İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı Mövzu İnsan resursları: mahiyyəti və məzmunu


Mövzu 12. Heyətin əmək fəaliyyətinin stimullaşdırılmas



Yüklə 0,58 Mb.
səhifə51/60
tarix03.02.2022
ölçüsü0,58 Mb.
#52030
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   60
referat 3325

Mövzu 12. Heyətin əmək fəaliyyətinin stimullaşdırılmas

12.1. Əməyin stimullaşdırılımasının mahiyyəti və formaları

12.2. Stimullaşdırma əmək fəaliyyətinin motivləşdirilməsinin amili kimi

12.3. Əmək fəaliyyəti stimulların növləri və stimullaşdırmanın təşkilinə olan tələblər
12.1. Əməyin stimullaşdırılmasının mahiyyəti və funksiyaları
Əmək fəaliyyətinin stimullaşdırılması anlayışını geniş və dar mənada başa düşmək olar. Sözün geniş mənasında əmək sferasında işçilərin davranışına nəticə etibarilə təsir edən bütün daxili və xarici amilləri stimullaşdırmanın toplusu hesab etmək olar. Lakin bununla yanaşı başqa amillərdən fərqli olaraq stimul birbaşa deyil, vasitəçilik qaydasında işçilərin fəaliyyətinə təsir göstərir. Stimullaşdırma prosesi öz sferasında tələbat, mənafe, motivləşdirmə və sair məsələləri daxil edir. Bununla belə stimullaşdırma yuxarıda göstərilənlərin və digər xarici şəraitin və işçinin daxili strukturunun (bir şəxsiyyət kimi) ona təsir edən amillərin qarşılıqlı təsiri zəruriyyətindən meydana çıxır; stimullaşdırmadan ona görə də əmək fəaliyyətinin idarə olunması üçün mühüm bir vasitə kimi istifadə olunur. Çünki əmək situasiyasının vəziyyəti, onun çoxcəhətliliyi işçinin fəaliyyətini bu və ya digər qaydada və istiqamətdə stimullaşdırmağı tələb edir. Çünki, əməyin ödənilməsinin müxtəlif sistemlərindən tutmuş əməyin məzmununa qədər ayrı - ayrı stimullaşdırıcı amillər işçilərin əmək fəaliyyətinin artırılmasına eyni dərəcədə təsir göstərmirlər; yanız işçiyə, şəxsiyyətə daha əhəmiyyətli olan, necə deyərlər, bugünkü gün üçün daha əhəmiyyətli olan amil, onun üçün sövqedici bir vasitəçiyə çevrilir və beləliklə də bu, işçidə müəyyən maraq doğurur, həm də bilavasitə fəaliyyət motivlərini formalaşdırır. Burada obyektiv və subyektiv amillər işçinin timsalında özünün dialektik vəhdətini təmin etmiş olur. Lakin bu vəhdətlik bəzilərinin fikirləşdiyi kimi eklektik qaydada deyil, üzvi vəhdətlik halında təşəkkül tapır. Üzvi vəhdətlik indiki halda o deməkdir ki, əmək fəaliyyəti ilə bağlı olan bu proseslər, ünsürlər qarşılıqlı olaraq bir-birinə nüfuz edir, hətta biz deyərdik ki, bir-birinin mahiyyətinə daxil olur. Burada ən çətin məsələ həmin keçid prosesini, mərhələsini, hüdudunu müəyyən etməkdir. Bu proses stimul üçün ideal əşyavi fenomen yaradır və eyni zamanda bir sosial xassə kimi çıxış edir. Stimullaşdırmanın zəruriyyəti insan fəaliyyətinin öz məzmunundan, obyektiv reallığın mövcudluğundan və istehsal proseslərinin səmərəli təşkilində insan amilinin rolunun artırılması zəruriyyətindən irəli gəlir. Ona görə də insandan kənar mənafe olmadığı kimi stimul da yoxdur. Stimul mənafelərin dərk edilməsinin mürəkkəb amilləri ilə bağlıdır. Ona görə də mənafelərin dərk edilməməsi məsələləri kortəbii, idarəolunan və olunmayan istiqamətdə təzahür edə bilər; ona görə də hər hansı bir işçi və əmək kollektivi, bəzən özləri üçün stimullaşdırıcı vasitələri düzgün seçməyə də bilər, həm də burada qeyri-düzgünlük yalnız ictimai mənafelərlə ziddiyyət təşkil etməsi mənasında deyil, özlərinin mənafeləri baxımından da ola bilər; çünki əmək fəaliyyətində konkret mənafe və stimulların subyektiv - psixoloji fenomeni də meydana çıxa bilər. Demək, heç də stimullaşdırmanın psixoloji aspekti rolunu inkar etmək də olmaz. Sosial idarəetmə birinci növbədə insanların idarə edilməsi olduğuna görə stimullaşdırma sosial proseslərin tənzimlənməsinin idarə olunmasının universal prinsipi və atributudur. Digər tərəfdən isə stimul və motivdən fərqli olaraq stimullaşdırma idarəetmə subyektinin fəaliyyət növlərindən biridir, həm də idarəetmə vasitəsidir.

Stimullaşdırma, onun bilavasitə bağlı olduğu əməyin kəmiyyət və keyfiyyət tərəfi, onların qarşılıqlı halda ölçməsi və qiymətləndirilməsi sosioloji tədqiqatların ən mühüm obyektidir. Burada maddi tələbat, maddi maraq, ailələrin ümumi gəlirində əmək haqqının xüsusi çəkisi, real əmək haqqının dinamikası, mühüm əhəmiyyətə malikdir. Yuxarıda göstərilən bəzi kateqoriyaların qarşşılıqlı əlaqəsi və qarşılıqlı təsirini sxem 12.1-dəki kimi təsəvvür etmək olar:


Sxem 12.1

Maddi mənafe

Maddi stimul






Maddi maraq


Maddi mənafe

Maddi stimul


əməyin kəmiyyət və keyfiyyəti


Maddi tələbat





əmək haqqı

Gəlir

Bu əlaqənin öyrənilməsində, sosioloji tədqiqində əmək haqqının, gəlirlərin fəhlə peşələri, sosial qruplar və təbəqələr üzrə qiymətləndirilməsinin böyük əhəmiyyəti vardır. Bu, əməyə maddi marağın formalaşması amillərinin təhlili baxımından da mühüm əhəmiyyət kəsb edir.

Stimullaşdırma vasitələrinin optimal variantlarının seçilməsində həm kollektiv rəhbəri və həm də işçilər maraqlı olmalıdır. Kollektiv rəhbəri üçün stimullaşdırma vasitələri bir mühüm iqtisadi metod kimi istifadə olunur, ayrı-ayrı işçilər üçün isə bu stimul onların müəyyən tələbatlarının reallaşmasına xidmət edir. Ona görə stimullaşmanın təşkili məsələlərinə ciddi fıkir vermək tələb olunur. Elə etmək lazımdır ki, bu işçilərin əməyinin son uğurlu nəticələri üçün işçilərin marağının güclənməsinə xidmət edə bilsin. Bu baxımdan stimullaşdırma işçinin əmək fəaliyyəti və davranışının tənzimlənməsi sistemində mühüm yer tutmalıdır.

Stimullaşdırma çoxcəhətli bir prosesdir və ona görə də əmək, istehsal fəaliyyətinin bütün istiqamətləri ilə bu və ya digər formada (birbaşa və dolayısı) əlaqədar olur. Bu baxımdan stimullaşdırma həm də müəyyən funksiyaları icra edir; onun təbiətində, məzmununda müəyyən funksiyaları vardır: a) iqtisadi funksiya; b) sosial funksiya; v) sosial-psixoloji funksiya.

Qeyd etmək lazımdır ki, bu funksiyalar istər özlərinin bir-birinə münasibətləri baxımından, istərsə də işçilərə, əmək kollektivlərinə təsiri cəhətdən müstəqil əhəmiyyətə malikdirlər. Bununla belə bu funksiyalar real həyatda bir-biri ilə üzvi şəkildə bağlıdırlar. İqtisadi funksiya istehsalın səmərəsinin artmasına, əmək məhsuldarlığının yüksəldilməsinə xidmət edir və müəssisədaxili təsərrüfatçılığının iqtisadi mexanizmi ilə bilavasitə əlaqədardır. Sosial funksiya işçinin kollektivdəki sosial-iqtisadi vəziyyəti, onun əmək bölgüsü sistemində tutduğu mövqe və bundan asılı olaraq onların fəaliyyətinə komplsks sosial tədbirlər və vasitələr qaydasında təsir göstərmək, tələbatlarını ödəmək, qabiliyyətlərini inkişaf etdirməklə bağlıdır. Sosial-psixoloji funksiya stimullaşdırma sisteminin işçilərin daxili aləminin formalaşması (tələbat, dəyərlər, meyllər, motivlər), onun sayəsində işçidə əməyə münasibətin bu və ya digər münasibətlər tipinin formalaşdırılmasıdır. Sosial-psixoloji funksiya mənəvi, tərbiyəvi funksiya ilə üzvi şəkildə bağlıdır.

Bəzən belə bir sual meydana çıxır, nə üçün biri yaxşı, digəri pis işləyir, birinin işə məsuliyyəti az, o birininki çoxdur? İkinci bir sual da meydana çıxır: bu bir-birinə əks olan proseslərlə stimullaşdırma səviyyəsi arasında (stimulun ikili əhəmiyyəti baxımından) birbaşa əlaqə vardırmı? Buna həm vardır, həm də yoxdur cavabını vermək olar. Ona görə ki, ümumi halda götürüldükdə stimullaşdırma əmək fəaliyyətinə, məsuliyyətin artmasına müsbət təsir göstərir. Bununla belə stimullaşdırma tədbirlərindən az qazananların çox qazananlardan yaxşı işləməsi halları heç də az deyildir. Bu bir tərəfdən stimullaşdırıcı vasitələrin təsiri ilə, digər tərəfdən isə işçilərin sosial keyfiyyəti ilə bağlıdır. Bu o deməkdir ki insanın daxili aləmi də öz növbəsində stimullaşdırmaya təsir edə bilir, onun təsir dairəsini gücləndirə və yaxud zəiflədə bilir. Bu cəhət əslinə qalanda əmək fəaliyyətinin daxili stimul yaradıcı motivləri ilə bağlıdır. Daxili və xarici motivlər kimi daxili və xarici stimullar da olur. Daxili stimullar əmək fəaliyyətinin özü ilə, insan şəxsiyyətinin sosial keyfıyyəti ilə, əməyə psixoloji tələbatda bağlı olduğu halda, zahiri stimul əmək fəaliyyətindən kənarda olan cəhətlərlə (əmək haqqı, qorxu, məsuliyyət hissi, tənbeh olunma hissi, prestij sahələrə meyl etmə) əlaqədədir. Bu baxımdan xarici stimullaşdırmanın həm müsbət (maddi stimullaşdırma, vəzifədə irəli çəkilmə, prestij və s.) həm də mənfi (tənqid, irad tutmaq, cərimə etmə və s.) tərəfləri vardır. Bu tərəflər nisbəti həmişə sabit olmur, bu konkret şəraitdən asılı olaraq yerini dəyişə bilir, o həm də işin və işçinin öz tipindən asılı olur. Elə iş var ki, burada istənilən stimuledici vasitələr tətbiq etmək olar, yaxud elə işçi var ki, o, ictimai vəzifəni, mənəvi prinsipləri və əmək fəaliyyətinə münasibəti eyni dərəcədə qiymətləndirmir və yaxud da elə işçi var ki, bu məsələlərə tarazlı halda yanaşır. Ona görə də burada stimullaşdırıcı vasitələrin seçilməsi də bütün hallarda eyni tipli ola bilməz, əks təqdirdə onların nəinki səmərəsi əskilər, mənfi nəticələri də ola bilər. Eyni zamanda uzunmüddətli mənfı stimullandırıcı təsir vasitələrinin seçilməsi də lazımi səmərə verə bilməz. Stimullaşdırmanın təsir dərəcəsi həm də ayrı-ayrı işçi kateqoriyasından da asılı olur. İndi əmək haqqının işçi qüvvəsinin fərdi təkrar istehsalı baxımından az əhəmiyyət kəsb etdiyi bir şəraitdə, onun əmək fəaliyyəti üçün əhəmiyyəti xeyli aşağı enmişdir. Eyni zamanda bununla əlaqədar olaraq peşə fəaliyyətinə olan maraq da azalmışdır, bir sözlə, sosial və əmək passivliyi baş vermişdir. Sosioloji müşahidələr göstərir ki, əməyə olan maraq və ondan əldə edilən gəlir və qeyri-əmək gəlirləri arasında böyük ziddiyyətlər meydana çıxmışdır. Bu onu göstərir ki, bazar münasibətləri şəraitində insan fəaliyyəti üçün ənənəvi hesab edilən motivlər və stimullar bir çox hallarda öz yerini dəyişmişdir.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin