Hinduizm dünyanın ən qədim dinlərindən hesab olunur. Ehtimala görə, bu dinin meydana gəlmə tarixi e.ə. II minilliyə qədər gedib çıxır. Hinduizmin mənsubları (hinduistlər) öz dinlərini “Sanatana dharma” adlandırırlar. Bu kəlmə sanskrit dilində “əbədi din”, “əzəli qanun” və “əbədi yol” mənalarına gəlir. Hindistan əhalisinin 80 faizi bu dinə sitayiş edir. Dünyanın digər regionlarında yaşayan hinduistlərin sayı 45 milyon təşkil edir. Onların 18 milyonu Hinduizmi dövlət dini elan etmiş yeganə ölkə Nepalda yaşayırlar. Bütövlükdə dünya əhalisinin təxminən 12 faizi bu dinə mənsubdur. Hinduizm əsasən Brahmanizm, Buddizm, Çaynizm və Hindistanın digər yerli inanclarının sintezi nəticəsində meydana gəlmişdir. Tədqiqatçılar Hinduizmin formalaşma prosesini beş yerə bölürlər. 1.Vedalar dövrü (e.ə. II minillik);
2.Upanişadlar dövrü (e.ə. VIII-V əsrlər);
3.Klassik dövr (e.ə. V – b.e. V əsri);4.Orta çağdakı ilahiyyat və fəlsəfənin tərəqqisi dövrü (Vedanta);