İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı Mövzu İnsan resursları: mahiyyəti və məzmunu



Yüklə 0,58 Mb.
səhifə14/60
tarix03.02.2022
ölçüsü0,58 Mb.
#52030
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   60
referat 3325

7.2 Kadrlarla aparılan iş sistemi
Kadr siyasəti kadrlarla yeni iş sisteminin formalaşması və onların tərbiyə edilməsi, seçilməsi ümumdövlət işinin mühüm vəzifəsi hesab edilməli və dövlətin sosial - iqtisadi siyasətində başlıca yer tutmalıdır.

Kadrlarla iş idarəetmə sisteminin və idarəetmə nəzəriyyəsinin mühüm cəhətlərindən biridir. Kadrlarla iş sistemi dedikdə, burada geniş əhatəli məsələlər -kadrların seçilməsi, yerləşdirilməsi, irəli çəkilməsi, onlarm ixtisasının artırılması, işçi kateqoriyaları və vəzifə nomenklaturasının müəyyənləşdirilməsi və təhlili, onların işinin təşkili, planlaşdırılması, əməyinin qiymətləndirilməsi sistemləri və s. nəzərdə tutulur. Həmin məsələlərdən bə'ziləri idarəetmə əməyinin təşkili məsələləri ilə də əlaqədardır.

Kadrlarla aparılan iş məcmu iş sistemlərindən ibarətdir. Burada idarəetmə strukturu, idarəetmə məqsədi, metodu və prinsipləri, həcmi, idarəetmə funksiyaları və s. nəzərə alınmalıdır. Çünki bunun əsasında idarəetmə orqanı üçün lazım olan işçilər, onların strukturu - peşə və vəzifə tərkibi müəyyən edilir. Bundan sonra isə hər bir idarəetmə strukturunda çalışan vəzifəli şəxsə qarşı (tutduğu vəzifə baxımından) əsas tələblər, onun nəyi bilməsi və bacarması, kadrların seçilməsi, yerləşdirilməsi və irəli çəkilməsi məsələsi irəli sürülür. Burada konkret şərtlər və vəzifələr çərçivəsində onların seçilməsi və irəli çəkilməsi həyata keçirilir. Kadrların seçilməsi müəyyən modellər, əlamətlər və prinsiplər əsasında icra olunur. Bu məsələ ən çətin və prinsipial əhəmiyyətə malik olan bir fəaliyyət sahəsidir. Çünki kadrların seçilməsi nəticə etibarilə idarəedən sistemin formalaşmasını - onun indisini və gələcəyini müəyyənləşdirir.

Kadrlarla aparılan iş onların hazırlanması və ixtisasının artırılması məsələləri ilə də əlaqədardır. Onlardan istifadə olunması məsələsi də ən vacib problemlərdən biridir.

Kadr problemi, onlarla aparılan iş sistemi müəyyən dərəcədə universal xarakter daşıyır. Çünki, bu, kadrların yerləşdirilməsi və onların formalaşması problemini vahid bir qayda əsasında həll etməyə imkan verir. Bununla yanaşı hər bir sahənin kadrlarla təmin olunması, onlarla iş metodları, onlara qarşı konkret spesifik tələblər də nəzərə alınır. Kadrlarla iş zamanı onlar sistem və kompleks halında öyrənilir və qiymətləndirilir. Sistemlilik və komplekslilik tələbləri, prinsipləri xüsusən rəhbər işçilərin seçilməsi və irəli çəkilməsi zamanı nəzərə alınmalıdır.

Kadrlarla aparılan işdə hüquqi normativlər mühüm rol oynayır. Hüquqi normativlər kadrlar seçkisində özbaşınalığın, neqativ halların aradan qaldırılmasında mühüm rol oynamalıdır. Hüquqi normativlər həmçinin kadrlarla iş sisteminin formalaşması və bu işlərin reqlamentdəşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu zaman əmək haqqındakı qanunlar məcəlləsi, respublikaların əmək barəsində qanunçuluğun əsasları, daxili əmək qaydalarının tipik qaydaları başlıca rol oynayır. Burada əmək münasibətlərinin tənzim edilməsi, işçilərin işə qəbul olunması və işdən xaric edilməsi, bu sahədə müdiriyyətin və işçilərin hüquq və vəzifələri və s. məsələlər konkret şəkildə göstərilir. Bundan başqa, işçilərin işə təyin edilməsi, vəzifə nomenklaturaları, vəzifənin tutulması qaydası seçkili, müsabiqə və s. da hüquqi - normativ aktlar vasitəsilə müəyyənləşdirilir.




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin