İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı Mövzu İnsan resursları: mahiyyəti və məzmunu


Kollektiv (briqada) işəmuzd əmək haqqı, onun mahiyyəti və tətbiqedilmə şərtləri



Yüklə 0,58 Mb.
səhifə46/60
tarix03.02.2022
ölçüsü0,58 Mb.
#52030
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   60
referat 3325

11.7. Kollektiv (briqada) işəmuzd əmək haqqı, onun mahiyyəti və tətbiqedilmə şərtləri.
Müasir elmi-texniki tərəqqi şəraitində istehsal proseslərinin geniş miqyasda kompleks mexanikləşməsi həyata keçirilir, axın xətləri, konveyerlər yaradıhr. Bu təmayül istehsalda ayrı-ayrı işçilərin əlaqəsini, habelə işin ümumi nəticələrinin hər bir işçidən asılılığını gücləndirir. Bununla əlaqədar olaraq sənayedə, tikintidə və digər sahələrdə kollektiv işəmuzd əmək haqqı sistemi, növbə, sahə və briqada üzrə planların yerinə yetirilməsi və artıqlaması ilə ödənilməsinə görə mükafatların verilməsi, məhsulun son çıxışına görə əməyin ödənilməsi kimi və s. kollektiv maddi maraqlandırma formaları inkişaf etməyə başlamışdır.

Kollektiv işəmuzd əmək haqqı sistemi əsasən briqada formasında əməyin təşkili ilə əlaqədardır. Müəssisələrdə təşkil olunan kompleks və ixtisaslaşdırılmış briqadalar aşağıdakı başlıca prinsiplər üzrə işləyirlər: 1) bütün fəhlələrin briqada üzrə işin nəticələrinə maddi marağı; 2) bütün briqada üzvlərinin ümumi işin kəmiyyət və keyfiyyət göstəricilərinə görə maddi məsuliyyəti; 3) əmək prosesində qarşılıqlı yardım, qarşılıqlı əvəzetmə və peşələrin qovuşması; 4) ümumi işdə briqadanın hər bir üzvünün iştirak etmə və əməyinin ödənilmə dərəcəsinin müəyyən edilməsi. İstehsalın və əməyin şəraitində görə hər bir fəhlənin fərdi hasilatının ayrı-ayrılıqda müəyyən edilməsi mümkün olmayan hallarda qrup və ya briqada işəmuzd sisteminin tətbiqi zəruridir.

Əməyin ödənilməsinin kollektiv (briqada) sistemində fəhlənin qazancı bütünlükdə fəhlə kollektivi əməyinin nəticəsinə görə verilir. İşəmuzd kollektiv əmək haqqı sistemi iri maşın və mexanizmlərin yığılmasında, onların təmirində və quraşdırılmasında, kömür kombaynına, domna və marten peçlərinə xidmət edilməsində və bu kimi iri həcmli işlərdə həyata keçirilir.

Bu halda istehsal norması hər fəhlə üçün deyil, bütün briqada üçün və ya fəhlə qrupu üçün müəyyən edilir. Bu sistem üzrə işəmuzd qiymətlərin müəyyən edilməsində və hər bir briqada üzvü üçün fərdi qazancın hesablanmasında bir neçə üsullardan istifadə edilir. Burada iş qiymətləri mövcud norma yerinə yetirilən, işlərin uyğun dərəcəsinin tarif maaşına əsasən müəyyən edilir:



Burada, Bq - məhsul vahidinin briqada iş qiyməti;

Tm - briqada üzvlərinin tarif maaşlarının məbləği;

Bn - briqadanın hasilat normasıdır.Göründüyü kimi briqadanın

soyuq işlərdə çalışan I, II, V və VI dərəcəli fəhlələrinin saatlıq

tarif maaşı 226,8 qəpikdir. Briqadanın hasilat norması 455 ədəd

olduqda iş qiyməti 0,58 qəpik olur.

Bu halda briqadanın saatlıq ümumi qazancı ümumi briqada götürə qiymətinin (Bq) briqadanın faktiki istehsal etdiyi məhsulun miqdarına (Fi) vurmaq yolu ilə müəyyən edilir, yəni Yəh= Bq x Fi = 0,58 x534 = 3,09 manat olacaqdır. Briqadanın ümumi qazancı briqada üzvləri arasında paylanarkən aşağıdakı məsələlərə diqqət yetirilir: a) briqada üzvlərinin dərəcəsi öyrənilir; b) bu dərəcələrə münasib tarif əmsalı təyin edilir; v) hər bir işçinin verilmiş işə sərf etdiyi həqiqi vaxt müəyyən edilir; q) tarif əmsalları həqiqi iş vaxtma vurularaq, əmsallı iş vaxtı saatlan tapılır və bunlar cəmlənərək briqada üzrə qazancın məbləği müəyyən edilir; ğ) briqadanın qazancını əmsallı iş saatlarının yekununa bölməklə əmsallı bir iş saatının qiyməti müəyyən edilir. Kollektiv əmək haqqı briqada üzvləri arasında hər bir fəhlənin ixtisasına və onun işlədiyi vaxta uyğun surətdə bölünür. Əlbəttə, briqadanın hər bir üzvü üçün fərdi iş norması müəyyən etmək, onun şəxsi əməyinin nəticələrini hesablamaq mümkün olsaydı, kollektiv əmək haqqı tətbiq etmək bir o qədər də əlverişli olmazdı. Belə halda fərdi əmək haqqını kollektiv həvəsləndirmə ilə əlaqələndirmək daha yaxşıdır. Məsələn, bir sıra müəssisələrin konveyer xətlərində əmək haqqı son əməliyyatdan çıxmış yararlı məhsulun miqdarına görə hesablanır. Bu, bir tərəfdən fəhlələrin əmək haqqını konveyerdə kollektiv istehsaldan asılı edir və eyni zamanda hər bir işçinin fərdi maddi marağını təmin edir. İndi də briqada üzrə emək haqqının hesablanmasına aid bir məsələ həll edək.

Maşının təmiri üçün norma üzrə 100 saat V dərəcəli, 100 saat isə II dərəcəli fəhlənin işi müəyyən edilmişdir. Aşağıdakı şərtlər əsasında hər bir maşının təmiri üçün briqadalıq iş qiymətini və hər bir fəhlənin əmək haqqını hesablayaq: təmir edilmiş maşının miqdarı 3, işlənilmiş saatlar – III dərəcə üzrə 250 saat, IV dərəcə üzrə 100 saat, V dərəcə üzrə 150 saat.

Burada bir maşının təmiri üçün iş qiyməti aşağıdakı kimi olacaqdır: (32 x 1,72 x 100) + (32 x 1,13 x 100) = 91 man. 20 qəp. Bir maşının təmirində hər bir fəhlənin əmək sərfıni müəyyənləşdirmək üçün bütün briqada və ayrı-ayrı fəhlələr üzrə I dərəcədə gətirilən əmsal saatları yəni şərti saatları müəyyən edək:




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin