2. Kipr Hökuməti
312. Öz yazılı dəlillərində Kipr Hökuməti razılaşmayıb ki, hazırkı işdə Konvensiyanın 5-ci maddəsi pozulmuşdur. Onlar iddia ediblər ki, işin müəyyən olunmuş hallarında polisin xanım Rantseva üzərində hər hansı səlahiyyəti həyata keçirib-keçirməməsi aydın deyildir. Nə də xanım Rantsevanın M.A. ilə getməkdən imtina etdiyi halda nəyin baş verəcəyi məlumdur.
313. Birtərəfli bəyanatında (baxın, yuxarıda 187-ci paraqraf), Hökumət etiraf edib ki, polis idarəsində xanım Rantsevanın məruz qaldığı rəftar və azadlıqdan məhrum edilməsi üçün hüquqi əsas olmasa belə, onu azad etmək deyil, M.A.-ya təhvil vermək barədə qərar Konvensiyanın 5-ci maddəsinin tələblərinə ziddir.
Dostları ilə paylaş: |