İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı Mövzu İnsan resursları: mahiyyəti və məzmunu


Müəssisədaxili münaqişələrin baş vermə səbəbləri



Yüklə 0,58 Mb.
səhifə56/60
tarix03.02.2022
ölçüsü0,58 Mb.
#52030
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   60
referat 3325

13.3. Müəssisədaxili münaqişələrin baş vermə səbəbləri.

Baş verən hər bir münaqişənin öz meydana çıxma səbəbi (və ya səbəbləri) olur. Münaqişənin meydana çıxmasına təkan verən əsas səbəblər sxem 13.3.-də göstərilmişdir.

1. Qrupların və şəxslərin məqsədlərinin düzgün müəyyən edilməməsi və müxtəlifliyi. Münaqişələrin baş verməməsi üçün hər bir işçinin, hər bir kollektivin və qrupun tapşırığı, məqsədi, vəzifələri dəqiq müəyyən edilməli, onlar şifahi və ya yazılı şəkildə icraçılara çatdırılmalıdır. İstehsal və idarəetmə prosesində xətti və funksional rəhbərlər arasında təchizatın ritmikliyinin pozulması, əmtəə ilə təchizatın yaratmaz təşkili, əmək intizamının zəifliyi, çatışmamazlıqların aradan qaldırılması yolları, metodları və s. ətrafında münaqişələr tez-tez baş verir.

2. İdarəetmə və istehsal strukturunun köhnəlməsi, işçilərin hüquq və vəzifələrinin dəqiq müəyyən edilməsi. Bunun nəticəsində icraçıların ikili, üçlü və s. tabeçiliyi baş verir. Təbii ki, bir neçə rəhbərin göstərişlərinin yerinə yetirilməsinə qüvvə və vaxt qatışılır. Bu isə ona gətirib çıxarır ki, işçi:

a) ona verilən əmrləri özü istədiyi kimi qruplaşdırır, növbələyir və onları öz istədiyi kimi icra edir;

b) öz rəhbərindən bu cür göstərişlərin verilməsinin qarşısının alınmasını tələb edir;

c) bütün göstərişlərin eyni zamanda icra edilməsinə səy göstərir;

İstənilən halda münaqişənin baş verməsi qaçılmazdır. Baş verə biləcək münaqişələrin qarşısının alınması üçün əməyin bölgüsünün və kooperasiyasının səmərəli təşkil edilməsi, ciddi normativlərin müəyyənləşdirilməsi, səlahiyyətlərin və onların ötürülməsinin dəqiq müəyyənləşdirilməsi həyata keçirilməlidir.

3. Ehtiyatların məhdud olması. Hətta ən iri müəssisə, idarə və təşkilatlarda da ehtiyatların həcmi qeyri-məhdud deyildir. Müəssisə qarşısında duran problemlərin, vəzifələrin səmərəli həll edilməsi, daha az sərflə daha çox mənfəət əldə edilməsi məqsədilə rəhbərlik mövcud olan maliyyə, material, xammal, işçi qüvvəsi və s. ehtiyatların ayrı-ayrı qruplar arasında bölünməsi haqqında qərar qəbul edir. Qrupların, bölmələrin hər hansı birinə daha artıq vəsait, material və s.

verilməsi o birilərinin etirazına, narazılığına səbəb olur ki, bu da münaqişələrin baş verməsinə gətirib çıxarır.

4. Kollektiv üzvlərinə müxtəlif yanaşma və müxtəlif yanaşma. Kollektivin hər hansı bir üzvünə digərləri qarşısında əsassız ittihamlar irəli sürmək, işçilərdən hər hansı birini (və ya bir neçəsini) heç bir əsas olmadan müsbət və ya mənfi mənada fərqləndirmək kollektivdə qısqanclıq yaradır, “inanılmış adamların” , “sevimlilərin” peyda olmasına gətirib çıxarır ki, bu da kollektivdə münaqişənin baş verməsinə səbəb olur.

Sxem 13.3. Münaqişənin səbəbləri


5. Əmək fəaliyyəti növü ilə funksiyası arasında ziddiyyət. Bəzi hallarda rəhbərlik mütəmadi olaraq işçilərə onların bilavasitə funksiyalarına aid olmayan işlərin yerinə yetirilməsi haqqında göstərişlər verirlər. Bu hal, xüsusilə rəhbərliyin idarəetmə burokratik, inzibati-amirlik metodlarına üstünlük verdiyi hallarda, münaqişələr səbəb olur.

6. Həyat təcrübəsində və davranışında müxtəlifliklər. Kollektiv arasında bəzən başqalarına qarşı təcavüzkar, düşmənçilik münasibətləri bəsləyənlərə, hər sözə görə mübahisə aparmağa girişənlərə təsadüf edilir. Bu cür adamlar daim öz ətraflarında münaqişəli situasiyalar yaradırlar. Həyat təcrübələrindəki müxtəlifliklər, yaş, təhsil, dünyagörüşü, iş stajı, sosial – iqtisadi vəziyyət arasındakı fərqlər kollektiv arasında qarşılıqlı anlaşma imkanını və beləliklə də əməkdaşlıq səviyyəsini azaldır.

7. İnkişaf perspektivlərinin qeyri-müəyyənliyi. Əgər hər hansı bir işçi öz qarşısında inkişaf perspektivi görmürsə və ya ona şübhə edirsə, onda o, həvəssiz işləyir, əmək prosesi isə cansıxıcı, ağır, sonsuz, üzüntülü görülür. Bu cür vəziyyətlərdə münaqişələr qaçılmazdır.

8. Qeyri – münasib iş şəraiti. İş yerində daim səs – küyün, isti və ya soyuğun, natəmizliyin və s. mövcudluğu, iş yerinin qeyri – səmərəli təşkili işçi üçün əlavə problemlər, rahatsızlıq yaradır ki, bu da münaqişələrin baş verməsi üçün münasib şərait törədir.

9. Rəhbər tərəfindən kifayət qədər rəğbət və diqqət göstərilməməsi. İşçilərin əməyi düzgün qiymətləndirilmədiyi, onların ehtiyaclarına məhəl qoyulmadığı, işçilər tərəfindən rəhbərin haqqı tənqidinə barışmaz münasibətlər bəsləndiyi hallarda həm kollektiv üzvləri arasında, həm də rəhbərliklə kollektiv arasında münaqişəli situasiyalar yarana bilər.

10. Psixoloji fenomen. Bəzən elə adamlara rast gəlinir ki, onlarda başqalarına qarşı həsəd, paxıllıq hissləri baş qaldırır, özləri istədiklərinə nail ola bilmədikdə talelərindən küsürlər və söyləyirlər ki, nə üçün başqalarının hər bir işi düz gətirdiyi halda onun heç bir işi alınmır və ya çox çətinliklə başa gəlir. Bu cür psixoloji durum kollektiv üzvləri arasında münaqişələrə səbəb olur.

11. Peşəkarlıq səviyyəsinin aşağı olması. Bu halda münaqişənin əsas səbəbi icraçının peşə hazırlığı səviyyəsinin aşağı olması ilə bağlı olur. Belə olduğu halda bir söra işlərin yerinə yetirilməsi ona etibar edilir. Nəticədə işçilərdən biri həddən artıq “yüksəldiyi” halda, digəri boş dayanır ki, bu da ayrı-ayrı işçilər arasında münaqişə yaranmasına gətirib çıxarır.

Münaqişələrin yaranma səbəbləri nəzərdən keçirilərkən unutmaq olmaz ki, bəzən onların baş verməsi rəhbərliyin hərəkətləri ilə bağlı olur. Bir çox arzuolunmaz münaqişələr rəhbərin şəxsiyyəti və hərəkəti ilə bağlı olur. Xüsusən də rəhbər mübahisələr həddən artıq aludə olduqda, hər xırda məsələləri şişirtdikdə, haqlı – haqsız işçiləri tənbeh etdikdə, onların şəxsiyyətini təhqir etdikdə, öz simpatiyasına və antipatiyasını açıq biruzə verdikdə, kinli olduqda kollektivdə tez-tez münaqişə yaranır.

Rəhbərin prinsipsizliyi, təkbaşına rəhbərlik prinsipini düzgün qavramaması, işçilərlə təmasda olarkən kobudluq etməsi, qaba cavablar verməsi də münaqişələrə səbəb olur.

Bir sıra rəhbər işçilər qanunlardan, normativ aktlardan, sərəncamlardan yan keçmə üsullarını mənimsəyərək hər şeyi öz istədikləri kimi idarə etməyə səy göstərirlər. Özünə qarşı tələbkarlıq göstərməyərək bu tip rəhbərlər hər zaman öz şəxsi mənafelərini əsas tutur və öz ətraflarında özbaşınalıq atmosferi yaradırlar ki, bu da münaqişələrin baş verməsi üçün münbit şərait yaradır.

Çətin, gərgin hallarda, qeyri – standart vəziyyətlərdə, qabaqcadan gözlənilməyən hallar baş verdikdə rəhbər vəziyyəti dezgün qiymətləndirə, hımin vəziyyətlərdən çıxış yollarını müəyyən edə bilmədikdə, həmçinin başqalarının düşüncə tərzini, fikirlərini nəzərə almadıqda da münaqişələrin baş verməsi qaçılmazdır.

Münaqişələrin növlərinin, onların baş verməsinə gətirib çıxara biləcək vəziyyətlərin və səbəblərin dairəsinin müəyyənləşdirilməsi, difunksional münaqişələrin baş verməsi üçün profilaktik tədbirlər sisteminin işlənib hazırlanması və həyata keçirilməsi üçün əlverişli zəmin yaradır.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin