İNŞaat fakultəSİ “İCTİMAİ FƏNLƏR” kafedrasi



Yüklə 57,01 Kb.
səhifə11/12
tarix02.01.2022
ölçüsü57,01 Kb.
#47179
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   12
Mühazirə 3. Milli və dünya dinləri

Protestantlıq
Mənsublarının sayına görə ən böyük ikinci xristian konfessiyası protestantlıqdır. Dünya üzrə protestantların sayı 800 milyon nəfərdən yuxarıdır. Protestantlığın meydana gəlməsi alman rahibi və ilahiyyatçısı Martin Lüterin (1483-1546) adı ilə bağlıdır. Belə ki, o, 31 oktyabr 1517-ci ildə Saksoniya knyazlığının inzibati mərkəzi olan Vittenberqdə “95 tezis”ini bəyan edir. Latın dilində yazılan bu sənədlə M.Lüter Roma Katolik Kilsəsində geniş yayılmış sui-istifadə hallarına qarşı çıxırdı. Alman ilahiyyatçısı cənnət qəbzinin (indulgensiya) satışını kəskin tənqid edir, keşişlərin Tanrı ilə insan arasında vasitəçi ola bilməyəcəklərini deyir, Tanrı tərəfndən Roma Papasına günahları bağışlamaq kimi imtiyaz və səlahiyyətin verilmədiyini bildirirdi. O, “95 tezis”ində vurğulayırdı ki, insan kilsənin hökmü ilə deyil, yalnız imanı ilə xilas ola bilər. Əslində, M.Lüterin yeni bir məzhəb yaratmaq niyyəti yox idi. O, sadəcə Roma Katolik Kilsəsində islahatların aparılmasını tələb edirdi. Lakin “95 tezis”in bəyanından sonra cərəyan edən tarixi proseslər sonunda yeni bir xristian məzhəbin yaranmasına gətirib çıxardı. Belə ki, Roma Katolik Kilsəsinin zülmü və katolik ruhanilərin hərisliyindən əziyyət çəkən alman əhalisi M.Lüterin ideyalarını dəstəklədi. 1520-ci ildə Roma Papası “95 tezis”in müəllifni bidətçi elan etdi. Bununla yanaşı, Müqəddəs Roma İmperiyasının imperatoru V Karl (1500-1558) 1521- ci ildə “Vorms edikti” adlı fərmana imza atdı. Həmin fərmanı imzalamaqla imperator M.Lüteri bidətçi və cinayətkar elan etdi, onun əsərlərinin nəşrinə və yayılmasına qadağa qoydu. Buna baxmayaraq, bəzi alman knyazları M.Lüteri müdafə etdilər. Saksoniya kurfüstü (seçici knyazı) III Fridrix (1463-1525) isə ona himayəçılik etdi.
1529-cu ildə 2-ci Şpeyer reyxstaqı (Müqəddəs Roma imperiyasında qanunverici məclis. – Red.) M.Lüteri cinayətkar sayan “Vorms edikti”ni təsdiqlədi. Bu səbəbdən 19 aprel 1529-cu ildə M.Lüterin tərəfni tutan altı alman knyazı və on dörd müstəqil şəhər etiraz əlaməti olaraq “Şpayer etirazı” və ya “Şpayer protesti” adlı sənədi reyxstaqa təqdim etdilər. Bundan sonra həmin sənədin adına uyğun olaraq, M.Lüterin tərəfdarları “etiraz edənlər” mənasına gələn protestantlar adını aldılar.
M.Lüterin dini ideyaları XVI əsrdə Qərbi Avropada Roma Katolik Kilsəsi
əleyhinə yönəldilən Reformasiya (İslahatçılıq) hərəkatının baş verməsinə səbəb
oldu. Bu dini, ictimai-siyasi hərəkatın geniş vüsət alması nəticəsində Avropanı
qanlı məzhəblərarası müharibə bürüdü. Ən əsası isə M.Lüterin “95 tezis”i yeni
xristian qolunun – protestantlığın yaranmasına gətirib çıxardı. Zaman keçdikcə
protestantlığın özü də müxtəlif dini cərəyanlara və təriqətlərə parçalandı.
Müasir dövrdə protestantlıq olduqca mürəkkəb, rəngarəng və çoxcəhətli
xristian konfessiyasıdır. Həmçinin günümüzdə bu xristian məzhəbi bəzi Qərb dövlətlərində hakim mövqeyə malikdir.


Yüklə 57,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin