İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı Mövzu İnsan resursları: mahiyyəti və məzmunu


Mövzu 13. Əmək kollektivində münaqişə situasiyaları



Yüklə 0,58 Mb.
səhifə54/60
tarix03.02.2022
ölçüsü0,58 Mb.
#52030
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   60
referat 3325

Mövzu 13. Əmək kollektivində münaqişə situasiyaları

və onların idarə edilməsi

13.1. Münaqişələrin mahiyyəti və modeli

13.2. Müəssisədaxili münaqişələrin növləri və onların meydana

çıxmasına təsir edən amillər.

13.3. Müəssisədaxili münaqişələrin baş vermə səbəbləri.

13.4. Münaqişələrin aradan qaldırılmasının şəxsi və

istehsaldaxilimünasibətlərə təsiri.

13.5. Münaqişələrin həll edilməsi üçün istifadə edilən metodların

qiymətləndirilməsi.

13.6. Münaqişələrin profilaktikası və idarə edilməsinin başlıca

istiqamətləri.
13.1. Münaqişələrin mahiyyəti və modeli

Münaqişə dedikdə əks mövqelərin və ya bir araya gəlinməsi mümkün olmayan qüvvələrin toqquşması başa düşülür. Daha geniş mənada münaqişə birgə əmək fəaliyyəti zamanı insanlar, kollektivlər arasında bir-birlərini başa düşməmək və mənafe müxtəlifliyi və ya iki və daha çox tərəflər arasında razılığın olmaması nəticəsində meydana çıxan vəziyyətdir.

Münaqişə - insanların mövcudluluğu faktıdır. Bir çoxları bəşəriyyət tarixini münaqişələrin və mübarizələrin tarixi kimi qəbul edir. Real həyatda münaqişəli vəziyyətlərə biznesdə daha çox təsadüf edilir. Münaqişələr həm ayrı-ayrı müəssisələr, firmalar, şirkətlər və s. arasında, həm də onların daxilində ayrı-ayrı insanlar və qruplar arasında baş verir. Müəssisə, firma və s. daxilində baş verən münaqişələrə təşkilati münaqişələr deyilir və onlara əsasən disputlar, əks mövqelər, ziddiyyətlər, qarşıdurmalar və s. aid edilir.

Təşkilati münaqişələr bir çox formada təzahür edə bilərlər. Təzahür etmə formasından asılı olmayaraq münaqişələrin baş vermə səbəbləri təhlil edilməli, bu səbəblər başa düşülməli və onların tezliklə həll edilməsi üçün əməli tədbirlər görülməlidir. Bir çox qabaqcıl firmalar hətta əməkdaşlarla (işçilərlə) əlaqə üzrə menecer vəzifəsini də öz ştat cədvəllərinə daxil edirlər.

Müəssisə, idarı, təşkilat, firma və s. daxilində baş verən münaqişəli situasiyalar vaxtında aşkar edilib aradan qaldırılmasa onlar struktur bölmələri, mikro və ya makrokollektivkər arasında qarşıdurmaya, əməkdaşlığın zəifləməsinə, bəzi hallarda pozulmasına gətirib çıxara bilər. Bu cür vəziyyətin uzun müddət davam etməsi nəticədə kollektivin deqradasiyasına, təşkilatın dağılmasına gətirib çıxara bilər.

Bir çoxları münaqişəni təcavüzlə, mübahisə, düşmənçilik, müharibə və s. ilə eyniləşdirir və hesab edirlər ki, mümkün qədər münaqişələrdən qaçmaq, əgər bu mümkün olmasa onları tezliklə həll etmək lazımdır.

Ancaq qeyd etmək lazımdır ki, münaqişələr problemlərlə yanaşı bəzi hallarda xeyirdə gətirə bilər. Buna görə də bəzən firmaların menecerləri təşkilatı “hərəkətə gətirmək“ məqsədi ilə süni surətdə münaqişəli situasiyalar yaradırlar. Ümumiyyətlə belə hesab edirlər ki, firmalarda, təşkilatlarda və ya kollektiv arasında münaqişə yoxdursa demək arada heç də hər şey qaydasında deyil. Real həyatda münaqişə olmayan müəssisə, idarə, təşkilat, firma və sş yoxdur. Əsas məsələ ondadır ki, münaqişələr dağıdıcı olmasın. Əgər insanlar qarşıdurmadan, münaqişələrdən çəkinirlərsə deməli firmada heç də hər şey qaydasında deyil. Buna görə də əməkdaşlarla əlaqə üzrə menecerin əsas vəzifəsi həll edilməsi çətin olmayan, qarşıdurmaya gətirib çıxarmayan münaqişələrin meydana çıxmasına şərait yaratmaqdan və sonradan onları həll etməkdən ibarətdir. Münaqişələrin olması təşkilat, firma və s. üçün müsbət hal sayılır. Münaqişələrdən firmanın, təşkilatın, kollektivin və onun üzvlərinin müsbət səmərə götürmələri üçün açıq, qarşıdurmaya səbəb olmayacaq münaqişələrin yaradılması məqsədəuyğundur. Bu cür münaqişələrin olması ona görə məqsədəuyğundur ki, onlar problemlərin həlli üçün müxtəlif nöqteyi-nəzərlərin meydana çıxmasına, əlavə məlumatların əldə edilməsinə, problemlərin həlli üçün daha çox alternativlərin aşkarlanmasına şərait yaradır.

Eyni zamanda nəzərdən qaçırmaq olmaz ki, bəzi hallarda, xüsusən şəxsiyyətlərarası münaqişələr dağıdıcı xarakter daşıyır. Buna görə də əməkdaşlarla əlaqələr üzrə menecer yadda saxlamalıdır ki, birgə əmək fəaliyyəti ilə məşğul olan insanlar peşə, ixtisas hazırlığı səviyyəsinə, həyat təcrübəsinə, şəxsi xasiyyətlərinə, temperamentlərinə, həyata baxışlarına, dünya görüşlərinə və s. görə bir-birindən köklü surətdə fərqlənirlər. Bu fərqlər ayrı-ayrı şəxslər və ümumiyyətlə təşkilat, firma üçün əhəmiyyəti olan məsələlərdə fikir ayrılığına səbəb olur, bu isə öz növbəsində münaqişələrə, qarşıdurmaya, bəzən emosionallığa gətirib çıxarır, həlli çətin olan problemlər doğurur. Bəzi hallarda fikirlərin və mövqelərin toqquşması elə həddə çatırki, işin marağı arxa plana keçir, münaqişəyə cəlb edilən tərəflərin əsas məqsədi mübarizəyə yönəlir ki, bu da sonda müəssisənin, təşkilatın və s. inkişafına mənfi təsir gğstərir.

İstənilən münaqişənin əsasında ya bu və ya digər məsələnin həllinə fərqli yanaşma, ya mövcud vəziyyətdə məqsədə çatmaq yolları və üsulları barədə müxtəlif mövqelər, ya müxtəlif məqsədlər, mənafelər, arzular və s. durur. Beləliklə münaqişəli vəziyyətlər hökmən münaqişənin obyektinin və subyektinin (və ya obyektlərinin və subyektlərinin) olmasını tələb edir. Münaqişənin obyekti və subyekti onun bazasını təşkil edir.

Münaqişənin mahiyyətinin daha aydın başa düşülməsi üçün onun modelini nəzərdən keçirək (bax sxem 13.1)

Münaqişənin baş verməsi üçün onun bazası və həmin bazanı hərəkətə gətirə biləcək insident olmamalıdır. İnsident tərəflərdən biri digərinin mənafeyinə toxunan hərəkət etdikdə meydana çıxır. İnsident həm münaqişə obyektinin təşəbbüsü ilə, həm də onun arzu və istəklərindən asılı olmayaraq təsadüfən və ya obyektiv proseslərin nəticəsində baş verə bilər.

Eyni ilə münaqişə opponentlərin təşəbbüsü ilə və ya onlardan asılı olmayaraq, obyektiv proseslər nəticəsində meydana çıxa bilər. Bundan başqa münaqişəli vəziyyətlər “irsən“ yeni opponentlərə də keçə bilər. Onlar opponentlər tərəfindən hansısa məqsədə çatmaq üçün qəsdən törədilə bilər. Bəzən münaqişələrin opponentlər tərəfindən bu cür qəsdən törədilməsi nəticəsində onların özləri də zərər çəkirlər.

Bəzən münaqişənin genişlənməsi, yeni münaqişəli vəziyyətlərin meydana çıxması halları baş verir. Bəzən isə münaqişəli vəziyyətin aradan qaldırılması, onun həll edilməsi üçün əlverişli şərait yaranır (və ya yaradılır). Buna görə də münaqişənin genişlənməsi imkanları nəzərdən keçirilməli və onun baş verməsi üçün (əgər təşkilatın mənafeyinə uyğundursa) lazımi tədbirlər görülməlidir.










Sxem 13.1. Münaqişənin modeli (təbiəti).


Əgər müəssisələr, firmalar, şirkətlər və s. arasında, yaxud ayrı-ayrı şəxslər, kollektivlər, qurumlar arasında münaqişələr mövcud deyilsə onda münaqişələrin nəticəsindən söhbət gedə bilməz. Yox əgər münaqişələr mövcuddursa onların nəticələri xeyli dərəcədə münaqişələrə münasibətdən, onlara qarşı reaksiyadan asılıdır. Əgər münaqişə mövcuddursa ona adekvat münasibət göstərilməli, münaqişənin mövcudluğu qəbul edilməli və onun idarə edilməsi üçün tədbirlər görülməlidir. Münaqişələr həm təşkilatın, firmanın, kollektivlərin və s. mənafelərinə uyğun ola bilər (funksional münaqişələr) – bu halda onların mövcudluğuna, inkişafına şərait yaratmaq lazımdır, həm də onların mənafeyinə zidd ola bilər (difunksional münaqişələr) – bu halda isə münaqişələrin tezliklə aradan qaldırılması üçün tədbirlər görülməlidir. Münaqişələrin nəticələri onların idarə edilməsi səviyyəsindən asılıdır. Buna görə də münaqişələrin mahiyyəti ilə yanaşı onların növləri və səbəbləri də nəzərə alınmalıdır.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin