2.5. Demoqrafik təhlükəsizlik
Son vaxtlar demoqrafık təhlükəsizlik problemlərinə böyük əhəmiyyət verilir və bu milli təhlükəsizliyin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Demoqrafik təhlükəsizlik əhalinin təkrar istehsalı prosesində meydana çıxan neqativ meyillərin aradan qaldırılması üzrə xəbərdarhq tədbirlərinin görülməsi və yaxud son dərəcə kəskin olan meyillərin yumşaldılmasını nəzərdə tutur. Ona görə də demoqrafık təhlükə ən pis milli təhlükə kimi qiymətləndirilməlidir. Demoqrafık təhlükəsizlik yalnız sosial-iqtisadi tədbirlərlə deyil, həm də hüquqi normativlərlə, o cümlədən ailə məcəlləsi, əmək qanunçuluğu, səhiyyə haqqında qanun, məşğulluq qanunu, insan hüquqları haqqında konfensiya və digər sənədlərlə təmin edilir.
Demoqrafık təhlükənin ən nəzərə çarpan forması depopulyasiyadır, yəni əhalinin sayının azalmasıdır, əhalinin təkrar istehsalı parametrlərinin, əhali strukturunun pisləşməsidir, doğumun azalması, ölüm hallarının, xəstəliyin çoxalması, gözlənilən ömür müddətinin qısaldılmasıdır. Bütün bu və buna bənzər hallar nəinki əhali artımını azaldır, həm də əlillərin, yetim uşaqların, ahıl əhalinin sayını çoxaldır, tez-tez bədbəxt hadisələr doğurur, onların sosial vəziyyətini ağırlaşdırır, ana və uşaq ölümünü intensivləşdirir. Bütün bunlar gələcək nəsil üçün də potensial təhlükə yaradır. Belə hallara postsovet dövlətlərinin bəzilərində, xüsusilə Rusiyada, Moldovda, Belorusda, Qasağıstanda təsadüf etmək olar. Həmin Respublikalarda və habelə dünyanın bir çox ölkələrində ailə başçısı işlədiyi təqdirdə belə, doğulmuş bir uşağın minimum istehlak büdcəsini belə ödəyə bilmir. Ona görə də uşaq doğumu ailə yoxsulluğu amilinə çevrilmişdir. Bir çox ailələrdə uşaq doğumunu məhdudlaşdırmaq və ya dayandırmaq sosial özünü müdafıə metoduna çevrilmişdir. Demoqrafık təhlükənin neqativ təzahürlərindən biri qeyri leqal miqrasiyanın, ən təhlükəli xəstəliklərin, (ağ çiyər xəstəliyi, psixi pozğunluq, veneroloji xəstəliklər, o cümlədən siflis) cinayətkarlığın, narkotik maddələr qəbulunun çoxalmasıdır. Göründüyü kimi, demoqrafık təhlükəsizlik istər cəmiyyətin, dövlətin və istərsə də hər bir ailə, şəxs baxımından son dərəcə önəmli bir məşələdir. Bu baxımdan hər bir ölkənin səhiyyə haqqında konsepsiyası, qanunu ilə yanaşı Demoqrafık təhlükəsizlik proqramı olmalıdır. Həm də bu proqram cari və strateji səciyyə daşımalıdır.
Əhalinin təbii artım səviyyəsi yuxarıda göstərilən amillərlə yanaşı ölüm hallarının səviyyəsindən də asılıdır. Ölüm halları öz növbəsində xəstəliyə görə, bədbəxt hadisə, öldürülmə, qətl və qocalıq üzündən baş verə bilər. Ölüm hallarının səbəbləri ona görə də yalnız səhiyyə məsələləri ilə deyil, həmçinin hüquqi və digər məsələlərlə də əlaqədardır.
Ölüm hallarının öyrənilməsində və onun azaldılması üzrə müvafıq tədbirlərin işlənib hazırlanmasında əhalinin yaş qrupları üzrə ölüm səbəblərinin, habelə müxtəlif xəstəliklər üzrə ölüm hallarının təhlil edilməsinin böyük əhəmiyyəti vardır.
Dostları ilə paylaş: |