2) Planlılıq prinsipi. MTİ-lərin ƏET-nin planlılıq prinsipi şirkətlərin mənfəətlə işləyə bilmək, inkişaf tələbindən irəli gəlir. Burada ƏET-nin tətbiqi tapşırıqları əks olunur. Mühəndis-texnik işçilərin, qulluqçuların və fəhlələrin əməyinin elmi təşkili planı məssisənin texniki və maliyyə planında xüsusi bölmə təşkil edir;
3) Komplekslilik prinsipi. Tam olmayan, düşünülməmiş, təsadüfı tədbirlər əməyin təşkilinin yüksək səviyyəsini, onun planlılıq və hərtərəfli inkişafını təmin edə bilməz. Yüksək səmərəliliyi yalnız komplekslilik əsasında, əməyin təşkilinin sistemli təkmilləşdirilməsi, onun bütün istiqamətləri üzrə, bütün işçi kateqoriyaları ilə münasibətdə əldə etmək olar. Komplekslilik prinsipini bəzən sistemlilik prinsipi də adlandırırlar.
Komplekslilik prinsipi ƏET-nin ayrı-ayrı istiqamətləri arasında sıx əlaqə olmasını tələb edir. Məsələn, əməyin mütərəqqi forma və metodlarının tətbiqi iş yerinin təşkili, onların planlaşdırılması və s. asılı olur. Müəssisədə əmək bölgüsündən istifadə etmək həm də əmək kooperasiyasını müəyyən edir. Əməyin normalaşdırılmasının vəziyyəti əmək haqqına də təsir edir.
Dostları ilə paylaş: |