətilləri baş verdi. Gəncədə, Bakıda, Nuxada 1 May bayramı mütəşəkkil qeyd edildi. İyun - iyul aylarında Bakı müəssisələrinin 75 faizi tətil hərəkətina qoşuldu. Avqust ayında ümumi tətil keçirmək qərara alındı M. Məmmədyarov, V. Ağayev, S. Yaqubov və b. yaradılmış Tətil Komitəsinin üzvləri idi. Avqystun 16-da tətil başladı. Çar höküməti fitnəsini yenə də işə saldı. Avqustun 16-21-də Şuşada, 20-26- da Bakıda milli qırğın, neft mədənlərində isə yanğınlar törədildi.

Oktyabrın 7-də Moskva - Kazan dəmir yolunda başlanmış Ümumrusiya tətilinə Azərbaycan dəmir yolçuları da qoşuldu. Geri çəkilməyə məcbur olan hökumət oktyabrın 17 də söz mətbuat, yığıncaq azadlığı, Qanunverici dumaya seçkilər keçirməyi vəd edən Manifest verdi. Lakin buna baxmayaraq, “Hummət” təşkilatının çağırışı ilə oktyabrın 19-da siyasi nümayiş keçirildi. Polisle toqquşmada ölən və yaralananlar oldu.

Oktyabr axırlarından mədən, fabrik və zavodlarda komssiyalar təşkil edildi. Bakıda mədən - zavod komissiyalarından seçilmiş nümayəndələrin 1905ci il noyabrında 25-də keçirilən iclasında rəsmi olaraq 226 nəfərdən ibarət Bakı Fəhlə Dəputatlari Soveti yaradıldı. Noyabrin 27-də keçirilən ilk iclasda menseviklər Sovetdə yerlərin əksəriyyətini və rəhbərliyi elə keçirdilər Sovet əhalinin ehtiyaclarını ödəmək üçün bəzi qərarlar da çıxardi. Lakin 1906-ci il fevralında 23-də fəaliyyətini dayandırdı. Dəkabrda Moskvada baş vermiş silahlı üsyan Azərbaycana da təsir gostərdi. Dəmiryolçuların dəkabrın 10-dan başlanan tətili dəkabr 24- ə qədər davam etdi.

1909-cu ildə başlanmış iqtisadi yüksəlişlə birlikdə fəhlə hərəkati da gücləndi. 1912-ci ilin aprelində 4-də Sibirdə Lena qızıl mədənlərində dinc nümayişin güllə - baran edilməsi bütün Rusiyada tətil hərəkatını genişləndirdi. Bakı fəhlələrinin Lena nümayişciləri ilə həmrəylik nümayişləri oldu. 1912-ci il mayında 7-də Nuxada (Şəkidə) müəssisələrin yaridan çoxu tətil elan etdi və tezliklə ümumi xarakter aldı. Polislə toqquşmada hər iki tərəfdən yaralanan oldu. Lakin sahibkarlar güzəştə getdi və iş günü qısaldıldı., əmək haqqı artırıldı. 1913- cü ilin iyununda Bakıda keçirilən ümumi tətil onların tələblərini yerinə yetirdikdən sora dayandı. 1914- cü ilin yazından tətil hərəkatı genişləndi. Mayın 28-dən başlanan tətil iki ay davam etdi. Hökumət Bakıda hərbi vəziyyət rejimi tətbiq etdi, çoxlu fəhlə həbs olunub sürgün edildi.

Azərbaycanda baş verən kəndli hərakatı milli - azadliq hərakatnın tərkib hissəsi idi. Bu dövrdə kəndlilər ənənəvi mübarizə formalarından istifadə edərək hökumət sərəncamlarını yerinə yetirməkdən boyun qaçırır, xəzinəyə vergi ödəmir, mülkədarların xeyrinə mükəlləfiyyətləri yerinə yetirmir,çar məmurlarına,bəylərə,kazaklara silahlı müqavimət göstərirdilər. 1905-ci ilin fevralında Gəncə quberniyasında Dəllər və Alabaşlı kəndlərində kəndlilər qolçomoqların mülklərini dağıtdılar. Kəndlər top atəşinə tutuldu. Şuşa, Cavad, Qazax, Lənkəran, Göyçay və başqa qəzalarda da kəndli çıxışları baş verdi.Bu dövrdə qaçaq hərəkatı genişlənmiş,Göyçay və Şamaxı qəzalarında qaçaq Zahidin,Zaqatala dairəsində Məşədi Yusifin,Gəncə və Qazaxda Qandal Nağının,Həsən Ləzgi oğlunun,Qarabağda Süleymanın dəstələri məşhurlaşmışdı.

Çar Rusiyası ucqarlarda, o cümlədən Azərbaycanda fəhlə və milli azadlıq hərəkatını boğmaq üçün xalqlar arasında nifaq salırdı. Çar höküməti azərbaycanlılarla ermənilər arasında tarixən yaratdığı ziddiyyətlərdən məharətlə istifadə edirdi. Azərbaycanın yerli əhalisi olan türk-müsəlmanlarla etnik azlıq olan gəlmə ermənilər arasında ziddiyyət XIX əsrin əvvəllərində çar Rusiyası tərəfindən ermənilərin İran və Türkiyə ərazisindən Şimali Azərbaycan ərazisinə köçürülməsindən sonra başlanmışdı. Erməni millətçilərinin XIX əsrin sonunda üzə çıxan “Böyük Ermənistan” iddiası bu ziddiyyətləri daha da dərinləşdirdi. Avropa dövlətlərinə ayaq döyən erməni lidərləri onlardan müxtəlif vədlər alırdılar. 1905-1907-ci illər rus inqilabı dövründə çar hökumət dairələrindən dəstək alan ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətinə əl atdılar. Azərbaycanda 1905-1906-cı illərdə baş vermiş erməni-müsəlman qırğını ilk dəfə Bakıda oldu. Belə ki, Ağarza adlı bir nəfər daşnaklar tərəfindən Quba meydanında öldürüldü. Sonra erməni əsgəri fevralın 6-da istintaqa apardığı azərbaycanlını qətlə yetirdi. Fevralın 6-10-da Bakıda aparılan milli qırğın bütün Azərbaycan ərazisində iki il davam etdi. Bu qırğın İrəvan, Naxçıvan, Şuşa, Cəbrayıl, Qəryagin (Füzuli), Tiflis və digər yerlərdə də yayıldı. Nəticədə hər iki tərəfdən mindən çox adam öldürüldü.Ermənilərin Naxçıvanda törətdikləri qırğınlara hökümət əhəmiyyət vermədi və nəticədə 1905-ci ildə Cəhri kəndinə hücüm edən silahlı ermənilər kazaklarla birlikdə dəhşətli faciə törətdilər, bir neçə nəfəfi öldürüb kəndi xarabazarlığa çevirdilər.

İrəvan və onun ətrafında yaşayan müsəlmanları qovmaq üçün erməni dəstərəli yaradıldı. Mayın 24-də onlar şəhərin azərbaycanlılar yaşayan hissəsinə hücüm etdilər, 11 nəfəri qətlə yetirdilər. Bunun qarşısını almaq üçün qonşu qəzalardan, İrandan və Türkiyədən könüllülər İrəvana köməyə gəldilər. Onlar şəhərin türk-müsəlman əhalisini azərbaycanlıları xilas edib düşmənə böyük itki verdilər.

1905-ci il iyunun 16-da Cəbrayıl qəzasının nümayəndələri daşnaqlar tərəfindən Ağoğlan monastırına dəvət edildilər. Ermənilər əllərində çoxlu silah anbarlarının olmasını bildirməklə müsəlman nümayəndələrini qorxutmağa çalışdılar. Qacar kəndinin nümayəndələri onlara layiqli cavab verdi və nümayəndələr monastrı tərk etdilər. Qacar və digər kəndlərin əhalisi erməni quldur dəstələrinin hücumlarının qarşısını aldılar. 3 min erməni qulduru Qacar kəndinə yenidən hücüm etdi və 400 nəfər itki verib geri çəkildilər. 1905-ci ildə ermənilirin alınmaz qala hesab etdikləri Xırmancıq kəndi azərbaycanlılar tərəfindən tutuldu.

Şuşada baş verən qırğın hadisələri daha dəhşətli idi. Avqustun 8-i burada əslən Cənuni Azərbaycandan olan 17 fəhlə öldürüldü. 16-da kilsənin döyüş zəngi çalındı. Rus ordusunda xidmət edən erməni əsgərlər, Tiflisdən gəlmiş 100 erməni quldurlarla birləşdilər. Azərbaycanlılar isə 5 yerdə səngər qazaraq müdafiəyə hazırlaşmışdılar. Avqustun 16-dan 21-ə qədər baş verən döyüşlərdə erməni quldurları məğlub oldular. Ağdam Şuşa yolunun bağlanmasının qarşısını almaq üçün Həmidə xanım Ağdama gələrək hər cür kömək etməyə hazır olduğunu bildirdi. H.Z.Tağıyev, M.Muxtarov və başqaları döyüş bölgələrinə ərzaq və pulla kömək göstərdilər. Sultan bəy Sulatanov və İbrahim bəy Əli Məhəmməd oğlunun başçılıq etdiyi dəstə düşmənlərlə qeyri-bərabər döyüşə girib onları darmadağın etdilər. 1905-1907-ci illərdə törədilmiş milli qırğın sonralar da təkrarlanmışdır.

Cənubi Qafqazda yaşayan qeyri-müsəlman xalqların məktəbləri, kilsələri, ana dilində mətbuatı, müxtəlif xeyriyyə cəmiyyətləri var idi. Lakin azərbaycanlılar belə imkanlardan məhrum edilmişdi. 1905-ci il oktyabrın 17-də verilmiş manifestdən sonra Azərbaycan milli burjuaziyasının formalaşması və milli şüurun inkişaf etdirilməsi ücün müyyən şərait yarandı.

Milli meyllər, islamın,türkçülüyün təbliği gücləndi, milli mənafeyi əks etdirən “məşurətə və müsavat”, “milliyət və hüriyyət” ideyaları genişləndi və bütün bunlar Azərbaycanda milli müstəmləkə zülmünə qarşı müqavimətin artdığını göstərirdi. Rusiya və dünyanın müxtəlif ölkələrində təhsil alıb vətənə qayıdan gənclər xalqın milli şüurunun oyanmasında mühüm rol oynadılar. Bu dövrdə qabaqcıl ziyalılar H.Zərdabi, Ə.Hüseynzadə, N.Nərimanov, Ə.Ağayev, C.Məmmədquluzadə və başqaları öz əsərləri, mətbuatdakı çıxışları ilə xalqın milli şüurunun oyanmasında mühüm rol oynadılar. H.Zərdabi və M.Ə.Rəsulzadənin millətşilik və dövlətçilik idəyaları çox güclü təsirə malik idi. Ə.Hüseynzadə, Ə.Ağayev, İsmayıl bəy Qaspiralı, Ə.Topçubaşov və başqaları türkçülük ideyalarını geniş təbliğ edirdilər. Onlar obyektiv olaraq Azərbaycan xalqının azadlığını ümumtürk azadlığının tərkib hissəsi hesab edirdilər. Milli hərəkatın əsas aparıcı qüvvəsi milli burjuaziya və milli ziyalılar idilər.

Çarizmin yeritdiyi milli müstımləkəçilik siyasəti cəmiyyətin bütün nümayəndələrini milli məsələ ətrafında birləşdirirdi. Onlar mövcud quruluşun yeniləşdirilməsini, islahatlar keirilməsini qətiyyətlə tələb edirdilər. 1905-ci ilin yaz-yay aylarında Nazirlər Kabinetinə verilmiş ərz-halda (ərizədə) xalqın ehtiyacları göstərilirdi. Ərz-halın hazırlanmasında əsas ışı Ə.Topçubaşşov görmüş bir çox ziyalılar və milli burjua nümayəndələri ona imza atmışdılar. Bu Azərbaycan xalqı adından Milli burjuaziya nümayəndələrinin çar hökumətinə təqdim etdiyi ilk proqram sənədi idi. Azərbaycan ziyalıları sinfi mübarizəni deyil, milli dəmokratik mübarizəni ön plana çəkirdilər. 1905-1907-ci illər İnqilabı milli hərəkatın genişlənməsində mühüm rol oynadı. Türk xalqlarının milli lidərləri çarizmə qarşı mübarizəni təşkil etmək üçün imperiya ərazisində yaşayan türk xalqlarının ümumi siyasi partiyasını yaratmaq idəyası ilə çıxış etdilər. Bunun həyata keçirilməsində Ə.Topçubaşov mühüm rol oynadı. Azərbaycan və tatar burjuaziyasının təşəbbüsü ilə 1905-ci il avqustun 15-də Nijni-Novqorodda Ümumrusiya müsəlmanlarının birinci qurultayı keçirildi. Bu qurultay Rusiya imperiyasında yaşayan müsəlmanların türkçülük və müsəlmançılıq əsasında birləşməsini vacib saydı. Qurultay “İttifaqi-müslümin” Ümumrusiya Müsəlman İttifaqının yaradılmasını qərara aldı.1905-ci il 17 oktyabr Manifestindən sonra nəzərdə tutulan partiyanın yaradılması reallaşdı. Ə.M.Topçubaşov, Ə.Ağayev, Əbdürrəşid İsmayılov İttifaqın proqram və nizamnaməsini hazırladılar. 1906-cı il yanvarın 15-23-də Peterburqda Ümumrusiya müsəlmanlarının ikinci qurultayı keçirildi. “Müsəlman ittifaqı”nın proqram və nizamnaməsi qəbul edildi. Proqramda Ümumrusiya türklərini birləşdirmək və çarizmə qarşı birgə mübarizə aparmaq partiyanın vəzifəsi olaraq müəyyənləşdirildi. 1906-cı il avqustun 16-23-də Nijni-Novqorodda Ümumrusiya müsəlmanlarının üçüncü qurultayı keçirildi. Burada “Müsəlman ittifaqı”na rəhbərlik etmək üçün daimi yeri Bakı olan Mərkəzi Komitə yaratmaq qərara alındı. Ümumrusiya “Müsəlmanları İttifaqı” partiyasının qarşısında aşağıdakı vəzifələr dururdu: 1. Bütün millətlərin bərabərliyini təmin edən konstitusiyalı monarxiya yaratmaq; 2. Bütün Rusiya müsəlmanlarını birləşdirmək; 3. Müsəlmanlara qarşı ayrı-seçkiliyə son qoymaq; 4. Müsəlmanların mədəni-maarif sahəsində tərəqqisinə nail olmaq. Qurultayda Bakıda, Kazanda, Baxçasarayda pedoqoji institutlarının açılması qərara alındı.

Azərbaycan xalqının milli oyanışına milli burjuaziyanın qabaqcıl nümayəndələri yaxından kömək göstərirdi. Onlar bir sıra qəzet və jurnalların, xeyriyyə cəmiyyətlərinin yaradılmasında və fəaliyyətində yaxından iştirak edirdilər.




Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin