9.4. ƏET-nin əsas prinsipləri İndi isə MTİ-lərin və qulluqçuların ƏET-nin əsas prinsiplərini nəzərdən keçirək. Bu prinsiplər əmək kollektivlərində əməyin səmərəli təşkilinə rəhbərlik etmək üçün rəhbər ideyalardır. İndi isə bu prinsipləri ayrı-ayrılıqda izah edək:
1) Elmilik prinsipi.Elmilik prinsipi əməyin təşkili haqqında obyektiv məlumat almaq üçün elmi cəhətdən əsaslandırılmış tədqiqat və təhlil metodlarını tətbiqini nəzərdə tutur. ƏET-li üzrə tədbirlərin elmi səviyyədə işlənilməsi və planlaşdırılması müxtəlif amillərin kəmiyyətcə öyrənilməsinə əsaslanır və böyük hesablama işlərilə əlaqədardır. Bu isə yalnız riyazi metodlar və hesablama texnikası bazasına əsasən həyata keçirilir;