A. Məhkəməyə təqdim olunmuş dəlillər
1. Kipr Hökuməti
189. Kipr Hökuməti bildirib ki, işin dostcasına həll olunmasına yönəlmiş səylərin uğursuz olduğu halda, Məhkəmə birtərəfli bəyanat əsasında şikayəti işin siyahısından o halda çıxara bilər ki, Konvensiyanın 37-ci maddəsinin 1 “c” bəndində göstərildiyi kimi, şikayətə baxılmasına xitam verilməsini əsaslandıran “hər hansı başqa səbəb” mövcud olsun. Birtərəfli bəyanatın məzmunu və xanım Rantsevanın ölümü ilə bağlı davam edən daxili istintaq (baxın, yuxarıda 187-ci paraqraf) əsasında Kipr Hökuməti hesab edib ki, Konvensiyanın 37-ci maddəsinin 1 “c” bəndinə tamamilə riayət olunub.
2. Ərizəçi
190. Ərizəçi birtərəfli bəyanat əsasında şikayəti işlərin siyahısından çıxarmaq barədə Kipr Hökumətinin müraciətini rədd etməyi Məhkəmədən xahiş etmişdir. O bildirib ki, bəyanatda əks olunmuş təkliflər təminat vermir ki, məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq; cinsi istismar üçün insan alveri Kiprdə qəbul olunmuş problem olsa belə, bəyanat gələcəkdə oxşar pozuntuların qarşısını almaq üçün hər hansı ümumi tədbirləri əks etdirmir; və Məhkəmə hazırkı işdə qərar çıxarmaq niyyətindədirsə, Nazirlər Komitəsi Kipr Hökumətinin təklif etdiyi şərtlərə nəzarət edə bilməyəcək.
Dostları ilə paylaş: |