Vəzifəli şəxslərə aşağıdakı tələblər irəli sürülür.
Əvvələn, onlara xalq, kollektiv zəmanət verməlidir.
İkinci, onlar bizim dövlət aparatımıza bələd olduqlarına dair imtahan verməlidirlər.
Üçüncüsü, onlar bizim dövlət aparatımız məsələsinə dair nəzəriyyənin əsaslarını bildiklərinə, idarə etmək, iş aparmaq və i.a. elminin əsaslarını bildiklərinə dair imtahan verməlidirlər.
Kadrlarla iş sistemi həmçinin onların hazırlanması sistemini, yaradıcılığının artmasının təşkilini, kadrlar ehtiyatının yaradılmasını, təhsil metodlarmı, kadrların attestasiyası məsələlərini də özünə daxil edir. Kadr siyasətinin əsasını kadrların seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsinin ümdə prinsipləri təşkil edir.
Kadrları seçmək üçün birinci növbədə, onları öyrənmək lazımdır. Burada anket məlumatları kifayət deyildir. Kadrların seçilməsi aşağıdakı məsələləri əhatə edir: a) bu və ya digər vəzifə üçün mümkün olan namizədlər haqqında informasiya; b) onların haqqında zəruri məlumatların təhlili; v) namizədlərin keyfıyyət göstəricilərinin məcmu halda müqayisə edilməsi; q) nəzərdə tutulan vəzifə ilə bu keyfıyyətin müqayisə edilməsi; ğ) həmin vəzifəyə daha uyğun gələn adamın seçilməsi; d) konkret adamın vəzifəyə təyin edilməsi.
Kadrlar seçilərkən və yerləşdirilərkən bir sıra xususi qaydalara, prinsiplərə əməl olunmalıdır. Bu qaydalardan birincisi, rəhbər işə, vəzifəyə namizədin həmin işə, yaxud vəzifəyə uyğunluğu qaydasıdır. Bu ilk baxışda çox sadə görünür. Lakin bu tələblərə həmişə əməl olunmur, bir çox hallarda pozulur, işçinin təcrübəsi, biliyi, ixtisası, texniki - texnoloji profıli və s. nəzərə alınmır. İkincisi, yaşlı rəhbər işçi ilə gənc kadrların düzgün əlaqələndirilməsi və kadrların seçilməsində onun nəzərə alınmasıdır. Üçüncüsü, rəhbər işçinin (namizədin) idarəetmə obyektinin rəhbərlik səviyyəsinə (direktor, müavin və s.) uyğunluğudur. Dördüncüsü, rəhbər işçidə olan keyfıyyətlərlə onun tabeçiliyində olan, onun köməkçiləri olan adamların yaxşı keyfiyyətlərinin əlaqələndirilməsidir. Bunun idarəetmə kollektivlərinin formalaşmasında, yeni keyfiyyətlərin meydana çıxmasında mühüm əhəmiyyəti vardır. Beşincisi, təsərrüfat kadrları həm də ictimai istehsalın mənafeyini nəzərə almaqla seçilməsi tələbidir. Altıncısı, hər bir təsərrüfat rəhbəri üçün onun qabiliyyətindən tam istifadə oluna bilməsi şərti ilə iş sahəsinin (vəzifənin) seçilməsidir.
Kadrlarm yerləşdirilməsi dedikdə işçilərin hazırlığını, iş təcrübəsini, işgüzarlığını və şəxsi keyfiyyətini nəzərə almaqla struktur bölmələr və vəzifələr üzrə yerləşdirilməsi başa düşülür. Kadlar yerləşdirilərkən normativ sənədlərdə işçilərə qarşı olan müvafiq tələblərlə yanaşı həmin təşkilatın mənafei, işçinin peşə və ixtisasından istifadə imkanı, onun şəxsi və işgüzar keyfiyyətinin, qabiliyyətinin icra ediləcək fəaliyyətinin xarakterinə nə dərəcədə uyğun gəlməsi kimi ümdə cəhətlər nəzərə alınır. Bu və digər cəhətlər xüsusilə kadrların seçilməsi prosesində, mərhələsində nəzərə alınmalıdır, həmin mərhələdə aşağıdakılar nəzərə alınmalıdır:
1. İşçinin müvafıq vəzifəni icra etmək üçün yararlı olmasını müəyyənləşdirmək.
2. Mümkün olan namizədlər haqqında məlumatlar toplamaq.
3. Namizədin şəxsi keyfıyyətini, keyfıyyət amillərini qiymətləndirmək.
4. Məcmuu keyfıyyətlə namizədin yerinə yetirəcək vəzifə funksiyalarının müqayisəsi.
5. Müxtəlif namizədlərin məlumatların müqayisəsi və nəzərdə tutulan vəzifə üçün ən layiqlisinin seçilməsi.
6. Namizədin vəzifəyə təyin edilməsi.
Yuxarıda göstərilənlərin hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Məsələn, şəxsiyyətin keyfıyyətini öyrəndikdə aşağıdakı konkret cəhətlər nəzərə alınır:
a) qabiliyyəti: təşkilatçılıq, texniki, evrestik - yaradıcılıq;
b) yararlılığı: - psixofızioloji komponentləri, təfəkkürü, diqqəti və yaddaşı və s.
v) xarakteri: təşəbbüskarlığı, təşkilatçılığı, məqsədyönlülüyü, ideyalılığı və s;
q) sosial təbiətli xassəsi: mənəvi keyfiyyəti, əməyə, adamlara və özünə münasibəti.
d) peşə - ixtisas hazırlığı: xüsusi biliyi, praktiki iş təcrübəsi.
Dostları ilə paylaş: |