9) Proporsionallıq prinsipi. Müəssisənin idarəetmə aparatının bütün bölmələrində eləcə də ayrı-ayrı iş yerlərində və qruplarda məhsuldarlığın bərabər səviyyədə olmasının təmin edilməsini nəzərdə tutur ki, bu da bütün idarəetmə funksiyalarının kompleks surətdə və vaxtında həyata keçirilməsinə imkan verir. Həmçinin idarəetmə aparatının ayrı-ayrı həlqələrində çalışan işçilərin sayında normativə əsasən müəyyən proporsionallığın gözlənməsi zəruridir.
10) Paralellik prinsipi.Vaxt etibarilə müxtəlif mərhələlərə aid işlərin qovuşması yolu ilə ayrı-ayrı proses və əməliyyatların eyni vaxta yerinə yetirilməsini ifadə edir. Bu prinsipin tələbinə əməl olunması idarəetmə işçilərinin icra edilməsi müddətinin ixtisar olunmasına imkan verir;