Dəmir
insan qanının
vacib maddələr
indən
biridir.
O, hemoqlobinin
yaradılmasında
iştirak
edir. H
emoqlo
bin qı
rmızı
qan
hüceyr
ələrini
n tərk
ib his
səsi o
laraq,
oksigeni
orqanizmin
bütün
toxumalarına
çatdırır
. Beləliklə,
dəmir çat
ışmazlığı
qanın
qırmızı
hüceyrələrinin
azalmasına
səbəb
olur. Bu
da hemoqlobinin
səviyyəsinin
düşməsinə
və toxumaların
lazımi miqdarda
oksigen
ala bilməməsinə
gətirib
çıxarır.
Bu
vəziyyətə
dəmir defisitli
anemiya
deyilir.
VALİDEYNLƏRİN NƏZƏRİNƏ!
VALİDEYNLƏRİN NƏZƏRİNƏ!
Valideynlər bilməlidirlər ki, əgər onların övladı
Vaxtından əvvəl doğulubsa;
Yeni doğulan dövrdə çəkisi normadan az
olubsa;
Əsas qida rasionu dəmirlə zənginləşməmiş
inək südündən ibarətdirsə,
bu halda dəmir defisitli anemiyanın olma
ehtimalı çox yüksəkdir!
Valideynlər üçün uşaqlarda dəmir defisitli anemiyanın
profilaktikasına dair məsləhətlər:
6 aylığınadək müstəsna olaraq ana südü ilə
qidalandırmaq;
Ana südü ilə qidalanmanın vaxtından əvvəl kəsildiyi
hallarda uşağın 12 aylığınadək tərkibində dəmir olan
uşaq yeməklərindən istifadə etmək;
Vaxtından əvvəl və ya az çəki ilə doğulmuş uşaqlara
həyatlarının 1-ci ayından gec olmayaraq tərkibində
dəmir olan siropların (gündə 2 mq/kq – maksimum
15 mq/kq) qəbuluna başlamaq;
1 yaşadək inək südünün qəbulundan imtina etmək;
Dəmir preparatlarını uşaqların əli çatmayan yerlərdə
saxlamaq;
6 aylıqdan başlayaraq tərəvəzlərin, 8-9 aylıqdan isə
ət qəbuluna başlamaq;
Dəmirin mənimsənilməsini yaxşılaşdırmaq məqsədi
ilə qida rasionuna askorbin turşusu ilə zəngin
maddələrin daxil etmək (meyvələr, tərəvəzlər və ya
onlardan hazırlanan şirələr).
Vaxtında doğulmuş uşaqlar 6 aylığında, vaxtından
əvvəl doğulmuşlar isə 3 aylığından gec olmayaraq
hemoqlobinin qanda səviyyəsinin təyin edilməsinə
görə yoxlanılmalıdırlar!
Buklet Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının
3 fevral 2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “Dəmir
defisitli anemiyanın diaqnostika və müəlicəsi üzrə klinik protokol”
əsasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar
Mərkəzində hazırlanmışdır.
Bukletdə dərc olunanlar Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin baş hematoloqu ilə razılaşdırılmışdır.
Buklet Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səhiyyə
islahatları çərçəvəsində ictimai səhiyyə kadrların hazırlanması
üzrə Tədbirlər proqramı əsasında çap edilmişdir.
Dəmir defisitli anemiya – dəmirin bədənimizə daxil
olmasının, mənimsənilməsinin pozulması və ya xəstəliklər
səbəbindən itirilməsi nəticəsində hemoqlobinin qanda
normal səviyyəsinin azalması deməkdir.
Normada hemoqlobinin qanda səviyyəsi:
qadınlarda:
120-140 q/l
kişilərdə:
130-160 q/l
uşaqlarda:
1-6 yaş - 110 q/l-dən yuxarı
6 yaşdan yuxarı:
120 q/l-dən yuxarı
Statistikaya görə, dünya əhalisinin təxminən üçdə
birində dəmir defisiti var.
Əgər sizdə aşağıdakı əlamətlərdən bir neçəsi varsa, deməli,
dəmir defisitli anemiyanın olmasından şübhələnməlisiniz:
Süstlük
Yorulma
Yuxuculluq
Başgicəllənmə
Dad hissinin qarışması
Dəri örtüyünün solğunluğu (xüsusilə ovucların və
selikli qişaların)
Dərinin quruluğu
Ağız bucaqlarında çatlar
Dilin selikli qişasının hamarlaşması
Köndələninə cızıqlanmış dırnaqlar, onlarda
qaşığa bənzərliyin formalaşmasına meyllilik
Saçların qırılması və tökülməsi
Ürəkdöyünmə hissi.
İştahanın azalması
Tez-tez soyuqlama
Yaşıdları ilə müqayisədə fiziki,
əqli və psixi inkişafdan geri qalma
İshal və qəbizliyin növbələşməsi
Dəmir defisitli anemiyanın inkişafı üçün böyük riskə malik olan
insan qrupları:
Qadınlar
Körpələr və uşaqlar
Vegetarianlar
Qan donorları
Bu qruplara aid olan insanlar hətta heç bir xəstəlik əlaməti hiss
etməsələr də, profilaktika məqsədi ilə həkim müayinəsindən
keçməlidirlər.
çünki hər ay menstruasiya zamanı qan itkisi səbəbinə görə
onların bədənlərində dəmirin miqdarı azalır
ana südü və ya uşaq qarışıqları ilə lazımi miqdarda dəmir
almırlarsa, onlarda dəmir defisitinin ortaya çıxması riski olur;
yeniyetmələr intensiv boy atdıqda onlar üçün əlavə dəmir tələb
olunur, çünki bu element əzələlərin inkişafı üçün də çox vacibdir
çünki orqanizmdə dəmir ehtiyatının artırılması üçün ən yaxşı
qida maddələri ət, balıq, ev quşlarıdır və bunlardan
vegetarianlar imtina edəndə dəmirin miqdarı qanda azala bilər.
qanda hemoqlobinin səviyyəsi normada qalması üçün, qan
donorları ildə 5 dəfədən çox olmayaraq yalnız 2 aydan bir qan
verə bilərlər.
Uşaqlarınızda bəzi əlamətlərə xüsusilə
fikir verməlisiniz:
DƏMİR DEFİSİTLİ ANEMİYANIN MÜALİCƏSİ
DƏMİR PREPARATLARI İLƏ APARILIR.
Bu dərman vasitələri xəstənin əsaslı
müayinəsindən sonra həkim tərəfindən
təyin edilməlidir.
Bunları bilmək vacibdir:
Dəmir defisitini aradan qaldırmaq üçün hökmən dəmir
preparatı qəbul edilməlidir.
Preparat əsasən həb şəkilində qəbul edilir.
Askorbin turşusu, yəni vitamin C dəmirin sorulmasını
gücləndirir. Məsələn, təzə limon və ya portağal
şirəsini qidada istifadə etmək bu cəhətdən xeyirlidir.
Daxilə qəbul olunan dəmir preparatlarının ac qarına
və turş meyvə şirəsi ilə qəbulu dəmirin sorulmasını
artırır. Əgər sizin mədənizdə narahatçılıq varsa,
onda dəmir preparatlarının qəbulu yemək zamanı
ola bilər.
Yemək zamanı kompot, şirə, giləmeyvə və ya meyvə
dəmləmələri, saf su kimi içkilər daha məsləhətlidir.
Dəmirin sorulması qidada olan bəzi maddələrin
təsirindən azala bilər. Qida ilə birlikdə çay və ya
qəhvə qəbulu həll olmayan tanin komplekslərinin
əmələ gəlməsi ilə əlaqədar dəmirin sorulmasını
azaldır. Ona görə də çay və ya qəhvəni yeməkdən bir
qədər sonra içmək lazımdır.
Dəmir preparatının qəbulu 4-6 ay davam etdirilməlidir.
DƏMİR TƏRKİBLİ DƏRMANLARI ÖZBAŞINA QƏBUL
ETMƏYİN, ƏKS HALDA DƏMİRİN QANDA MİQDARININ
ARTMASI NƏTİCƏSİNDƏ ZƏHƏRLƏNƏ BİLƏRSİNİZ!
Yadda saxlamaq lazımdır ki, hemoqlobinin qanda
səviyyəsi normallaşan kimi dəmir preparatlarının
qəbulunu birdən-birə dayandırmaq düzgün deyil, bu
proses 3-4 ay ərzində, tədricən olmalıdır.
Hamilə olmayan bütün qadınlar 17-25 yaşlar
arasında dəmir defisitli anemiyanın olub-
olmamağına görə ən azı bir dəfə müayinə
edilməlidirlər. Risk faktorlarının mövcudluğu zamanı
müayinələrin daha tez-tez (ildə bir dəfədən az
olmayaraq) aparılması tələb olunur.
Hamilə qadınlar daha çox dəmir defisitli
anemiya riskinə malikdirlər. Bütün
hamilə qadınlarda həkimə birinci
müraciət zamanı və hamiləliyin sonrakı
müddətində heç olmasa bir dəfə
hemoqlobinin səviyyəsi yoxlanılmalıdır.
Hamiləlik zamanı qanda hemoqlobin
105 q/l-dən AŞAĞI ENMƏMƏLİDİR !
Dəmir defisitli anemiya zamanı həkim və
diyetoloqlar bir qayda kimi, qida rasionuna
tərkibi dəmirlə zəngin olan ərzaq növlərini
daxil etməyi tövsiyə edirlər. Bu, birinci
növbədə, ət məhsulları (xüsusilə malın
qaraciyəri), toyuq əti, yumurta, bütün yarma
növləridir (xüsusilə qarabaşaq yarması).
Dəmir həmçinin noxud, lobya,
yulaf yarması, qara gavalı, kişmiş, şokolad,
qoz, əncir və nar kimi ərzaqların da
tərkibinə daxildir.
Lakin yadda saxlayın ki, dəmir defisitli
anemiyanı yalnız düzgün pəhriz hesabına
müalicə etmək mümkün deyil!