İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


İslahatdan sonra kənddə vəziyyət. Qaçaqçılıq



Yüklə 436,25 Kb.
səhifə81/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   77   78   79   80   81   82   83   84   ...   109
tarix

3.İslahatdan sonra kənddə vəziyyət. Qaçaqçılıq.

Kənd təsərrüfatı. 1870-ci il aqrar islahatından sonra Azərbaycan kəndində kapitalist münasibətlərinin inkişafını göstərən bir sıra mühüm əlamətlər meydana çıxmışdı: birincisi, kənd təsərrüfatının bəzi sahələrində (qızıl boya, çəltik, taxılçılıq, pambıq, üzüm və şərab istehsalı) istehsalın ticarət əkinçiliyi və kapitalist əmtəə, səviyyəsinə çatması; ikincisi, daxili bazarın genişlənməsi ilə ayrı-ayrı bölgələrin müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşması (Kür boyu bölgələr pambıqçılıq, Nuxa və Şamaxı ipəkçilik, Quba və Zaqatala bağçılıq və sair üzrə ixtisaslaşmışdı); üçüncüsü, yeni kənd təsərrüfatı alətlərinin, maşınların vəqabaqcıl üsulların tətbiqi; dördüncüsü, texniki bitkilər istehsalının genişlənməsi; beşincisi, kənd təsərrüfatında muzdlu əməyin tətbiqinin genişlənməsi; altıncısı, torpağın icarə, girov və alqı-satqı obyektinə çevrilməsi; yeddincisi, kənddə ictimai təbəqələşmənin dərinləşməsi və qolçomaq təsərrüfatlarının meydana çıxması.

Kənd təsərrüfatında tədricən yeni və təkmilləşdirilmiş əmək alətlərindən istifadə edilirdi. 1885-ci ildə rus mütəxəssisləri Gəncə və Kürdəmirdə kənd təsərrüfatı maşınlarını sınaqdan keçirmişdilər.

1887-ci ildə Tiflisdə açılmış "Qafqaz ipəkçilik stansiyası"nın Nuxa və Qarabağdakı şöbələri barama yetişdirilməsinin yeni üsullarının ipəkçilərə öyrədilməsi sahəsində səmərəli fəaliyyət göstərirdi.

Kənd təsərrüfatının yeni sahələrindən biri də tütünçülük idi. 1872-ci ildə xaricdən gətirilən tütün üzərinə yüksək gömrük qoyulması bu sahənin inkişafına təkan vermişdi. 1883-cü ildə Azərbaycanda 144 desyatin sahəyə malik 554 tütün plantasiyası var idi.

1897-ci ildə Bakı və Yelizavetpol quberniyasındakı üzüm bağları bütün Cənubi Qafqazdakı üzüm bağlarının ümumi sahəsinin 24,7%-ni təşkil edirdi. Azərbaycanda hər il orta hesabla 4,5 - 5,5 milyon pud və yaxud Cənubi Qafqazda yığılan məhsulun 30%-i qədər üzüm toplanırdı. Üzüm məhsulunun böyük hissəsi şərab zavodlanna göndərilirdi. Beləliklə, islahatdan sonrakı 30 il ərzində Azərbaycan kəndi burjua təkamülü yolu keçmiş, kənd təsərrüfatı istehsalının ixtisaslaşması, ticarət əkinçiliyinin artması, torpaq icarə formalannın yaranması ilə xarakterizə olunan yeni iqtisadi şəraitdə Azərbaycan kəndində kapitalist münasibətləri təşəkkül tapmışdı.

XIX əsrin 70-80-ci illərində Azərbaycan kəndlərində bəylərə, mülkədarlara, mütləqiyyətə qarşı ayrı-ayrı yerlərdə kütləvi ixtişaşlar baş vermişdi. Mülkədar torpaqlarının tutulması, varlıların mülklərinin dağıdılması, bəylərin öldürülməsi o zaman kəndlilərin sinfi mübarizəsinin əsas formaları idi. Məsələn, 1878-ci ildə təkcə Quba qəzasında kəndli üsyanları nəticəsində 120 bəy və hakim sinfin digər nümayəndələri öldürülmüşdür. Belə hallar Nuxa, Yelizavetpol, Şuşa və Cavanşir qəzalarında daha çox baş verirdi. Vergi və töycü toplayan qəddar məmurlara divan tutan kəndlilər qaçaq hərəkatının əsas mənbəyi idi. 1878-ci ildə İrəvan quberniyasının Novruzlu kəndinin camaatı qəti surətdə həmin ilin məhsulundan verməli olduqları bəhrəni ödəməkdən boyun qaçıraraq vergi toplayanları hədə ilə kötəkləyərək kənddən qovmuşlar.

Yelizavetpol qəzasının Xılxına kəndində kəndlilər mülkədar Zülqədərovlara qarşı çıxış etmişlər. Bu çıxışlara Hacı Əhməd Həsən oğlu, Bicof Sadıx və başqaları başçılıq etmişlər.

Həmin qəzanın Dəllər, Gülüstan, Qızılhacılı kəndlərində də kəndlilər mülkədar Adıgözəlovlara qarşı çıxış etmişlər. 1881-ci ildə Qazax qəzasının Öksüzlü kəndinin camaatı mülkədar Sultanovlara qarşı mübarizəyə qalxdılar. Bayraməli Bağır oğlu, Kərbəlayı Qasım Məmməd oğlu, Kəlbəlayi Abdulla Əli oğlu, kəndli çıxışına rəhbərlik etmişlər. Kəndlilər bəyləri baykot edərək öz oğlanlarını və qızlarını onların yanına xidmətə göndərməkdən boyun qaçırdılar. Buna görə bəylər uzun müddət başqa kəndlərdən özlərinə rəncbər və nökər tutmağa məcbur oldular. 1888-ci ildə Qarabulaq kəndinin kəndliləri Şaban ağa Şəfibəyova qarşı çıxış etdilər və öz məqsədlərinə çatmayan üsyançılar bəyi kənddən qovaraq torpaqlarını zəbt etdilər. Bəyin məhkəməyə müraciət etməsinə baxmayaraq çar idarəsi kəndli həyəcanlarından qorxaraq torpaqları kəndlilərdən almağa cəsarət etmədi.

1888-ci il mayın 6-da Salyandan bir qədər aralı yerləşən balıq vətəgələrində polis nümayəndəsi balıq tutmaqla məşğul olan balıqçıların qayıqlarını və torlarını müsadirə etmək istədikdə cavab olaraq 25 nəfərdən ibarət qadın və kişi qrup halında ağacla silahlanaraq hədə-qorxu ilə polis nəzarətçisini mühasirəyə alıb, ov alətlərinə toxunmamağı tələb etdilər. Onların tələbinə əməl olundu. Müşahidə olunan həyəcanla əlaqədar polis nəzarətçisi Bayraməlibəyov kəndlilərin müqavimətini qırmaq üçün Salyana əlavə qüvvələr göndərilməsini təkidlə tələb edirdi.

Çox hallarda silahlı kəndlilər kiçik və böyük dəstələrdə birləşərək bəylər, mülkədarlar və çar məmurları üzərinə hücum edir, onların əmlakını ələ keçirib yoxsul təbəqəyə paylayırdılar. Bu kəndli çıxışları özünəməxsus bir formada mövcud idarə sisteminə qarşı etiraz idi. Mütləqiyyətə qarşı mübarizədə bir çox azərbaycanlılar haqsızlığa dözməyərək dağlara çəkilərək zülmkarlara qarşı silahlı müqavimətə başladılar. Belə dəstələrin üzvlərinə xalq arasında qaçaqlar deyilirdi. Qaçaq hərəkatı Yelizavetpol, Bakı, İrəvan quberniyasını, Naxçıvan qəzasını, Zaqatala dairəsini əhatə edirdi.

Qaçaq çıxışları XIX əsrin 70-90-cı illərində xüsusilə qüvvətlənmişdi. Bunun əsas səbəbi xalq kütləsinin dözülməz şəraitdə yaşaması, rus və erməni əsilli generalların özbaşınalığı, bəy və mülkədarların əsarətinin daha da şiddətlənməsi, qolçomaqların xalqa zülm etməsi, yerlərdə sinfi ziddiyyətlərin kəskinləşməsi idi. Qaçaq hərəkatının əsas istiqamətlərindən biri də çar Rusiyasına arxalanan, yerli bəylərlə əlaqəyə girib azərbaycanlıları qıran, torpaqlarını müxtəlif üsullarla mənimsəyən erməni qəsbkarlarına qarşı mübarizə idi. Bu müharibələrdə əsas hədəflərdən biri olan ermənilərə qarşı mübarizə uğurla həyata keçirilirdi. Qaçaq hərəkatının geniş yayıldığı quberniyaların ərazilərində ermənilər cürət edib azərbaycanlıları incidə bilmirdilər. Ermənilər qaçaqların qorxusundan öz məkrli niyyətlərini həyata keçirməyə qorxurdular. Məhz bu səbəbdən də sonrakı dövrdə də erməni-müsəlman qırğınları zamanı qaçaqların mübarizə etdikləri ərazilərdə azərbaycanlı əhali az qırılmışdı. Əksinə, həmin ərazilərdə yerli əhali qaçaqlarla əlbir olub düşmənlərə qarşı uğurla mübarizə aparmışlar.

Qaçaq hərəkatının geniş yayıldığı Zəngəzur və Naxçıvan qəzalarında qəhrəmancasına mübarizə aparan Qaçaq Nəbi Zəngəzur qəzasının Aşağı Mollu kəndində anadan olmuşdur. Nəbi 16 yaşında olarkən kəndin bəyi onun atasını döyərkən bəyin üstünə atılaraq onu döymüşdü. Bəyin məlumatına əsasən polis Nəbini həbs edir və 1890-cı ildə İrəvan məhkəməsi onu məhkum edir. Həbsdən qaçan Nəbi başına məsləkdaşlarını yığaraq zülmkarlara qarşı mübarizə aparmışdı. Ona mübarizədə həyat yoldaşı Həcər xanım, baldızı Mehri xanım da yaxından köməklik göstərmişlər. Qaçaq Nəbi Zəngəzurda ermənilərə qarşı amansız olmuşdur. Nəbinin qardaşı Mehdi 1894-cü il 20 iyulda Gürcüvan kəndində car cəsusları və ermənilər tərəfindən öldürülür. Bu hadisədən sonra Qaçaq Nəbi həmin kəndə gələrək kazakları, erməniləri məhv edərək İrana keçir.

1895-ci ildə Nəbinin arvadı Həcər xanım, bacısı Mehri xanımla birlikdə həbs olunaraq Gorusdakı qalaya salınırlar. Həmin ilin oktyabrın 28-də Nəbi öz dəstəsi ilə Gorusu mühasirəyə alır. Gorus qalasının komendantı olan rus polkovnikindən Həcər xanımla Mehri xanımın azad olmasını tələb edir və tələbinə nail olur. Bu hadisədən məlum olur ki, qaçaq dəstəsinin sayı kifayət qədər imiş ki, Gorus kimi böyük bir qəsəbəni mühasirə edə bilmişlər.

1896-ci ilin mart ayında Nəbi Kərbəla ziyarətindən geri qayıdarkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində erməni və rus cəsusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olur.

Qaçaq Dəli Alı 1898-cı ildə 22 yaşında silahlanaraq dağlara çəkilib düşmənlərə qarşı mübarizə aparmışdır. 1898-1913-cü illər ərzində ruslarla dəfələrlə qanlı döyüşlərə girərək onları ağır məğlubiyyətə uğratmışdır. Gəncənin Qarasuçu kəndindən olan Dəli Alı uca boylu, enlikürək, kəskin baxışlı, cəld, yaraşıqlı bir gənc idi. Onun əsas hədəfi rus çar rejimi, onların Azərbaycandakı nökərləri olan erməni millətçiləri, yerli xanlar və bəylər olmuşdur. 1905-ci ildə rus inqilabı dövründə Azərbaycanı bürüyən erməni – müsəlman qırğınları başlananda Dəli Alı dəstələrini dağlarda, kəndlərdə etibarlı gizlətmiş, lazım olduqda dəstə üzvlərini toplayıb ermənilərə qarşı mərdliklə vuruşaraq onları məhv etmişdir. Belə ki, 1905-ci ildə çarın yüksək rütbəli məmurları erməniləri silahlandıraraq azərbaycanlılara qarşı hücuma təhrik etdilər. Ermənilər azərbaycanlıların yaşadığı ərazilərə hücum edərək qırğınlar törətdilər.

Bunu görən Dəli Alı başına topladığı dəstəsilə Gəncənin böyük erməni kəndləri olan Bayan, Çardaqlı, Çaykənd və digər kəndləri işğal edərək qadınlara, uşaqlara, qocalara toxunmadan əli silah tutan ermənilərin hamısını məhv etdi. Dəli Alı dəfələrlə rus jandarm və kazakları ilə döyüşə girmişdir. Bu döyüşdən qalib çıxaraq yüzlərlə əsgər, kazak, jandarm öldürdüyünü təfsilatı ilə yazmağa ehtiyac yoxdur.

` Qaçaq hərəkatının ən görkəmli nümayəndələrindən biri də şuşalı qaçaq Məmməd Bəy Kavalerdir. Qaçaq Məmməd bəyin haqqında dəqiq məlumat olmadığından onun doğulduğu il və ölümü barədə dəqiq fikir söyləmək çətindir. Onun Qaçaq Nəbinin dostu və müasiri olduğu məlumdur. Məmməd Bəy Kavalerin müasiri Mir Möhsün Nəvvabın verdiyi məlumata görə 45 yaşında qaynı tərəfindən Cənubi Azərbaycanda öldürülmüşdü. O, III Aleksandrın çarlığı dövründə qaçaq düşmüş və mübarizə aparmışdı. Onun əsas düşmənləri ruslar, bəylər, xanlar, ermənilər və şəxsi rəqibləri idi. Qaçaq Məmmədlə bacarmayan çar hökuməti onu bağışlayır və ona kavaler – kapitan rütbəsi verir. Qarabağ camaatı bundan sonra Qaçaq Məmmədin ailəsini kavalerlər nəsli adlandırır.

Qərbi Azərbaycanda Abbasqulu ağa Şadlinskinin rəhbərlik etdiyi azərbaycanlılar ermənilərə qarşı mətanətlə vuruşmuş, bir çox hallarda ermənilərə ağır zərbələr vurmuşlar. Qərbi Azərbaycanın Vedibasar bölgəsində fəaliyyət göstərən qaçaq hərəkatı erməni qırğınlarının həmçinin azərbaycanlıların kütləvi deportasiyasının qarşısını almışdır.

Tarixi araşdırarkən məlum olur ki, XIX əsrdə qaçaq hərəkatının əsasını qoyan Qafqazda yaşayan müsəlmanlar olmuşlar. Şeyx Şamilin başçılığı altında fəaliyyət göstərən milli azadlıq hərəkatı Rus İmperiyasını sarsıtmış, onları çıxılmaz vəziyyətdə qoymuşdu. 30 ildən artıq bir müddətdə Şeyx Şamillə mübarizədə yüz minlərlə işğalçı rus məhv edilmişdir .

Azərbaycanda qaçaq hərəkatı XIX əsrdə və XX əsrin birinci yarısında çox mühüm əhəmiyyətə malik olmuş, qaçaq hərəkatının fəal olduğu bölgələrimizdə ermənilərin və onların havadarlarının bir çox planları puç olmuş, erməni qırğınları zamanı azərbaycanlıların kütləvi qırılmasının qarşısı alınmışdır.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin