Инсан мянявиййат цчцн йашамалы¬дыр



Yüklə 132 Kb.
səhifə2/2
tarix28.12.2021
ölçüsü132 Kb.
#17065
1   2
Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verər o da.
– beytini yada salmamaq mümkün deyil. «Hərə ayağını öz yor­ğa­nına gö­rə uzatmalıdır» hikmətini də nəzərə alsaq fiziki tərbiyənin də or­qanizmin təbii imkanları hüdudunda aparıl­malı olduğunu fəhm et­mək çətin olmaz.

Ona görə də, peşəkar idmanla kütləvi bədən tərbiyəsi qarışıq sa­lın­­mamalıdır. Təsadüfi deyildir ki, Heydər Əliyev məhz idmana da əha­­­linin fiziki sağlamlığı, bədən tərbiyəsi kontekstində baxırdı; Gəncə Olimpiya İdman Kompleksinin açılış mərasimindəki çıxışında bu mə­sələni vurğulayaraq de­mişdir: «Bizim məq­sədimiz bütün Azərbaycan xalqının sağ­lamlığını – həm fiziki, həm mə­nəvi, əqli sağlamlığını təmin et­məkdir… Biz çalışırıq ki, gənc­lərimiz üçün, onların sağ­lam­lığını tə­min etmək üçün müx­təlif idman komp­leks­ləri yaran­sın. Bədən tər­bi­yə­si ilə kütləvi məşğul olmaq üçün im­kan­lar yaransın».



Məktəblərdə fiziki sağlamlığın təmin olunması isti­qamətində gö­rülən işlər heç də yalnız idman dərslərinin ke­çilməsi ilə məhdud­laşdırı­la bilməz. Bu məsələdə məktəb və ailə bir-birini tamamlamalı, uşaq­ların hər gün evdə də zəruri hərəkət minimumuna əməl etmələri nor­maya, vərdişə çevril­məlidir. Digər tərəfdən, fiziki sağlamlıq ruh və bə­də­nin har­moniyasını tələb etdi­yinə görə, şagirdlərin və tələbələrin psi­xikasını, əsəb sistemini poza bi­ləcək hər hansı kənar təsirin qarşısı alın­malı, ailə də, təhsil müəssisələri də, idman kom­pleksləri də mənəvi ra­hatlıq və ahəngdar in­kişaf üçün opti­mal mühit rolunu oyna­malı­dırlar.

İnsan bədəninin sağlamlı­ğını qorumaq və xəstələn­dikdə onu müalicə etmək üçün bütöv bir elmi və əməli fəaliyyət sahəsi – təbabət mövcuddur. Bəs insanın mənəvi varlığının qorunması və «müalicəsi» ilə kim və necə məşğul olur? Diqqətlə yanaşıldıqda insanın həyat tərzi və əməli fəaliyyəti bir yox, bir sıra müxtəlif elmi-nəzəri və praktik sahələrin təsirinə məruz qalır. Əgər fiziki sağ­lamlığın şərtləri insan orqanizminin elmi səviyyədə öyrə­nilməsinə əsaslanırsa və təbabət ilk növbədə anatomiya və fiziologiya üzərində formalaşırsa, mənəviyyata yol göstərən və sahiblik etmək istəyən iddiaçılar daha çoxdur. Bu sahədə etika və peda­qogikaının timsalında elmlə yanaşı, əxlaq və din də həlledici rol oynayır. Ruhun sağlamlığı təkcə bilik üzə­rində qurula bilmir. Burada inam, etiqad da eyni dərə­cədə önəm­lidir. Bü­tün bu cəhətlər ilk növbədə məktəblərdə, təhsil strategi­yasında nəzərə alınmalıdır. Son dövrlərdə Azər­bay­can­da məktəblərə diqqətin artması da bu baxımdan qanu­nauyğun görünür. O vaxt İlham Əliyevin rəhbərliyi ilə Milli Olimpiya Komitəsi tərəfindən bütün bölgələrdə yeni idman kom­plekslərinin tikilməsi işi indi Mehriban xanım Əliye­vanın rəhbərliyi ilə bütün bölgələrdə yeni məktəb binalarının tikilməsi ilə davam etdirilir ki, bu da «sağlam bədən» üçün görülən işlərin «sağlam ruh» üçün görülən işlərlə tamam­lanması deməkdir.

Fərdi miqyasda bədənlə ruh arasındakı münasibətlərin tənzimlənməsində əsas rollardan birini təbabət oynayır. Həm də təbabətin işi nisbətən asandır, çünki sağlam orqa­nizm modelinin yaradılması bütövlükdə və tamamilə elmin inhisarındadır. «Sağlam mənəviyyat» modelinin isə alterna­tivləri çoxdur. Müxtəlif ölkələrdə və xalqlarda bu haqda fərqli təsəvvürlər vardır. Fəlsəfi qatda əxlaqın ancaq nəzəri dəyərləndirilməsi mümkündür, əməli-emprik qatda isə ic­timai-kütləvi şüur həlledici rol oynayır.

İdman özü də ictimai şüura təsir etmək baxımından estetik şüurla ittifaq­dadır və bu cəhət ölkəmizdə hələ çox-çox qədimlərdə də nəzərə alınırdı. Mehriban Əliyeva Azər­baycanda idman oyunlarının keçirilməsi tarixinə mü­raciətlə yazır: «Yarışların, de­mək olar ki, hamısı mu­siqi sədaları ilə mü­şayiət olunurdu. Hətta şahmat oyunu zamanı ud alətində incə musiqi ifa edilirdi. Zorxanalarda güləş zamanı səs­lə­nən ənənəvi musiqidən başqa pəhləvanların şücaətindən bəhs edən mah­nılar da ifa olunurdu».1 Bu və ya digər konkret idman növünə həsr olunmuş musiqi havaları xalq yara­dı­cılığının dəyərli nü­mu­nə­lə­ri kimi bu gün də ifa olun­maq­dadır. Məşhur «cəngi» Azər­bay­canda ənənəvi idman növü olan güləşin bir növ himninə çevrilmiş, fiziki güc və qüdrətin ahəng və ritmlə vəhdətinin timsalı olmuşdur.

Bəli, sağlam bədən sağlam ruh üçün kafi şərt ola bilməz. Bunun üçün ən azı sağlam ictimai mühit də lazımdır. Cə­miy­yət üçün, sosial mühit üçün meyarlar isə birqiymətli müəy­yən edilməmişdir. Cəmiyyət xəstə olanda onu müalicə etməli olan insanlar da xeyli dərəcədə həmin ictimai mühitin məh­sulu olduğundan vəziyyət mürəkkəbləşir. Kimin kimi müa­licə etmək səlahiyyətinə malik olması şübhə altına alınır. Xəstə sanılan tərəf də qarşı tərəfi xəstə zənn edir və s. Digər tərəfdən, ruhi-mənəvi sağlamlığın meyarları da vahid tarixi-coğrafi invariantlara malik deyil. Yəni müxtəlif dövrlərdə və müxtəlif xalqlarda bu meyarlar fərqli olur.

Bu baxımdan, həm fərdlər üçün, həm də bütövlükdə cəmiyyət üçün «sağlam ruh» atmosferinin yaradılması döv­lətin əsas funksiyalarından biri hesab edilə bilər.




1 Лаоцзы. Обрести себя в дао. М., 1999. стр. 158.

2 Bax, məs.: С.Вивекананда. Философия йоги. М., 2003. – 400 с.; Ан­то­логия даосской философии. М., 1994. – 447 с.; Байнфилд Г. Корнголд Е. Между небом и землей. Справочник по китайской медицине. М., 1997. – 448 с.

3 Платон. Аристотель. Пайделя: Восхождение к доблести. М., 2003, стр.157.

1 Большая Советская Энциклопедия. т. 27, М.,1980,стр. 378.

1 Г.И.Царегородцев. Научно-технический прогресс и здо­ровье. М., «Знание», 1970, стр.19.

1 Mehriban Əliyeva. Azərbaycan idmanının qədim ənənələri. «Azərbayjan – İRS», 2002. №11-12, səh.5.


Yüklə 132 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin