4) Sistemlik prinsipi. Bütün sistemlərin, onların ünsürlərinin birbirilə qarşılıqlı əlaqələndirilmiş halda fəaliyyət göstərməsi;
5) Reqlamentləşdirmə prinsipi. İdarəçilik əməyinin təşkili ilə əlaqədar müəyyən qaydalara, əsasnamələrə, göstərişlərə, normativlərə müəyyən əməl olunması. Reqlamentləşdirmə sferaları əsasən üç istiqamətdə, yəni əməyin məzmunu, əməyin nəticələri, əməyin sərfı üzrə olur.
a) Əməyin məzmunu üzrə reqlamentləşdirməyə aşağıdakılar daxildir: qulluqçuların funksiyalarının, işlər və əməliyyatları təsnifata ayrılması, informasiya təminatının tipik sistemi, məzmunu, təşkilatı straktur, tipik qərarlar, konkret və tipik vəzifə reqlamentləri; b) əməyin nəticələri üzrə: qulluqçuların əməyinin nəticələrini səciyyələndirən tipik meyarlarm, göstəricilərin seçilməsi və onun kəmiyyətcə qiymətləndirilməsi: v) əmək sərfı üzrə: əməyin kəmiyyət və keyfiyyət normalarının müəyyən edilməsi, bunun üçün tipik vaxt normativləri və işçilərin say normativ materiallarının hazırlanması, müəyyən edilməsi.