ii. Qoruyucu tədbirlər görmək üzrə pozitiv öhdəlik
304. Məhkəmə təkrar edir ki, operativ tədbirlər görmək barədə Rusiyaya aid olan hər hansı pozitiv öhdəlik yalnız onun ərazisində baş vermiş hərəkətlərdən yarana bilər (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş Al-Adsani, §§ 38-39).
305. Məhkəmə qeyd edir ki, gənc qadınların cinsi industriyada işləmək üçün xarici Dövlətlərə insan alveri üzrə köçürülməsi ilə bağlı ümumi problem haqqında Rusiya dövlət orqanlarının məlumatlı olduğu görünsə belə, heç bir sübut yoxdur ki, Kiprə getməsindən əvvəl xanım Rantsevanın real və birbaşa təhlükədə olması ilə bağlı etibarlı şübhəyə əsas verən hallar barədə onlar məlumatlı olmuşlar. Təcili operativ tədbirlər görmək öhdəliyinin yaranması üçün sadəcə olaraq artist vizaları əsasında Kiprə gedən gənc qadınlar üçün ümumi təhlükənin mövcud olmasını göstərmək kifayət deyil. Bu ümumi təhlükə ilə bağlı Məhkəmə təkrar edir ki, Rusiya dövlət orqanları vətəndaşları trafikinq təhlükələri barədə məlumatlandırmaq üçün addımlar atmışlar (baxın, yuxarıda 262-ci paraqraf).
306. Nəticədə, Məhkəmə hesab etmir ki, işin halları xanım Rantsevanı müdafiə etmək üçün operativ tədbirlər görmək üzrə Rusiya dövlət orqanlarına münasibətdə pozitiv öhdəliyin yaranmasına kifayət olmuşdur. Müvafiq olaraq, bu məsələ ilə bağlı Rusiya dövlət orqanları tərəfindən Konvensiyanın 4-cü maddəsi pozulmamışdır.
Dostları ilə paylaş: |