İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı


Ümumi prinsiplərin hazırkı işə tətbiqi



Yüklə 104,87 Kb.
səhifə60/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   56   57   58   59   60   61   62   63   ...   80
3. Ümumi prinsiplərin hazırkı işə tətbiqi

a. Kipr

i. Lazımi qanunverici və inzibati çərçivəni yaratmaq barədə pozitiv öhdəlik

290. Məhkəmə qeyd edir ki, insan alveri və cinsi istismarı qadağan edən qanunvericilik Kiprdə 2000-ci ildə qəbul olunmuşdur (baxın, yuxarıda 127-131-ci paraqraflar). Qanun Palermo Protokolunun müddəalarını əks etdirir və cinayətə qarşı hər hansı müdafiəni təqdim etmədən razılıqla insan alveri və cinsi istismarı qadağan edir. Qanunvericilikdə sərt cəzalar nəzərdə tutulur. Qanun, həmçinininter alia, qurbanların qəyyumlarının təyin olunması vasitəsilə onların müdafiəsi vəzifəsini nəzərdə tutur. Praktiki implementasiya tədbirlərinin qəbul olunması üçün dövlət orqanlarının çatışmazlığını Ombudsman tənqid etsə belə, o, qanunun özünü qənaətbəxş hesab etmişdir (baxın, yuxarıda 90-cı paraqraf)- Avropa Şurasının Komissarı da 3(1) 2000 saylı Qanunla müəyyən olunmuş hüquqi çərçivəni “yolverilən” kimi qiymətləndirir (baxın, yuxarıda 92-ci paraqraf). Kiprin insan alveri barədə qanunvericiliyinin qeyri-adekvatlığına dair ərizəçinin şikayətinə baxmayaraq, Məhkəmə hesab etmir ki, hazırkı işin halları bununla bağlı hər hansı narahatlığa əsas verir.

291. Lakin ümumi hüquqi və inzibati çərçivəyə və Kiprin immiqrasiya siyasətinin adekvatlığına gəldikdə, bir neçə zəif məqamlar aşkar oluna bilər. Avropa Şurasının İnsan Hüquqları Komissarı 2003-cü il tarixli hesabatında qeyd edib ki, immiqrasiya siyasətinin olmaması və bununla bağlı qanunverici çatışmazlıqlar qadınların Kiprə alverini həvəsləndirmişdir (baxın, yuxarıda 91-ci paraqraf). O, kabare artistləri kimi Kiprə daxil olan gənc qadınların axınının qarşısının alınması üçün qabaqlayıcı nəzarət tədbirlərinin qəbul olunmasına çağırmışdır (baxın, yuxarıda 94-cü paraqraf). Sonrakı hesabatlarında Komissar hüquqi çərçivələr barədə narahatlıqlarını təkrar etmiş və artistin ölkəyə daxil olmaq icazəsi üçün kabare administratorlarının müraciət etməli olması barədə sistemi xüsusilə tənqid edərək hesab etmişdir ki, bu sistem artisti işəgötürəni və ya agentindən asılı edir və onun həmin şəxslərin əllərinə düşmə təhlükəsini artırır (baxın, yuxarıda 100-cü paraqraf). 2008-ci il tarixli hesabatında Komissar artist viza rejimini insan alveri ilə mübarizənin aparılması üçün zəruri addımlar atmağı hüquq mühafizə orqanlarına çox çətin edən kimi tənqid etməklə qeyd etmişdir ki, bu, insan alverinə qarşı görülmüş tədbirlərə zidd və ya ən azı onları səmərəsiz edən kimi qəbul oluna bilər (baxın, həmçinin 105 və 107-ci paraqraflarda ABŞ Dövlət Departamentinin hesabatı). Komissar təəssüfünü ifadə edib ki, əvvəlki hesabatlarda ortaya çıxmış narahatlıqlara və onu ləğv etmək barədə Hökumətin öhdəliyinə baxmayaraq, artistin əmək icazəsi hələ qüvvədədir (baxın, yuxarıda 103-cü paraqraf). Eynilə, Ombudsman 2003-cü il tarixli hesabatında minlərlə gənc əcnəbi qadınların Kiprə daxil olmasında artist viza rejimini günahlandırmış və qeyd etmişdir ki, bu qadınlar pis yaşayış və əmək şəraitində işəgötürənləri tərəfindən istismar edilirlər (baxın, yuxarıda 89-cu paraqraf).

292. Daha sonra, Məhkəmə vurğulayır ki, artist öz işini tərk etdikdə, bu barədə dövlət orqanlarını məlumatlandırmaq üzrə işəgötürənlərin öhdəliyi (baxın, yuxarıda 117-ci paraqraf) immiqrantların immiqrasiya öhdəliklərinə riayət etməsinə nəzarət etməyi dövlət orqanlarına mümkün etmək üçün qanuni tədbir olsa belə, riayət olunmanın təmin olunması və riayət olunmadıqda, addımlar atmaq üçün məsuliyyət dövlət orqanların özlərində qalmalıdır. İtmiş artistlərin geriyə qaytarılması və ya artistlərin davranışı üçün şəxsi məsuliyyətin hər hansı digər şəkildə üzərinə götürülməsi barədə kabare sahiblərini və administratorlarını həvəsləndirən tədbirlər artistlərə aid Kiprdə insan alverinin daha geniş kontekstində yolverilməzdir. Bunun əksinə olaraq, Məhkəmə işə götürdükləri artistlərlə bağlı gələcək potensial xərclərin əhatə olunması üçün bank zəmanətinin kabare sahibləri və administratorlarından tələb olunması praktikasını xüsusilə narahatlıq doğuran hesab edir (baxın, yuxarıda 115-ci paraqraf). Xanım Rantsevanın imzaladığı ikinci borc öhdəliyi (baxın, yuxarıda 15-ci paraqraf), eləcə də M.A.-nın xanım Rantseva üçün məsuliyyət daşıdığı və bu səbəbdən polis idarəsinə gəlib onu oradan götürməsinin tələb olunduğu barədə ƏİPX-in izah edilməmiş qənaəti eynilə (baxın, yuxarıda 20-ci paraqraf narahatlıq doğurur.

293. Belə olan halda, Məhkəmə hesab edir ki, Kiprdə artist vizalarının rejimi insan alverinə və istismara qarşı praktiki və səmərəli müdafiəni xanım Rantsevaya təqdim etməmişdir. Müvafiq olaraq, bununla bağlı Konvensiyanın 4-cü maddəsi pozulmuşdur.


Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin