İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı Mövzu İnsan resursları: mahiyyəti və məzmunu


Qeyri-müstəqim və akkord əmək haqqı sistemləri



Yüklə 0,58 Mb.
səhifə45/60
tarix03.02.2022
ölçüsü0,58 Mb.
#52030
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   60
referat 3325

11.6. Qeyri-müstəqim və akkord əmək haqqı sistemləri.
Sənaye müəssisələrində bəzi hallarda işəmuzd əmək haqqı formasının qeyri-müstəqim sistemindən də istifadə edilir.

İşəmuzd əmək haqqınm qeyri-müstəqim sistemində fəhlənin aldığı əmək haqqı onun xidmət etdiyi əsas fəhlələrin əmək haqqından və ya istehsal etdiyi məhsulun miqdarından asılıdır. Bu sistem çox hallarda əsas fəhlələrə xidmət edən köməkçi fəhlələrin əmək haqqının təşkilində tətbiq olunur. Bir sıra maşınqayırma müəssisələrində avadanlığı sazlaşdırıcılar qeyri-müstəqim işəmuzd sistemi üzrə əmək haqqı alırlar.

Qeyri-müstəqim əmək haqqının iki variantı vardır. Birinci variantda hər hansı iş yerinə xidmət edən fəhlənin əmək haqqı əsas işə-muzdçu fəhlənin hasilatından asılı olaraq müəyyən edilir. Ona görə də köməkçi fəhlə ayrı-ayrı iş yerləri və ya iş sahələrinə fasiləsiz və keyfıyyətli xidmət etməyə maddi cəhətdən maraqlı olur. Əsas fəhlə bir işi icra etdikdə köməkçi fəhlə də bir işə görə əmək haqqı alır. Lakin adətən, köməkçi fəhlənin xidmət etdiyi əsas fəhlə çox iş görür və ona görə də müxtəlif istehsal norması olduğuna görə həmin fəhlələr bir çox işlər üzrə əmək haqqı alırlar. Qeyri-müstəqim əmək haqqı bu halda aşağıdakı kimi hesablanır:

Burada, Qm - hər vahid iş (kq. M3, ədəd, norma-saat) üçün qeyri-müstəqim əmək haqqı; Tm - köməkçi fəhlənin gündəlik tarif maaşı (qəpiklə); Xn - xidmət norması (fəhlələrin, briqadanın sayı); Pl - həmin xidmət obyekti üçün plan tapşırığı (kq, ədəd, norma-saat və sairə).

Əgər Tm = 52,8 qəpik, Xn=2, habelə birinci iş üçün gündəlik Pl = 23 ədəd, ikinci iş üçün Pı = 7 saat olsa, onda

qəpik və qəpik olacaqdır. Bu o deməkdir ki, köməkçi fəhlə birinci xidmət obyekti üzrə istehsal olunan hər ədəd məhsula görə 1,14 qəpik, ikinci xidmət obyekti üzrə isə 7 saatlıq növbənin hər norma-saatı hesabı ilə 3,77 qəpik əmək haqqı almalıdır.

Köməkçi fəhlənin ayrı-ayrı işlər üzrə ümumi qazancı belə hesablanır:

Yəh=Uqi × Fqi, burada, İq - hər bir iş vahidinin qiyməti; Fn- hər iş növü üzrə faktiki istehsal və yaxud işlənilmiş norma-saatlar. Məsələn, əgər köməkçi fəhlənin xidmət etdiyi briqada 3415 ədəd məhsul istehsal etmiş və əsas fəhlələr 198 norma-saat işləmişlərsə, onda köməkçi fəhlənin hər iki xidmət obyekti üzrə qazancı aşağıdakı miqdarda olacaqdır:

1,14 x 3415 + 3,77 x 198 = 39,93 + 7,46 = 47,4 manat.

İkinci variantda isə köməkçi fəhlələr əsas fəhlələrin iş yerlərinə yaxşı xidmət etdikləri üçün əsas fəhlələrin normaları artıqlaması ilə yerinə yetirdiklərinə görə mükafat alırlar. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, burada işin ödənişi hər bir istehsal əməliyyatı üçün deyil, bütünlüklə götürülən iş kompleksinə görə müəyyən edilir. Bu halda konkret işə görə akkord ödənişinin ümumi miqdarı yalnız mövcud vaxt normalarınm və ümumi akkord tapşırığının daxilində olan əməliyyatların hər birinin cəmlənməsi əsasında müəyyən edilir. Bu mənada akkord sistemi müstəqim işəmuzd sistemindən az fərqlənir.

Fəhləyə yerinə yetirməli olduğu işə görə verilmiş naryadda işin həcmi və təsviri verilir. Bundan əlavə naryadda ayrı-ayrı əməliyyatların qiyməti və hər mə'mulatın qiyməti göstərilir.

Hal-hazırda akkord sistemi sənayedə qəzaların ləğv edilməsi, çox mühüm tə'mir işlərinin sürətləndirilməsi və təxirə salınması mümkün olmayan təcili işlərin yerinə yetirilməsi hallarında tətbiq olunur.

Akkord əmək haqqı sistemi tikinti yə nəqliyyat müəssisələrində, daha geniş tətbiq edilir. Məsələn, tikintidə akkord əmək haqqı briqadanın icra edəcəyi iş üzrə bütövlükdə müəyyən edilir. Akkord iş qiymətləri müəyyən edilərkən kompleks akkord işlərinə daxil olan mövcud normalar və ayrı-ayrı iş qiymətləri əsas götürülür. Bu zaman "Vahid norma və iş qiymətləri" sorğu kitabçasından istifadə edilir. Həmin sorğu kitabçasında hər kubmetr quraşdırma, nəqliyyat, tikinti və s. işləri üzrə iş qiymətləri göstərilir. Ayrı-ayrı işlər üzrə kubmetrlərlə işin həcmini hər kubmetrin iş qiymətinə vurub toplamaqla bütün briqada üzrə akkord qazanc hesablanır. Əməyin akkord sistemi üzrə ödənilməsində akkord tapşırıqlarının keyfiyyətlə yerinə yetirilməsi və vaxtından tez yerinə yetirilməsi üçün mükafatlandırma qaydası da müəyyən edilir. Mükafat, əmək haqqına akkord naryadı üzrə əlavə olunur və həmin müəssisədə mövcud olan mükafatvermə qaydası üzrə verilir.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin