İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı Mövzu İnsan resursları: mahiyyəti və məzmunu


Münaqişələrin aradan qaldırılmasının şəxsi və istehsaldaxili münasibətlərə təsiri



Yüklə 0,58 Mb.
səhifə57/60
tarix03.02.2022
ölçüsü0,58 Mb.
#52030
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   60
referat 3325

13.4. Münaqişələrin aradan qaldırılmasının şəxsi və istehsaldaxili münasibətlərə təsiri.
İstər şəxsi, istərsə də istehsalın maraqları nöqteyi - nəzərindən müəssisədaxili münaqişələrin meydana çıxması arzuedilməzdir (yuxarıda qeyd edildiyi kimi planlaşdırılan və idarə olunan münaqişələr istisna təşkil edir).

Hər bir işçi bir şəxs kimi istehsalatda ətrafında baş verənlərə həm peşə-ixtisas nöqteyi-nəzərindən, həm də şəxsi tələbatının ödənilməsi nöqteyi-nəzərindən yanaşır. Ətraf mühitdə (işlədiyi idarədə, təşkilatda və s.) baş verənlər şəxsin tələbatlarına uyğun gəlirsə o, buna səmərəli reaksiya verir, nəticədə minimum stress vəziyyəti yaranır və bu da nə şəxsiyyətə, nə də təşkilata heç bir ziyan vurmur. Əksinə, əgər müəssisədaxili (ətraf mühitdəki) vəziyyət şəxsiyyət tələbatlarını ödəmirsə münaqişə vəziyyəti yaranır və fərd stress vəziyyətinə düşür, o psixoloji və fizioloji gərginliyə məruz qalır.

Əgər şəxsiyyət kritik stress vəziyyətinə düşərsə onda o, vəziyyətə kəsgin reaksiya verir, hətta o həddə çatır ki, “ya döyüş, ya da qaçmaq”. “Qaçmaq” sindromu o vaxt biruzə verir ki, insan təhlükəli hesab etdiyi vəziyyətdən uzaqlaşmaq istəyir. “Döyüşmək” sindromu nə olursa-olsun, yeni, dəyişək şəraitə uyğunlaşmaq istəyindən irəli gəlir.

Kollektivin rəhbəri stress doğura biləcək münaqişəli vəziyyətin mövcudluğunu aşkar edən kimi onun meydana çıxma səbəblərinin aradan qaldırılması uğrunda mübarizə aparmalıdır, çalışmalıdır ki, stress kritik həddə çatmasın. Buna görə də stresin əlamətlərini müəyyənləşdirmək lazımdır.

Stresin baş verəcəyini nümayiş etdirən əlamətlər müxtəlifdir. Təcrübə göstərir ki, stresin baş verəcəyini göstərən əlamətlər arasında aşağıdakılara daha çox təsadüf edilir:


  • əsəbilik və gərginlik;

  • xroniki narahatlıq;

  • Istirahət etməyi bacarmamaq (və ya istirahəti düzgün təşkil etməmək);

  • Həddən artıq alkoqol qəbul etmək və siqaret çəkmə;

  • Yuxusuzluq;

  • Qeyri-münasib iş şəraiti;

  • Nəyinsə, hansı işinsə öhdəsindən gələ bilməyəcəyi hissi;

  • Emosional qeyri-stabillik;

  • Sağlamlıqla bağlı problemlər;

  • ərköyünlük və tez incimə.

Rəhbər stresin baş verməsinə təkan verən əlamətlər dairəsini mənimsəməli və çalışmalıdır ki, bu tipli əlamətlərin baş verməməsi üçün müəssisədaxili bütün imkanlardan maksimum istifadə edilsin. Əlbəttə, hər bir şəxs ətraf mühitdə baş verən hadisələrə özünəməxsus tərzdə yanaşır və həmin hadisələrə özünəməxsus reaksiya verir – bu cür reaksiyaların qarşısının tam həcmdə alınması rəhbərin imkanı xaricindədir. Ancaq baş verən münaqişələrin stress vəziyyətinə çatmaması üçün hər halda rəhbərin kifayət qədər imkanı vardır, ələlxüsus o halda ki, münaqişələr istehsaldaxili problemlərdən irəli gəlmiş olsun.

İstər istehsaldaxili, istərsə də istehsaldan kənar səbəblərdən baş verən münaqişələr, xüsusilə də stress vəziyyəti, nəinki şəxsiyyətə, həm də istehsala külli miqdarda ziyan vurur. Hələ 20-ci illərdə akademik S.Strumulin müəyyən etmişdir ki, insanın psixoloji vəziyyəti əmək məhsuldarlığının səviyyəsinə bu və ya digər istiqamətdə 20%-ə qədər təsir göstərir. Buna görə də hər bir müəssisədə münaqişə törədə biləcək səbəblərin vaxtında aşkara çıxarılıb aradan qaldırılmasına xüsusi fikir verilməlidir. Bu məqsədlə münaqişələrin meydana çıxmasına təkan verən səbəblərin və onların həll edilməsi metodlarının öyrənilməsi və tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin