Mövzu 13. Əmək kollektivində münaqişə situasiyaları
və onların idarə edilməsi
13.1. Münaqişələrin mahiyyəti və modeli
13.2. Müəssisədaxili münaqişələrin növləri və onların meydana
çıxmasına təsir edən amillər.
13.3. Müəssisədaxili münaqişələrin baş vermə səbəbləri.
13.4. Münaqişələrin aradan qaldırılmasının şəxsi və
istehsaldaxilimünasibətlərə təsiri.
13.5. Münaqişələrin həll edilməsi üçün istifadə edilən metodların
qiymətləndirilməsi.
13.6. Münaqişələrin profilaktikası və idarə edilməsinin başlıca
istiqamətləri.
13.1. Münaqişələrin mahiyyəti və modeli
Münaqişə dedikdə əks mövqelərin və ya bir araya gəlinməsi mümkün olmayan qüvvələrin toqquşması başa düşülür. Daha geniş mənada münaqişə birgə əmək fəaliyyəti zamanı insanlar, kollektivlər arasında bir-birlərini başa düşməmək və mənafe müxtəlifliyi və ya iki və daha çox tərəflər arasında razılığın olmaması nəticəsində meydana çıxan vəziyyətdir.
Münaqişə - insanların mövcudluluğu faktıdır. Bir çoxları bəşəriyyət tarixini münaqişələrin və mübarizələrin tarixi kimi qəbul edir. Real həyatda münaqişəli vəziyyətlərə biznesdə daha çox təsadüf edilir. Münaqişələr həm ayrı-ayrı müəssisələr, firmalar, şirkətlər və s. arasında, həm də onların daxilində ayrı-ayrı insanlar və qruplar arasında baş verir. Müəssisə, firma və s. daxilində baş verən münaqişələrə təşkilati münaqişələr deyilir və onlara əsasən disputlar, əks mövqelər, ziddiyyətlər, qarşıdurmalar və s. aid edilir.
Təşkilati münaqişələr bir çox formada təzahür edə bilərlər. Təzahür etmə formasından asılı olmayaraq münaqişələrin baş vermə səbəbləri təhlil edilməli, bu səbəblər başa düşülməli və onların tezliklə həll edilməsi üçün əməli tədbirlər görülməlidir. Bir çox qabaqcıl firmalar hətta əməkdaşlarla (işçilərlə) əlaqə üzrə menecer vəzifəsini də öz ştat cədvəllərinə daxil edirlər.
Müəssisə, idarı, təşkilat, firma və s. daxilində baş verən münaqişəli situasiyalar vaxtında aşkar edilib aradan qaldırılmasa onlar struktur bölmələri, mikro və ya makrokollektivkər arasında qarşıdurmaya, əməkdaşlığın zəifləməsinə, bəzi hallarda pozulmasına gətirib çıxara bilər. Bu cür vəziyyətin uzun müddət davam etməsi nəticədə kollektivin deqradasiyasına, təşkilatın dağılmasına gətirib çıxara bilər.
Bir çoxları münaqişəni təcavüzlə, mübahisə, düşmənçilik, müharibə və s. ilə eyniləşdirir və hesab edirlər ki, mümkün qədər münaqişələrdən qaçmaq, əgər bu mümkün olmasa onları tezliklə həll etmək lazımdır.
Ancaq qeyd etmək lazımdır ki, münaqişələr problemlərlə yanaşı bəzi hallarda xeyirdə gətirə bilər. Buna görə də bəzən firmaların menecerləri təşkilatı “hərəkətə gətirmək“ məqsədi ilə süni surətdə münaqişəli situasiyalar yaradırlar. Ümumiyyətlə belə hesab edirlər ki, firmalarda, təşkilatlarda və ya kollektiv arasında münaqişə yoxdursa demək arada heç də
Dostları ilə paylaş: |