İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı Mövzu İnsan resursları: mahiyyəti və məzmunu


Mövzu 7. Heyətin (kadrların) toplanması, seçilməsi və qiymətləndirilməsi



Yüklə 0,58 Mb.
səhifə13/60
tarix01.01.2022
ölçüsü0,58 Mb.
#50532
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   60
referat 3325

Mövzu 7. Heyətin (kadrların) toplanması, seçilməsi və qiymətləndirilməsi
7.1. Heyətin (kadrların) toplanması

7.2. Kadrlarla aparılan iş sistemi

7.3. İdarə rəhbərinin, menecerin şəxsi keyfiyyəti və nüfuzu

7.4. Kadrların öyrənilməsi, seçilməsi və qiymətləndirilməsi metodları
7.1. Heyətin (kadrların) toplanması
Heyətin seçilməsi və yerləşdirilməsi idarə aparatının, idarəetmə fəaliyyətinin başlıca funksiyasıdır. Kadrlar istehsal və qeyri-istehsal kadrlarına ayrılırlar. İstehsal kadrları, o cümlədən sənaye müəssisələrinin sənaye-istehsal kadrları fəhlə, MTİ-lər, qulluqçular, şagirdlər, kiçik xidmətedici heyətlərə bölünür. Bu, funksional əmək bölgüsü ilə bağlıdır. Kadrlrın strukturu sabit qalmır, elmi – texniki tərəqqi, buraxılan məhsulun mürəkkəbliyi və s. ilə əlaqədar olaraq mütəmadi olaraq dəyişilir. Həmin amillərlə əlaqədar yalnız işçi heyətinin kateqoriya strukturu deyil, həmçinin onlann hər biri daxilində peşə - ixtisas, təhsil səviyyəsi baxımından da müvafiq dəyişikliklər baş verir. Ona görə də ayrı-ayrı firmalarda, şirkətlərdə müəssisələrin kadrlara olan tələbatı yalnız ümumi halda deyil, konkret peşələr, ixtisaslar və işçi kateqoriyaları üzrə müəyyən edilir. Burada kadrlara olan həm əsas, həm də əlavə tələbat nəzərə alınır. Bununla əlaqədar ayrı-ayrı işçi heyəti üçün olan əsas tələbat hesablanır, əlavə tələbat üzrə plan tərtib edilir, əsas və əlavə tələbata təsir edən konkret amillər nəzərə alınır. Həm də bu amillər, əsas və əlavə tələbat hər bir işçi kateqoriyası üzrə ayrılıqda müəyyən edilir. Çünki bu amillərin təsiri bütün işçi kateqoriyaları üçün eyni deyildir. Məsələn, fəhlə və qulluqçulara tələbata təsir edən amillərin təsiri müxtəlif olur. Müəssisələrin kadrlarla təmin olunma mənbələri də müxtəlifdir. Fəhlə kadrlarına olan tələbat planı tərtib edilərkən ünıumi, əlavə tələbatın üç mənbə hesabına ödənilməsi üzrə hesablamalar aparılır: peşə - texniki məktəblərdən daxil olma; bilavasitə müəssisənin özünün fəhlə toplaması; müəssisələrdə fərdi və briqada formasında fəhlə hazırlığı.

Mütəxəssislər isə ali məktəblərdə və orta ixtisas təhsili məktəblərində hazırlanır. Müasir elmi - texniki tərəqqi mutəxəssis kadrların hazırlanmasına qarşı yeni-yeni tələblər irəli sürür. Mütəxəssislər və təsərrüfat rəhbərlərinin ixtisasının artırılması, yenidən hazırlanması sahələr və sahələrarası ixtisası artırma kursları və fakültələr, daimi fəaliyyət göstərən tədris mərkəzləri, qısa müddətli seminarlar vasitəsilə həyata keçirilir. Burada tədris proseslərinin modeli, tədris planı, tədris proqramları, tədrisin forması və müddəti, vəzifə peşə - ixtisas modeli, vəzifəyə, biliyə olan tələblər, rəhbər kadrların hazırlanması mərhələləri və təlim metodları, idarəetmə funksiyaları ilə konkret təsərrüfatçılıq situasiyalarının əlaqələndirilməsi, tədrisin intensivləşdirilməsi və s. məsələsi əsas yer tutur.

Təşkilatların, firmaların kadrlara olan tələbatının müəyyən edilməsində gələcək dövr üçün olan tələbatın düzgün müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Burada mütəxəssis hazırlığının həcmi, əhalinin (əmək ehtiyatlarının) istehsalın, iş yerələrinin artımı və azalması və s. cəhətlər nəzərə alınmalıdır. Mütəxəssislərə tələbatın müəyyən edilməsindəki səhvlərə yol verdikdə kadr hazırlığına dövlət və özəl tədris müəssisələrinin artıq vəsait xərcləmələrinə, diplomlu mutəxəssislərin iş yerləri ilə təmin edilməsindəki ciddi çətinliklərə, sosial gərginliyə gətirib çıxarır. Ona görə də mütəxəssislərə tələbat müəyyən edilərkən elmi cəhətdən əsaslanmış müvafiq kompleks normativ və metodiki materiallar nəzərə alınmalıdır. Bu işə ciddi yanaşılmalı, hər bir fırma və şirkətin strateji inkişaf planının ən önəmli tərkib hissəsi, habelə makroiqtisadi məşğuliyyət siyasətinin aparıçı problemi kimi qiymət verilməlidir. Diplomlu mütəxəssislərə tələbat müəyyənləşərkən, onun proqnozları verilərkən aşağıdakı əsas metodlar nəzərə alınır:

1. Ştat - nomenklatura metodu: vəzifə normativləri, ştat cədvəlləri, vəzifələr üzrə ixtisas - sorğu kitabları; vəzifələrin miqdarının artması və azalması amilləri.

2. Normativ metod: işin, istehsalın həcmi, mütəxəssislərin müvafıq əmək normativləri.

3. Təmin olunma normativi: diplomlu mütəxəssislərin ümumi işçilərə görə xüsusi çəkisi; bu xüsusi çəkinin məhsulun, işin mürəkkəbliyindən, elmi - tədqiqat, konstuksiya işlərinin həcmindən, ETT - dən idarəetmənin təşkilatı strukturundan və s.-dən asılı olması. Perspektiv dövr üçün normativ kəmiyyət proqnozlaşdırılarkən faktiki ilkin məlumatlar əsas götürülməklə gələcəkdəki amillər, baş verə biləcək hadisələr, proseslər korrelyasiya - reqreesiv təhlil əsasında nəzərə alınmalıdır. Bu, xüsusi olaraq mütəxəssislərə olan əlavə tələbatın müəyyən olunması üçün lazımdır.

İdarəetmə sistemində rəhbər işçilərdən başqa mütəxəssislər və texniki icraçılar da çalışırlar. Onlar Dövlət Statistika Komitəsi tərəfindən inzibati - idarə və istehsal idarə heyəti işçiləri kimi uçota alınır. İnzibati - idarəçilik heyəti dedikdə, bura şöbələrin, büroların, qrupların rəhbərləri və s. daxildir. İstehsal heyətinə isə istehsal strukturunun, sexlərin rəisləri, ustalar, texnoloji, konstruktor, layihə şöbələrinin, büro və qruplarının rəhbərləri və s. daxildir. Bütün bunlar vəzifə nomenklaturası tərəfindən müəyyən edilir. Lakin müəssisə işçilərinin inzibati -idarəetmə, istehsal heyətinə, MTİ-lər və qulluqçular qrupuna ayrılmasında müəyyən çatışmazlıqlar vardır. Bu, birinci növbədə, idarəetmə funksiyalarının düzgün ixtisaslaşmaması və onun işçilər arasında dəqiq bölüşdürülməməsindən irəli gəlir. Ona görd də «vəzifə» anlayışı özü hər bir xətti və funksional idarəetmə strukturu (həm də xalq təsərrüfatının ayrı - ayrı sahələrini nəzərə almaq şərti ilə) sistemində dəqiq müəyyən edilməlidir. Burada vəzifənin özünün adının dəqiq olması, konkret iş fəaliyyətini əks etdirməsi, fəaliyyət dairəsi, həmin vəzifəyə olan tələblər, vəzifədən irəli gələn məsuliyyət və s. sistem halında əks olunmalıdır. Bu məsələnin elmi həllində işçilərin və vəzifələrin hüquqi, təşkilati - struktur və funksional təsnifatının böyük əhəmiyəti vardır. Məsələn, işçilərin istehsalatda, idarəetmə proeeslərindəki funksional rolu burada başlıca şərtlərdən birini təşkil edir. Belə ki, elə işçi (mütəxəssis) var ki, əsasən (üstün olaraq) bu və ya digər iş növlərinin icrası ilə, bir qrupu müəssisəyə (idarə orqanına) informasiya xidmətini, digər qrup işçilər isə rəhbərlik funnksiyasını həyata keçirir. Qulluqçuların vəzifə nomenklaturasında müəssisə rəhbərlərinin 16, onun bölmələri üçün 80-a qədər və bütövlükdə MTİ və qulluqçular üzrə 570-ə qədər ixtisas üzrə vəzifə nomenklaturası müəyyən edilmişdir. Əlbəttə, bu vəzifə nomenklaturalarının sayı elmi-texniki tərəqqinin müasir tələblərinə, idarəetmə proseslərinin inteqrasiyasına, qovuşmasına heç də uyğun deyildir.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin