İnsanlığın öldürüldüyü gün 1992-ci ilin 26 fevralında vəhşi ermənilər bəşəriyyətə qarşı ən dəhşətli cinayəti- xocalı soyqırımını törətdilər



Yüklə 33,31 Kb.
Pdf görüntüsü
tarix01.04.2017
ölçüsü33,31 Kb.
#13042

İnsanlığın öldürüldüyü gün 

 

1992-ci ilin 26 fevralında vəhşi ermənilər bəşəriyyətə qarşı ən dəhşətli cinayəti- Xocalı 

soyqırımını törətdilər  

 

Bu tarix heç bir sözün ifadə edə bilmədiyi bir anlama şahidlik edən bir gündür. Bu tarix 



bəşəriyyətin zamanın sonunadək  ən böyük utanc duyacağı  dəhşətlərin, foto və video lentlərini 

görənlərin baş verdiyinə inanmaq istəmədiyi faciənin tarixin yaddaşına qara hərflərlə yazdığı bir 

gündür. Bu tarix insanlığın tamamilə öldüyü gündür. Nəhayət bu tarix 1988-ci ildən başlamış 

Ermənistan-Azərbaycan müharibəsi zamanı baş vermiş  ən müdhiş,  ən faciəvi, tarixdə analoqu 

olmayan hadisələrdən birinin- ermənilərin Azərbaycanın Qarabağdakı  ən qədim insan 

məskənlərindən olan Xocalıda törətdiyi Əsrin Soyqırımı Günüdür.  

Bu tarix 26 fevraldır...  

Bəşər tarixi çox faciələrə, çox soyqırımlara, çox dəhşətlərə  şahidlik edib. XX əsrdə isə 

yəhudi "holokost"u, Xirosima və Naqasaki faciəsi kimi qanlı  qətliamlar insanlığın üz qarasına 

çevrilib. II Dünya savaşı zamanı baş verən böyük faciələr insanlığın bir daha belə hallara 

şahidlik etməməsi üçün kiyafət qədər böyük nümunələr yaratmışdı. XX əsrin sonunda isə 

soyqırımların təkrar olunacağına heç kim inanmazdı. Lakin genetik erməni xəstəliyi tibb elmində 

və beynəlxalq siyasi sistemdə  rəsmən qeydə alınmadığı  və  tədqiq edilmədiyi üçün daha bir 

dəhşətli soyqırımının baş tutmaması üçün heç bir maneə yox idi...  

Terrorizm və vandalizmin ən böyük nümunəsi  

Hələ XIX əsrin əvvəllərindən başlayaraq böyük qüvvələrin dəstəyinə arxalanan ermənilər 

tərəfindən tüklərə qarşı soyqırım siyasəti həyata keçirilib. XIX əsrin başlanğıcında  Şərqi 

Anadoluda erməni məsələsinin yaranması, onun təkamülü, sonra isə bu problemin Qafqaza ixrac 

olunması xalqımıza qarşı dünyada analoqu olmayan vəhşiliklərin törədilməsinə səbəb olub 

Azərbaycan xalqı son 200 il ərzində onlarla dəfə erməni millətçi-şovinistlərinin davamlı 

olaraq etnik təmizləmə, soyqırımı siyasətinə  məruz qalıb, öz tarixi torpaqlarından qovulub, 

qaçqına, məcburi köçkünə çevrilib və ermənilər tərəfindən kütləvi qırğınlara düçar olub. 

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib.  

Bu proses üst-üstə 2 milyon qaçqın və köçkünü öz doğma torpaqlarından didərgin salıb. 

Səbəb ermənilərin torpaq iddialarıdır. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq 

Ermənistan böyük dövlətlərin yardımı ilə Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün 

cinayət və vəhşiliyə hazır olduğunu nümayiş etdirir.  

...1992-ci ildə Ermənistan ordusu Azərbaycanın Qarabağ bölgəsində yerləşmiş rus 

ordusunun (366-cı alay) köməyi ilə Xocalı  şəhərində tarixdə misli olmayan dəhşətli soyqırım 

aktı həyata keçirdilər. XX əsrin sonunda baş vermiş bu qətliam təkcə Azərbaycan xalqına deyil, 

bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.  

 Xocalı Xankəndi  şəhərindən 14 km şimal-şərqdə yerləşirdi. 1992-ci ilin qanlı faciəsinə 

kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu 

Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı  və 1989-cu ildə 

Fərqanədən qovulmuş Axısxa türkləri də burada məskunlaşmışdılar.  

1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı  dəstələri Rusiyanın Xankəndi 

şəhərində yerləşdirilmiş 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı 

şəhərinə hücum etdilər. Dörd tərəfdən erməni terrorçu dəstələri tərəfindən  əhatə olunan şəhər 

artilleriya və ağır hərbi texnikadan güclü və fasiləsiz atəşə tutuldu. Az bir vaxt ərzində şəhərdə 

böyük miqyaslı yanğınlar baş verdi, şəhər tamamilə alova büründü.  

Fevralın 26-sı  səhər saat 5-ə kimi rus ordusunun yardımı ilə  şəhər erməni işğalçıları 

tərəfindən zəbt edildi. Bəşəriyyətin  ən qədim yaşayış  məskənlərindən olan Xocalı bir gecənin 

içərisində yerlə yeksan edildi. Qanlı  qırğından sağ qalan əhali dağlara, meşələrə qaçdı. Dinc 

əhalini təqib edən silahlı ermənilər onları güllələyir,  ələ keçənlərə amansız işgəncələrlə divan 

tuturdular. Soyuq, qarlı fevral gecəsində minlərlə dinc sakin girov götürüldü.  


Erməni terrorçularından yayınıb meşələrə, dağlara qaçan insanların çoxu soyuqdan, 

şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. Soyqırımı aktı zamanı baş verən 

əsas hadisələrdən biri də vəhşi erməni terorçularının buradakı qiymətləri tarixi-mədəni və təbiət 

abidələrini məhv etməsi, bununla da bütün bəşəriyyətə qarşı bağışlanılmaz cinayət törətməsidir.  

Tarixdə baş vermiş müharibələr zamanı qaliblər işğal etdikləri  ərazilərdə heç vaxt mülki 

əhalini öldürmür, maddi-mədəniyyət abidələrini dağıtmırdılar. Erməni faşistləri isə, həm mülki 

əhalini- qocaları, körpələri, qadınları  vəhşi işgəncələrlə  qətlə yetirib, həm də  bəşəriyyətin  ən 

qədim abidələrini dağıdıblar. 

 

Tarixin ən böyük vəhşiliyi  

 

Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Rəqəmlər belə prosesin miqyasını və həyata 



keçirilmə formasını ifadə etmək acizdir. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində 

Xocalı  əhalisindən 613 nəfər həlak olub. Həlak olanların cins və yaş  tərkibi adamı  dəhşətə 

gətirir- 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər 

iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər  şikəst olub, onların 76 nəfəri 

uşaq idi. 150 nəfər isə itkin düşüb.1275 nəfər dinc sakin- qocalar, uşaqlar, qadınlar  əsir 

götürülərək ağlasığmaz işgəncələrə, təhqir və həqarətlərinə məruz qalıb. Xocalı soyırımı zamanı 

şəhər  əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən öncədən düzəldilmiş 

pusqularda qətlə yetirilib.  

Rusiyanın "Memorial" hüquq-müdafiə  mərkəzinin məlumatına  əsasən, 4 gün ərzində 

Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə 

məruz qalması faktı  aşkar edilib. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 

uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilib. Ekspertiza zamanı müəyyən edilib ki, 151 

nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfər küt alətlə 

vurularaq öldürülüb.  

Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi 

silahlardan istifadə edilib. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə 

yetirilib. Onlar diri-diri yandırılıb, başları  kəsilib, üzlərinin dərisi soyulub, körpə  uşaqların 

gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb. Ermənilər hətta meyitləri də təhqir 

ediblər.  

Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb. Xocalı 

soyqırımının epizodları insanı  dəhşətə  gətirir. Girov götürülmüş Xocalı sakinlərindən bəziləri 

(onların arasında Əntiqə adlı qadın da var idi) erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük 

Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiklərinə görə ermənilər tərəfindən diri-diri 

yandırıldı. Xocalı sakinləri deyirdilər ki, onlarla Azərbaycan və Axısxa türkünün erməni 

qəbirinin üzərində başını kəsiblər.  

Onlarla azərbaycanlının gözlərini çıxarıblar. Ermənilər sağ qalmış insanlar üzərində bəşər 

tarixində misli-bərabəri olamayan vəhşi işgəncələr həyata keçiriblər. Onların başının dərisini 

soyub, başlarını  və  bədəninin digər orqanlarını  kəsib, uşaqların gözlərini çıxarıb, hamilə 

qadınların qarnını yarıblar. Xocalı soyqırımı zamanı  həyata keçirilmiş  vəhşiliklər haqda 

Azərbaycan hüquq-mühafizə orqanlarının arxivlərində və mətbuatda yer almış yüzlərlə materal 

var.  

Faciənin dəhşətlərinin təsəvvürə  gətirmək üçün onlardan, sadəcə, birini- onlarla 



azərbaycanlı səirin gözləri qarşısında baş vermiş bir faktı qısaca nəzərinizə çatdırmaq istəyirik. 

Əsir götürülmüş azərbaycanlı qadının bir neçə aylıq körpəsini zorla əlindən alıb öldürmək 

istəyən zaman ana vəhşicəsinə zərbələr altında dişi-dırnağı ilə körpəsini müdafiə edir. Nəhayət, 

ermənilər uşağı anadan alırlar və onun gözləri önündə iki yerə parçalayırlar. Sonra bu parçalarla 

ananın başına zərbələr vururlar. Bircə  dəqiqə  ərzində güclü psixi sarsıntıdan dəli olan ana 

körpəsinin parçalarını qucağına alıb gülməyə və oynamağa başlayır...  

Sözün ifadə etməyə aciz qaldığı yalnız bir məqam varsa, o da bu olmalıdır. Xocalı 

soyqırımı Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanır. Lakin 



soyqırımının dəhşəti təkcə qurbanlarının sayı ilə yox, həm də  həyata keçirilmə üsulları ilə 

ölçülür. Xocalıda baş verənlər ağlasığmaz, inanılmaz və... sadəcə qeyri-mümkündür. Təbii ki, 

cinayəti həyata keçirənlər insan olduğu halda.. 

 

Nədən Xocalı?  

 

Ermənilərin belə bir dəhşətli soyqırımı həyata keçirmək üçün nədən Xocalı şəhərini hədəfə 

aldıqlarını necə izah etmək olar? Burada fikrimizcə, 3 əsas səbəb var idi. Bu bir tərəfdən 

Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji önəm daşıyan şəhəri aradan 

qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silərək Azərbaycan 

xalqının gözünü qorxutmaq idi. 

Sonuncu səbəb isə, Azərbaycan türklərinin çox minillər öncədən burada 

məskunlaşdıqlarını sübut edən Xocalı  mədəniyyətini məhv etmək idi. Xocalı elə bir yaşayış 

məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə  qədər tarix və 

mədəniyyət  ənənələrini özündə  əks etdirirdi. Bəşəriyyətin  ən qiymətli irsinə  məxsus bu xüsusi 

mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb.  

Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları  və digər abidələri, həmçinin, 

müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi 

mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin 

məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika 

vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya 

mədəniyyətinə, bəşər sivilizasiyasına qarşı ən böyük cinayətdir.  

Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə 

qaydalarına zidd olaraq dinc sakinlərə qarşı xüsusi amansızlıqla həyata keçirilən soyqırım 

olduğunu təsdiqləyir. Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, ingilis, fransız, 

gürcü, alman, amerikalı  və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə 

gətirmişdi. Bu, əsil soyqırım idi...  

Xocalı qaçqınlarının BMT, Aİ  və ATƏT-ə müraciətində deyilir: "...Sizdən xahiş edirik, 

erməni hərbi təcavüzü nəticəsində bizim başımıza gələn bəlaya laqeyd qalmayasınız. Biz inanırıq 

ki, dünyanın BMT, Aİ  və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər 

ölkələri Ermənistan kimi dövlətin belə təcavüzkarlığına və özbaşınalığına qarşı tədbir görəcəklər. 

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi 

soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər 

Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və 

cəzalandırılması" konvensiyasını  rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin 

Beynəlxalq Məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya 

bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı 

dünyaya, bəşəriyyətə qarşı yönəldilib.  

Ermənistanda mühüm dövlət postları tutan Serj Sarkisyan, Robert Köçəryan və digərləri 

baş vermiş soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. 

Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən 

ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan 

Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə- Xocalı soyqırımına,  əsil 

soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər".  

...Xocalı soyqırımı Azərbaycan xalqına qarşı 200 ildən bəri davam edən təcavüzün son 

akkordu, Rusiyanın Qafqaz siyasətinin tərkib hissəsi idi. Xocalı faciəsi Azərbaycanın müstəqillik 

yolunda verdiyi qurbanlardan biri idi. Bu kimi hadisələr xalqımızın öz azadlığına hansı qurbanlar 

bahasına nail olduğunu göstərir. Bu həm də, ona görə  şərəfli tarixdir ki, bu soyqırımı ilə 

düşmənlərimiz bizi sındıra,  əzə bilmədi və xalqımız daha böyük qüvvə ilə birləşdi, 

müstəqilliyimizi qorudu.  

Sonda təəssüflə qeyd etməliyik ki, Xocalı soyqırımının müəllifləri hələ  də öz layiqli 

cəzalarını almayıblar. Beynəlxalq aləmdə ikili standartlar hələ  də davam edir. Ermənilər isə 


yaxşı anlayırlar ki, Azərbaycan gec-tez bütün digər hadisələrlə yanaşı Xocalı soyqırımının da 

hesabını soracaq. 



 

 

Elçin Bayramlı 

 

Səs.- 2010.- 25 fevral.- S. 11. 

 

Yüklə 33,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin