7.3. İdarə rəhbərinin, menecerin şəxsi keyfiyyəti və nüfuzu
İdarə rəhbərinin psixoloji keyfiyyəti birinci növbədə, psixoloji proseslərlə, psixoloji mexanizmlərlə bağlıdır. Çünki o, rəhbər işçi olmazdan qabaq şəxsiyyətdir, insandır, insana xas olan bütün keyfiyyətlər onda da olmalıdır. Əlbəttə, burada yaxşı, ülvi keyfiyyətlər nəzərdə tutulur. Təəssüf ki, başqa keyfiyyətlər də az olmur. Bununla belə idarə, təsərrüfat rəhbəri psixoloji xüsusiyyətləri sosial - lider, intellektual - lider və inzibatçı - lider xüsusiyyətlərinə, əlamətlərinə malik olmalıdırlar. «Lider» sözü əmək kollektivlərində adamlar çoxluğuna, kütlələrə böyuk təsir etmək qabiliyyəti, istedadı mənasında işlədilir.
Əmək kollektivlərində işçilərin sosial rolu birinci növbədə onların digər üzvlərə, işin mövcud və gözlənilən nəticələrə münasibətində özünü göstərir. Sosial rolun ifadəsi müəyyən hüquqlar, vəzifələr və gözləmələrlə bağlıdır. Lakin ayrı-ayrı işçilər müxtəlif maddi və mənəvi dəyərlərə malik olduqlarına, əməyə münasibətdə fərqləndiklərinə görə (intizamlı və intizamsız) öz rolunu eyni dərəcədə icra edə bilmirlər. Bundan başqa, hər bir işçi, mütəxəssis özünün xarakterindən, təbiətindən, işə münasibətindən asılı olaraq kollektivin problemlərinin, vəzifələrinin həllində "instrumental" rol adlanan rolu (əlaqələndirici - koordinator, nəzarətedici, ideyaların generatoru, sadəcə icraçı, köməkçi və s.) icra edir.
Liderlik anlayışı rəhbər, idarəetmə və menecer anlayışı ilə bağlıdır. Lakin menecerə vəzifə, liderə - sosial təsir etmə baxımından yanaşılır. Vəzifə liderliyə səbəb olur, bu formal (rəsmi) liderdir. Lakin qeyri formal liderlər də olur. Formal və qeyri formal liderlər hakimiyyət hüquqi, hakimiyyət əlaqələri, hakimiyyət təsirinə, bir sözlə, hakimiyyət mənbəyinə görə də bir-birindən fərqlənirlər. Lider əlində olan hakimiyyət imkanlarından işin səmərəli getməsi üçün maksimum istifadə etməlidir. Bununla belə menecerlə lider arasında digər fərqli cəhətlər də vardır. Məsələn, menecerdə - peşəkarlıq, liderdə - ruh yüksəkliyi, menecerdə - inzibatçı, liderdə - innovator, menecerdə - nəzarətçi, liderdə - etimad hissi və s. üstünlük təşkil edir. Ona görə də liderlərin davranışını, liderlik keyfiyyətini öyrənməyin böyük əhəmiyyəti vardır. Bu baxımdan liderlik keyfiyyəti nəzəriyyəsi ən mürəkkəb nəzəriyyələrdən biridir. Liderlik psixoloji (emosional), fizioloji, intellektual, şəxsi işgüzar keyfiyyətlərlə müəyyən edilir.
Yuxarıda göstərilən hər üç əlamət rəhbər işçinin bir növ universal əlamətləri sistemidir. Lakin hər bir təsərrüfat rəhbərində bu universal əlamətlər sisteminin strukturu standart olmur. Bu struktura istər - istəməz işçinin iradə gücü, iradə keyfiyyəti (həlledici və cəsarətliliyi və s.) də təsir köstərir. Bu keyfiyyətlər rəhbər işçinin inzibatçı funksiyasının icrası zamanı özünü daha aydın şəkildə göstərir. İnzibatçı lider rolunu rəhbər işçi ya yaxşı təşkilatçı, kollektiv rəhbəri kimi, ya da sözün ən pis mənasında inzibatçılıq (mənəm - mənəmlik) qaydasında icra edir. Son hal işçilər tərəfindən, bütün xalq tərəfindən mənfi hal kimi qiymətləndirilir. Rəhbər işçi sosial - lider qaydasında adamların arzu və tələbatına qayğı ilə yanaşmaq, onların psixoloji xüsusiyyətlərini nəzərə almaqla işi təşkil edir. Bu, sosial - liderin nüfuzunu əhəmiyyətli dərəcədə artırır, adamlarda ən yaxşı emoslyalar, pisslər doğurur. Bu, yalnız sosial - liderin vəzifə keyfiyyətindən deyil, onun etik və psixoloji keyfıyyətindən, böyük vətəndaşlıq hissindən irəli gəlir. İntellektual-liderlik üçün başlıca keyfıyyət onun elmi biliyi, yaddaşı, hadisə və faktları dərindən bilməsi ilə müəyyən edilir. Həmin keyfıyyət, təxəyyül, təfəkkür təsərrüfat məsələlərinin həlli üçün ən vacib şərtlərdən biridir. Burada mücərrəd təfəkkürlə yanaşı, təfəkkürün konkretliyi, iqtisadi təfəkkür mühüm əhəmiyyət kəsb edir. Rəhbər işçi müstəqil mühakimə yürütməyi, təsərrüfat məsələlərini yaradıcı şəkildə həll etmək, mürəkkəb situasiyalardan baş çıxarmağı və dəqiq qərarlar qəbul etməyi baçarmalıdır. Bütün yuxarıda deyilənlərin hər üçü rəhbər işçi üçün zəruri olan, ayrılmaz müqəddəm şərtlərdir. Bunlar həmçinin rəhbər işçinin nüfuz mənbələrini təşkil edir, Çünki nufuz yalnız vəzifəyə, tabeçilikdə olanlara onun inzibati təsirə görə deyil, şüurlu inamından, necə deyərlər, könüllü inamından irəli gəlir. Təcrübə göstərir ki, inzibati qaydada inam həmişə keçici olur və uzun müddət davam etmir. Deməli, nüfuzun mənbəyi yalnız vəzifə deyil, həm da insani keyfiyyətlər və işgüzar xassələrdən ibarətdir. Rəhbər işçinin şəxsi və işgüzar keyfıyyətləri bir-birilə əlaqədardır. Bu keyfıyyətlərin təsnifatı 7.1-ci sxemdə verilmişdir. Rəhbər işçilərin fərdi keyfıyyəti özünə mənəvi, etik və psixoloji xüsusiyyətləri, cəhətləri daxil edir. Hər bir keyfıyyətin öz növbəsində konkret məzmunu vardır.
Menecerdə əmək resurslarını, insan fəaliyyətini idarə edə bilmək xassəsi, qabiliyyəti olmalıdır. Onda həm peşəkarlıq və həm də idarəçilik isdedadı vəhdətlik təşkil etməlidir. Sənayecə inkişaf etmiş ölkələrdə, o cümlədən İngiltərə və Amerikada menecerlərə olan tələblər aşağıdakılardan ibarətdir: 1. İdarəetmə işlərindən baş çıxarma, idarəetmə strukturunu, funksional vəzifələri bilmə; 2. Tabeçiliyində olan adamları idarəetmə, seçmə, qiymətləndirmə bacarığı, onlar arasında münasibətləri tənzimləyə bilməsi; 3. Firma və şirkətlərin resurslarını idarə edə və müştərilərlə əlaqə yarada bilməsi; 4. Firmaların fəaliyyətini planlaşdıra və proqnozlaşdıra bilmə bacarığı; 5. Sağlam fikir; 6. Öz gücünə inanma; 7. Yüksək ümumi inkişaf səviyyəsi.
Menecerin nüfuzu ona tabe olanların, yüksək səviyyəli rəhbər işçilərin işdə olan həmkarlarının həqiqi etimadını qazanması ilə səciyyələnir. Etimadı qazanma isə əslində menecerin pozitiv şəxsi keyfıyyəti ilə şərtlənir. Etimadın qazanılması və qazanılmaması halları menecerin mənfi və müsbət strukturunun, müvafiq meyarların nisbətindən asılıdır. Ən yaxşı nüfuz qorxuya, pedantizmə (xırdaçılığa) əsaslanan nüfuz deyil, biliyə, baçarığa xeyirxahlığa əsaslanan nüfuzdur.
Ünsiyyət, kommunikativlik menecment fəaliyyətində mühüm yer tutur. Ona görə ki, o, rəhbərlik etmək üçün ünsiyyət, kommunikativ qabiliyyətinə, mədəniyyətinə malik olmalıdır. Menecerlər bu baxımdan yüksək, aşağı və ən yüksək ünsiyyətə malik olan rəhbər işçilər qrupuna malik olurlar. Bir məşhur yazıçı ünsiyyəti ən böyük sərvət, eyş - işrət adlandırmışdır. Ünsiyyət insanların mühüm keyfiyyət cəhətidir, insanların sivilizasiyalı əməkdaşlıq formasıdır. Bunsuz heç kim, o cümlədən menecer öz fikrini, məsləhətini, ideyasını digərinə, əməkdaşlara çatdıra bilməz. Beləliklə, ünsiyyət həm də informasiya, əks əlaqə, insani münasibətlərin fəlsəfəsi funksiyasını icra edir. Ayrı-ayrı fırmaların, təşkilatların işinin səmərəliliyi baxımından ünsiyyətin məzmunlu, zəngin və işgüzar olması son dərəcə vacibdir. Ona görə də ünsiyyətin kompanentləri (kommunikator, auditoriya, məlumat, ünsiyyətin texniki vasitələri) təşkilatların səmərəli fəaliyyətinə mühüm təsir göstərə bilir. Bu baxımdan ünsiyyət texnologiyasının da (iştirakçıların və situasiyanın öyrənilməsi, ünsiyyət taktikası və strategiyası, mümkün alternativin seçilməsi, əlaqələrin yaradılması, söhbətin məzmunu (dəlillər) böyuk rolu vardır. Məsələn, yuxarıda adı çəkilən "dəlil" ünsürünü nəzərdən keçirək. Menecerin intellektual, ümumi inkişafı səviyyəsi yüksək olduqda tabeçiliyində olanlarla hər cür aspektdə danışa bilər. Ona görə də hər bir menecer danışdıqda hansı söhbət variantını seçməyi bacarmalıdır. Elə etmək lazımdır ki, dəlillər aydın, sadə, dəqiq, inandırıcı və əsaslandırılmış olsun. Burada həm də ünsiyyətdə olan və olacaq adamın, kollektivin xüsusiyyətləri də nəzərə alınmalıdır. Təsərrüfat rəhbərlərinin şəxsi və işgüzar keyfıyyətinə qarşı olan tələblər. Müasir elmi-texniki tərəqqi istehsala rəhbərlik edən adamlar qarşısında çətin problemlər qoyur. Belə şəraitdə istehsala rəhbərliyi onun təşkilini, texnikasını və iqtisadiyyatını dərindən bilən mütəxəssis həyata keçirə bilər.
Rəhbər işçinin şəxsi və işgüzar keyfiyyəti
Sxem 7.1
Mənəvi keyfiyyət
İşgüzar keyfiyyət
Siyasi keyfiyyət
Keyfiyyət meyarları
Keyfiyyət meyarları
Keyfiyyət meyarları
Mənəvi keyfiyyət
İşgüzar keyfiyyət
Keyfiyyətin meyarlar üzrə qiymətləndirilməsi
Qiymətləndirmə metodları
Qiymətləndirmə metodları
Qiymətləndirmə metodları
Şəxsi keyfiyyəti
Xüsusi keyfiyyət
Ümumi keyfiyyət
Mənfi və müsbət keyfiyyət
Şəxsi müsbət və mənfi keyfiyyətin qiymətləndirilməsi sistemi
Fəaliyyət nəticəsinin qiymətləndirilməsi sistemi
Təsərrufat rəhbərinə qarşı aşağıdakı tələblər irəli sürülür: a) təsərrüfat rəhbəri yüksək texniki, iqtisadi biliyə elm və texnikanın ən yeni nailiyyətlərinə bələd olmalıdır; b) təsərrüfat rəhbəri geniş siyasi dünyagörüşə malik olmalı, təsərrüfat məsələlərini sosial məsələlərlə əlaqələndirməyi bacarmalı daima öz siyasi səviyyəsini artırmalıdır; v) yuxarıdakılarla yanaşı təsərrüfat rəhbərində müəyyən təşkilatçılıq qabiliyyəti də olmalıdır. O adamlarla işləməyi, onları istiqamətləndirməyi bacarmalıdır.
Şəxsi və işgüzar keyfıyyətlər özü də bir sıra əlamətlərlə müəyyənləşir. Şəxsi keyfiyyətə aşağıdakılar daxildir: siyasi yetkinlik, intizamlılıq, iş qabiliyyəti, məsuliyyətlilik və vəzifə borcu hissi, təşəbbüskarlıq, inadkarlıq, kollektivlə işləmək qabiliyyəti, düşünçəlilik, mənəvi keyfıyyət (saflıq, həqiqətpərəst, sadəlik, ədalətli, insanpərvər və s.).
Sxem 7.2.
İdarəedici əməyin normalaşdırılması metodları
İş vaxtı məsrəflərinin öyrənilməsi
Miqdar norması üzrə
Vaxt norması və normativləri üzrə
İş vaxtı məsrəfləri üzrə materialları işlənməsi və yığılmasının tədqiqat metodlarından istifadə edilməsi
İşçilərin sayının statistik təhlilinin əsasları
İdarəetmə və xidmət normativi üzrə
Say nömrəsi üzrə
Təsərrüfat rəhbərinin işgüzar keyfıyyəti aşağıdakılarla müəyən edilir: texniki, iqtisadi bilik səviyyəsi, istehsalın təşkili və idarə edilməsi məsələlərindən baş çıxarması təcrübəsi, ümumi mədəni inkişaf səviyyəsi, icra etdiyi konkret iş sahəsini dərindən bilməsi və s. Rəhbər işçinin işgüzar keyfıyyətinin müəyyən istiqamətlər üzrə təsnifatı və məzmunu 7.2-ci sxemdə əks olunmuşdur.
Dostları ilə paylaş: |