İnsanlığın öldürüldüyü gün
1992-ci ilin 26 fevralında vəhşi ermənilər bəşəriyyətə qarşı ən dəhşətli cinayəti- Xocalı
soyqırımını törətdilər
Bu tarix heç bir sözün ifadə edə bilmədiyi bir anlama şahidlik edən bir gündür. Bu tarix
bəşəriyyətin zamanın sonunadək ən böyük utanc duyacağı dəhşətlərin, foto və video lentlərini
görənlərin baş verdiyinə inanmaq istəmədiyi faciənin tarixin yaddaşına qara hərflərlə yazdığı bir
gündür. Bu tarix insanlığın tamamilə öldüyü gündür. Nəhayət bu tarix 1988-ci ildən başlamış
Ermənistan-Azərbaycan müharibəsi zamanı baş vermiş ən müdhiş, ən faciəvi, tarixdə analoqu
olmayan hadisələrdən birinin- ermənilərin Azərbaycanın Qarabağdakı ən qədim insan
məskənlərindən olan Xocalıda törətdiyi Əsrin Soyqırımı Günüdür.
Bu tarix 26 fevraldır...
Bəşər tarixi çox faciələrə, çox soyqırımlara, çox dəhşətlərə şahidlik edib. XX əsrdə isə
yəhudi "holokost"u, Xirosima və Naqasaki faciəsi kimi qanlı qətliamlar insanlığın üz qarasına
çevrilib. II Dünya savaşı zamanı baş verən böyük faciələr insanlığın bir daha belə hallara
şahidlik etməməsi üçün kiyafət qədər böyük nümunələr yaratmışdı. XX əsrin sonunda isə
soyqırımların təkrar olunacağına heç kim inanmazdı. Lakin genetik erməni xəstəliyi tibb elmində
və beynəlxalq siyasi sistemdə rəsmən qeydə alınmadığı və tədqiq edilmədiyi üçün daha bir
dəhşətli soyqırımının baş tutmaması üçün heç bir maneə yox idi...
Terrorizm və vandalizmin ən böyük nümunəsi
Hələ XIX əsrin əvvəllərindən başlayaraq böyük qüvvələrin dəstəyinə arxalanan ermənilər
tərəfindən tüklərə qarşı soyqırım siyasəti həyata keçirilib. XIX əsrin başlanğıcında Şərqi
Anadoluda erməni məsələsinin yaranması, onun təkamülü, sonra isə bu problemin Qafqaza ixrac
olunması xalqımıza qarşı dünyada analoqu olmayan vəhşiliklərin törədilməsinə səbəb olub
Azərbaycan xalqı son 200 il ərzində onlarla dəfə erməni millətçi-şovinistlərinin davamlı
olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb, öz tarixi torpaqlarından qovulub,
qaçqına, məcburi köçkünə çevrilib və ermənilər tərəfindən kütləvi qırğınlara düçar olub.
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib.
Bu proses üst-üstə 2 milyon qaçqın və köçkünü öz doğma torpaqlarından didərgin salıb.
Səbəb ermənilərin torpaq iddialarıdır. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq
Ermənistan böyük dövlətlərin yardımı ilə Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün
cinayət və vəhşiliyə hazır olduğunu nümayiş etdirir.
...1992-ci ildə Ermənistan ordusu Azərbaycanın Qarabağ bölgəsində yerləşmiş rus
ordusunun (366-cı alay) köməyi ilə Xocalı şəhərində tarixdə misli olmayan dəhşətli soyqırım
aktı həyata keçirdilər. XX əsrin sonunda baş vermiş bu qətliam təkcə Azərbaycan xalqına deyil,
bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşirdi. 1992-ci ilin qanlı faciəsinə
kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu
Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə
Fərqanədən qovulmuş Axısxa türkləri də burada məskunlaşmışdılar.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri Rusiyanın Xankəndi
şəhərində yerləşdirilmiş 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı
şəhərinə hücum etdilər. Dörd tərəfdən erməni terrorçu dəstələri tərəfindən əhatə olunan şəhər
artilleriya və ağır hərbi texnikadan güclü və fasiləsiz atəşə tutuldu. Az bir vaxt ərzində şəhərdə
böyük miqyaslı yanğınlar baş verdi, şəhər tamamilə alova büründü.
Fevralın 26-sı səhər saat 5-ə kimi rus ordusunun yardımı ilə şəhər erməni işğalçıları
tərəfindən zəbt edildi. Bəşəriyyətin ən qədim yaşayış məskənlərindən olan Xocalı bir gecənin
içərisində yerlə yeksan edildi. Qanlı qırğından sağ qalan əhali dağlara, meşələrə qaçdı. Dinc
əhalini təqib edən silahlı ermənilər onları güllələyir, ələ keçənlərə amansız işgəncələrlə divan
tuturdular. Soyuq, qarlı fevral gecəsində minlərlə dinc sakin girov götürüldü.
Erməni terrorçularından yayınıb meşələrə, dağlara qaçan insanların çoxu soyuqdan,
şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. Soyqırımı aktı zamanı baş verən
əsas hadisələrdən biri də vəhşi erməni terorçularının buradakı qiymətləri tarixi-mədəni və təbiət
abidələrini məhv etməsi, bununla da bütün bəşəriyyətə qarşı bağışlanılmaz cinayət törətməsidir.
Tarixdə baş vermiş müharibələr zamanı qaliblər işğal etdikləri ərazilərdə heç vaxt mülki
əhalini öldürmür, maddi-mədəniyyət abidələrini dağıtmırdılar. Erməni faşistləri isə, həm mülki
əhalini- qocaları, körpələri, qadınları vəhşi işgəncələrlə qətlə yetirib, həm də bəşəriyyətin ən
qədim abidələrini dağıdıblar.
Tarixin ən böyük vəhşiliyi
Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Rəqəmlər belə prosesin miqyasını və həyata
keçirilmə formasını ifadə etmək acizdir. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində
Xocalı əhalisindən 613 nəfər həlak olub. Həlak olanların cins və yaş tərkibi adamı dəhşətə
gətirir- 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər
iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər şikəst olub, onların 76 nəfəri
uşaq idi. 150 nəfər isə itkin düşüb.1275 nəfər dinc sakin- qocalar, uşaqlar, qadınlar əsir
götürülərək ağlasığmaz işgəncələrə, təhqir və həqarətlərinə məruz qalıb. Xocalı soyırımı zamanı
şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən öncədən düzəldilmiş
pusqularda qətlə yetirilib.
Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, 4 gün ərzində
Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə
məruz qalması faktı aşkar edilib. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13
uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilib. Ekspertiza zamanı müəyyən edilib ki, 151
nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfər küt alətlə
vurularaq öldürülüb.
Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi
silahlardan istifadə edilib. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə
yetirilib. Onlar diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların
gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb. Ermənilər hətta meyitləri də təhqir
ediblər.
Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb. Xocalı
soyqırımının epizodları insanı dəhşətə gətirir. Girov götürülmüş Xocalı sakinlərindən bəziləri
(onların arasında Əntiqə adlı qadın da var idi) erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük
Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiklərinə görə ermənilər tərəfindən diri-diri
yandırıldı. Xocalı sakinləri deyirdilər ki, onlarla Azərbaycan və Axısxa türkünün erməni
qəbirinin üzərində başını kəsiblər.
Onlarla azərbaycanlının gözlərini çıxarıblar. Ermənilər sağ qalmış insanlar üzərində bəşər
tarixində misli-bərabəri olamayan vəhşi işgəncələr həyata keçiriblər. Onların başının dərisini
soyub, başlarını və bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxarıb, hamilə
qadınların qarnını yarıblar. Xocalı soyqırımı zamanı həyata keçirilmiş vəhşiliklər haqda
Azərbaycan hüquq-mühafizə orqanlarının arxivlərində və mətbuatda yer almış yüzlərlə materal
var.
Faciənin dəhşətlərinin təsəvvürə gətirmək üçün onlardan, sadəcə, birini- onlarla
azərbaycanlı səirin gözləri qarşısında baş vermiş bir faktı qısaca nəzərinizə çatdırmaq istəyirik.
Əsir götürülmüş azərbaycanlı qadının bir neçə aylıq körpəsini zorla əlindən alıb öldürmək
istəyən zaman ana vəhşicəsinə zərbələr altında dişi-dırnağı ilə körpəsini müdafiə edir. Nəhayət,
ermənilər uşağı anadan alırlar və onun gözləri önündə iki yerə parçalayırlar. Sonra bu parçalarla
ananın başına zərbələr vururlar. Bircə dəqiqə ərzində güclü psixi sarsıntıdan dəli olan ana
körpəsinin parçalarını qucağına alıb gülməyə və oynamağa başlayır...
Sözün ifadə etməyə aciz qaldığı yalnız bir məqam varsa, o da bu olmalıdır. Xocalı
soyqırımı Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanır. Lakin
soyqırımının dəhşəti təkcə qurbanlarının sayı ilə yox, həm də həyata keçirilmə üsulları ilə
ölçülür. Xocalıda baş verənlər ağlasığmaz, inanılmaz və... sadəcə qeyri-mümkündür. Təbii ki,
cinayəti həyata keçirənlər insan olduğu halda..
Nədən Xocalı?
Ermənilərin belə bir dəhşətli soyqırımı həyata keçirmək üçün nədən Xocalı şəhərini hədəfə
aldıqlarını necə izah etmək olar? Burada fikrimizcə, 3 əsas səbəb var idi. Bu bir tərəfdən
Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji önəm daşıyan şəhəri aradan
qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silərək Azərbaycan
xalqının gözünü qorxutmaq idi.
Sonuncu səbəb isə, Azərbaycan türklərinin çox minillər öncədən burada
məskunlaşdıqlarını sübut edən Xocalı mədəniyyətini məhv etmək idi. Xocalı elə bir yaşayış
məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və
mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bəşəriyyətin ən qiymətli irsinə məxsus bu xüsusi
mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb.
Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin,
müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi
mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin
məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika
vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya
mədəniyyətinə, bəşər sivilizasiyasına qarşı ən böyük cinayətdir.
Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə
qaydalarına zidd olaraq dinc sakinlərə qarşı xüsusi amansızlıqla həyata keçirilən soyqırım
olduğunu təsdiqləyir. Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, ingilis, fransız,
gürcü, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə
gətirmişdi. Bu, əsil soyqırım idi...
Xocalı qaçqınlarının BMT, Aİ və ATƏT-ə müraciətində deyilir: "...Sizdən xahiş edirik,
erməni hərbi təcavüzü nəticəsində bizim başımıza gələn bəlaya laqeyd qalmayasınız. Biz inanırıq
ki, dünyanın BMT, Aİ və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər
ölkələri Ermənistan kimi dövlətin belə təcavüzkarlığına və özbaşınalığına qarşı tədbir görəcəklər.
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi
soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər
Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və
cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin
Beynəlxalq Məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya
bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı
dünyaya, bəşəriyyətə qarşı yönəldilib.
Ermənistanda mühüm dövlət postları tutan Serj Sarkisyan, Robert Köçəryan və digərləri
baş vermiş soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.
Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən
ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan
Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə- Xocalı soyqırımına, əsil
soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər".
...Xocalı soyqırımı Azərbaycan xalqına qarşı 200 ildən bəri davam edən təcavüzün son
akkordu, Rusiyanın Qafqaz siyasətinin tərkib hissəsi idi. Xocalı faciəsi Azərbaycanın müstəqillik
yolunda verdiyi qurbanlardan biri idi. Bu kimi hadisələr xalqımızın öz azadlığına hansı qurbanlar
bahasına nail olduğunu göstərir. Bu həm də, ona görə şərəfli tarixdir ki, bu soyqırımı ilə
düşmənlərimiz bizi sındıra, əzə bilmədi və xalqımız daha böyük qüvvə ilə birləşdi,
müstəqilliyimizi qorudu.
Sonda təəssüflə qeyd etməliyik ki, Xocalı soyqırımının müəllifləri hələ də öz layiqli
cəzalarını almayıblar. Beynəlxalq aləmdə ikili standartlar hələ də davam edir. Ermənilər isə
yaxşı anlayırlar ki, Azərbaycan gec-tez bütün digər hadisələrlə yanaşı Xocalı soyqırımının da
hesabını soracaq.
Elçin Bayramlı
Səs.- 2010.- 25 fevral.- S. 11.
Dostları ilə paylaş: |