Insan qanının vacib maddələr



Yüklə 33.01 Kb.
Pdf просмотр
tarix25.12.2016
ölçüsü33.01 Kb.

Dəmir 

insan  qanının 

vacib  maddələr

indən 

biridir. 

O,  hemoqlobinin 

yaradılmasında 

iştirak 

edir.  H

emoqlo

bin  qı

rmızı 

qan 

hüceyr

ələrini

n  tərk

ib  his

səsi  o

laraq, 

oksigeni 

orqanizmin 

bütün 

toxumalarına 

 

çatdırır

. Beləliklə, 

dəmir çat

ışmazlığı 

qanın 

qırmızı 

hüceyrələrinin 

azalmasına 

səbəb 

olur.  Bu 

da  hemoqlobinin 

səviyyəsinin 

düşməsinə 

və toxumaların 

lazımi miqdarda 

oksigen 

ala bilməməsinə 

gətirib 

çıxarır. 

Bu 

vəziyyətə 

dəmir defisitli 

anemiya 

deyilir.

VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Valideynlər bilməlidirlər ki, əgər onların övladı 

Vaxtından əvvəl doğulubsa;

Yeni  doğulan  dövrdə  çəkisi  normadan  az 

olubsa;


Əsas  qida  rasionu  dəmirlə  zənginləşməmiş 

inək südündən ibarətdirsə,



bu  halda  dəmir  defisitli  anemiyanın  olma 

ehtimalı çox yüksəkdir! 

Valideynlər üçün uşaqlarda dəmir defisitli anemiyanın 

profilaktikasına dair məsləhətlər:

6  aylığınadək  müstəsna  olaraq  ana  südü  ilə 

qidalandırmaq;

Ana südü ilə qidalanmanın vaxtından əvvəl kəsildiyi 

hallarda uşağın 12 aylığınadək tərkibində dəmir olan 

uşaq yeməklərindən istifadə etmək;

Vaxtından əvvəl və ya az çəki ilə doğulmuş uşaqlara 

həyatlarının 1-ci ayından gec olmayaraq tərkibində 

dəmir olan siropların (gündə 2 mq/kq – maksimum 

15 mq/kq) qəbuluna başlamaq;

1 yaşadək inək südünün qəbulundan imtina etmək;

Dəmir preparatlarını uşaqların əli çatmayan yerlərdə 

saxlamaq; 

6 aylıqdan başlayaraq tərəvəzlərin, 8-9 aylıqdan isə 

ət qəbuluna başlamaq;

Dəmirin mənimsənilməsini yaxşılaşdırmaq məqsədi 

ilə  qida  rasionuna  askorbin  turşusu  ilə  zəngin 

maddələrin daxil etmək (meyvələr, tərəvəzlər və ya 

onlardan hazırlanan şirələr).

Vaxtında  doğulmuş  uşaqlar  6  aylığında,  vaxtından 

əvvəl  doğulmuşlar  isə  3  aylığından  gec  olmayaraq 

hemoqlobinin  qanda  səviyyəsinin  təyin  edilməsinə 

görə yoxlanılmalıdırlar!

Buklet  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi kollegiyasının 

3  fevral  2009-cu  il  tarixli  3  saylı  qərarı  ilə  təsdiq  edilmiş  “Dəmir 

defisitli anemiyanın diaqnostika və müəlicəsi üzrə klinik protokol” 

əsasında  Səhiyyə  Nazirliyinin  İctimai  Səhiyyə  və  İslahatlar 

Mərkəzində hazırlanmışdır.

Bukletdə  dərc  olunanlar  Azərbaycan  Respublikası  Səhiyyə 

Nazirliyinin baş hematoloqu ilə razılaşdırılmışdır.

Buklet  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin  səhiyyə 

islahatları  çərçəvəsində  ictimai  səhiyyə  kadrların  hazırlanması 

üzrə Tədbirlər proqramı əsasında çap edilmişdir.


Dəmir  defisitli  anemiya  –  dəmirin  bədənimizə  daxil 

olmasının, mənimsənilməsinin pozulması və ya xəstəliklər 

səbəbindən  itirilməsi  nəticəsində  hemoqlobinin  qanda 

normal səviyyəsinin azalması deməkdir.



Normada  hemoqlobinin qanda səviyyəsi:

qadınlarda:

120-140 q/l

kişilərdə: 

130-160 q/l

uşaqlarda: 

1-6 yaş - 110 q/l-dən yuxarı

6 yaşdan yuxarı:

120 q/l-dən yuxarı

Statistikaya  görə,  dünya  əhalisinin  təxminən  üçdə 



birində dəmir defisiti var.

 

Əgər sizdə aşağıdakı əlamətlərdən bir neçəsi varsa, deməli, 

dəmir defisitli anemiyanın olmasından şübhələnməlisiniz:

Süstlük

Yorulma

Yuxuculluq

Başgicəllənmə

Dad hissinin qarışması 

Dəri örtüyünün solğunluğu (xüsusilə ovucların və 

selikli qişaların)



Dərinin quruluğu

Ağız bucaqlarında çatlar

Dilin selikli qişasının hamarlaşması

Köndələninə cızıqlanmış dırnaqlar, onlarda 

qaşığa bənzərliyin formalaşmasına meyllilik

Saçların qırılması və tökülməsi

Ürəkdöyünmə hissi.

İştahanın azalması 

Tez-tez soyuqlama

Yaşıdları ilə müqayisədə fiziki,

əqli və psixi inkişafdan geri qalma 

İshal və qəbizliyin növbələşməsi



Dəmir defisitli anemiyanın inkişafı üçün böyük riskə malik olan 

insan qrupları:

Qadınlar 

Körpələr və uşaqlar

Vegetarianlar

 Qan donorları

Bu qruplara aid olan insanlar hətta heç bir xəstəlik əlaməti hiss 

etməsələr  də,  profilaktika  məqsədi  ilə  həkim  müayinəsindən 

keçməlidirlər.

çünki  hər  ay  menstruasiya  zamanı  qan  itkisi  səbəbinə  görə 

onların bədənlərində dəmirin miqdarı azalır

ana  südü  və  ya  uşaq  qarışıqları  ilə  lazımi  miqdarda  dəmir 

almırlarsa, onlarda dəmir defisitinin ortaya çıxması riski olur; 

yeniyetmələr intensiv boy atdıqda onlar üçün əlavə dəmir tələb 

olunur, çünki bu element əzələlərin inkişafı üçün də çox vacibdir 

çünki  orqanizmdə  dəmir  ehtiyatının  artırılması  üçün  ən  yaxşı 

qida  maddələri  ət,  balıq,  ev  quşlarıdır  və  bunlardan 

vegetarianlar imtina edəndə dəmirin miqdarı qanda azala bilər.

qanda  hemoqlobinin  səviyyəsi  normada  qalması  üçün,  qan 

donorları ildə 5 dəfədən çox olmayaraq yalnız 2 aydan bir qan 

verə bilərlər.

Uşaqlarınızda bəzi əlamətlərə xüsusilə 

fikir verməlisiniz:

DƏMİR DEFİSİTLİ ANEMİYANIN MÜALİCƏSİ 

DƏMİR PREPARATLARI İLƏ APARILIR.

Bu dərman vasitələri xəstənin əsaslı 

müayinəsindən sonra həkim tərəfindən 

təyin edilməlidir. 

Bunları bilmək vacibdir:

Dəmir defisitini aradan qaldırmaq üçün hökmən dəmir 

preparatı qəbul edilməlidir.

Preparat əsasən həb şəkilində qəbul edilir.

Askorbin turşusu, yəni vitamin C dəmirin sorulmasını 

gücləndirir. Məsələn, təzə limon və ya portağal 

şirəsini qidada istifadə etmək bu cəhətdən xeyirlidir.

Daxilə qəbul olunan dəmir preparatlarının ac qarına 

və turş meyvə şirəsi ilə qəbulu dəmirin sorulmasını 

artırır. Əgər sizin mədənizdə  narahatçılıq varsa, 

onda dəmir preparatlarının qəbulu yemək zamanı 

ola bilər. 

Yemək zamanı kompot, şirə, giləmeyvə və ya meyvə 

dəmləmələri, saf su kimi içkilər daha məsləhətlidir.

Dəmirin sorulması qidada olan bəzi maddələrin 

təsirindən azala bilər. Qida ilə birlikdə çay və ya 

qəhvə qəbulu həll olmayan tanin komplekslərinin 

əmələ gəlməsi ilə əlaqədar dəmirin sorulmasını 

azaldır. Ona görə də çay və ya qəhvəni yeməkdən bir 

qədər sonra içmək lazımdır. 

Dəmir preparatının qəbulu 4-6 ay davam etdirilməlidir. 

DƏMİR TƏRKİBLİ DƏRMANLARI ÖZBAŞINA QƏBUL 

ETMƏYİN, ƏKS HALDA DƏMİRİN QANDA MİQDARININ 

ARTMASI NƏTİCƏSİNDƏ ZƏHƏRLƏNƏ BİLƏRSİNİZ!

Yadda saxlamaq lazımdır ki, hemoqlobinin qanda 

səviyyəsi  normallaşan  kimi  dəmir  preparatlarının 

qəbulunu birdən-birə dayandırmaq düzgün deyil, bu 

proses 3-4 ay ərzində, tədricən olmalıdır. 



Hamilə  olmayan  bütün  qadınlar  17-25  yaşlar 

arasında  dəmir  defisitli  anemiyanın  olub-

olmamağına  görə  ən  azı  bir  dəfə  müayinə 

edilməlidirlər. Risk faktorlarının mövcudluğu zamanı 

müayinələrin  daha  tez-tez  (ildə  bir  dəfədən  az 

olmayaraq) aparılması tələb olunur.



Hamilə qadınlar daha çox dəmir defisitli 

anemiya  riskinə  malikdirlər.  Bütün 

hamilə  qadınlarda  həkimə  birinci 

müraciət zamanı və hamiləliyin sonrakı 

müddətində  heç  olmasa  bir  dəfə 

hemoqlobinin səviyyəsi yoxlanılmalıdır.

Hamiləlik  zamanı  qanda  hemoqlobin 

105 q/l-dən AŞAĞI ENMƏMƏLİDİR !

Dəmir  defisitli  anemiya  zamanı  həkim  və 

diyetoloqlar  bir  qayda  kimi,  qida  rasionuna 

tərkibi  dəmirlə  zəngin  olan  ərzaq  növlərini 

daxil  etməyi  tövsiyə  edirlər.  Bu,  birinci 

növbədə,  ət  məhsulları  (xüsusilə  malın 

qaraciyəri), toyuq əti, yumurta,   bütün yarma 

növləridir  (xüsusilə  qarabaşaq  yarması). 

Dəmir həmçinin noxud, lobya, 

yulaf yarması, qara gavalı, kişmiş, şokolad, 

qoz, əncir və nar kimi ərzaqların da 

tərkibinə daxildir.



Lakin yadda saxlayın ki, dəmir defisitli 

anemiyanı yalnız düzgün pəhriz hesabına 

müalicə etmək mümkün deyil!

Document Outline

  • Page 1
  • Page 2



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə