Baş soğan (təzə)
Baş soğanın xarici görkəmi vizual baxışla
texniki şərtlərin tələblərinə uyğun həyata keçirilir. Baş
soğanların ölçüləri sm-lə ifadə olunmaqla ən böyük
diametri boyu ştangen pərgərlə və xətkeşlə ölçülərək
ümumi partiyanın çəkisinə nisbətən uyğun gəlməyən
miqdar faizlə ifadə olunur.
Qəbul olunmuş tələblərə cavab verməyən
soğanaqları da deffektli qəbul edərək onların ölçüləri
boğazlarının ölçüsü yəni az olması, rənginin də
ümumi kütlədən fərqlənməsini təyin edərək ümumi
kütləyə nisbətən neçə faiz təşkil etdiyi hesablanaraq
faizlə ifadə olunur.
Təzə kök və çuğundur
Çuğundur və kökün xarici görkəmi və daxili
quruluşu vizual baxışla texniki şərtlərə uyğun olaraq
həyata keçirilir. Kökü meyvələrin ölçüləri santimetrlə
ifadə olunur. Xətkeş və stangen pərgər vasitəsi ilə
ölçmələri aparırlar. Ölçmələr ən böyük diametri boyu
aparılır.
Kökümeyvələrin zədələnməsi, çatlanması
xammal partiyasından nümunələr götürməklə
müəyyən edilir. Seçilmiş zədəli kökümeyvəlilər
tərəzidə çəkilərək faizlə ifadə olunur və ümumi
məhsula şamil edilir.
Kənar qarışlar, torpaq çirlənməsi kartof
məhsulunda olduğu kimi təyin olunur.
127
Şüyüd, cəfəri, kərövüz göyərtiləri
Bu göyərtilərin xarci görünüşü möcud olan
texniki şərtlər uyğun olaraq vizual baxışla həyata
keçirilir. Bunların əsas kütləsinin ölçüləri santimetrlə
ölçülür. Cəfəri və kərövüzün, əsas kütlədə olan
yarpaqların özəyin əsasına qədər olan uzunluğu
ölçülür və normadan kənarlaşan miqdar faizlə ifadə
olunaraq, götürülən nümunənin çəkisinə görə
hesablanır.
Ağ köklər və kasnı otu (təzə)
Ağ köklərin xarici görkəmini mövcud olan
texniki şərtlərə uyğun olaraq vizual baxışla həyata
keçirirlər.
Kökümeyvələrin ölçülərini ştangen pərgərlə və
ya xətkeşlə ən böyük diametri boyu ölçərək mnüəyyən
edərək santimetrlə ifadə edirlər.
Kökümeyvələrin deffektini müəyyən etmək
üçün götürülmüş nümunədən qabığı zədələnmiş
kökümeyvələr, şaxələnmiş, düzgün kəsilməyən
yarpaqlar seçilərək faizə çevrilir və ümumi nümunənin
kütləsinə görə hesablayırlar.
Ağ köklərin üzərində olan torpaq
çirklənmələrinin miqdarı təzə kartofda olduğu kimi
müəyyən olunur.
128
Təzə göy noxud
Göy noxud paxlasının xarici görkəmi, paxlanın
və dənin yetişgənliyi vizual baxışla müəyyən edilir.
Dənin dadı onun ağızda çeynənilməsi ilə təyin olunur.
Eyni zamanda paxlaların təzəliyi, onlarda
müşahidə olunan zədələnmələr, dənin özünün və
qabığının sıxlığı müəyyən olunur.
Göy noxud dənlərinin sıxlığını, göy noxud
dənlərinin 7%-li xörək duzu məhluluna salmaqla
müəyyən edirlər. Duz məhlulunun nisbi sıxlığı 1,05
bərabərdir.
O göy noxud dənləri yararlı sayılır ki, onlar duz
məhlulunda üzürlər.
Zərərvericilər tərəfindən göy noxud dənlərinin
zədələnməsini texniki şərtlərin tələbinə uyğun həyata
keçirirlər. Eyni zamanda məhsuldan götürülmüş orta
nümunənin analizi vasaiti ilə müəyyən edirlər. Göy
noxudun qırmızı çiçək açan yem sortlarında
mövcuddur ki, onları təyin etmək üçün noxud dənləri
2%-li kalium xromat (K
2
Cr
2
O
7
) məhlulunda 6-10
dəqiqə müddətində qaynatmaqla müəyyən edirlər. Bu
zaman dənlər rəngə boyanır.
129
V Fəsil. Tərəvəz məhsullarının standartlaşdırılması
standartlaşdırmanın tarixi və vəzifələri.
Hələ çox illər keçən əsrin başlanğıcında meyvə-
tərəvəz məhsullarının istehsalının genişlənməsi,
əhalinin bu məhsullara olan təlabatının artması, bu
məhsulların ölkə daxilində daşınması və xarici ixracatı
bu məhsulların keyfiyyətinə müəyyən nəzarətin xüsusi
sənəd əsasında həyata keçirilməsi üçün ehtiyac
duyulurdu. Bu sənəddə qanunun gücü, meyvə-tərəvəz
məhsullarının istehsalının və ticarətinin
stimullaşdırılması əks olunmalıdır.
Məhsulun və
məlumatın keyfiyyət
göstəricilərinin səviyyəsini müəyyən edən bu sənəd
standart adlanır. İngiliscə standart qəbul olunmuş
nümunə, normadır. Standart özündə meyvə-tərəvəzin
keyfiyyətinə olan təlabatı əks etdirilir.
Dövlət, müəssisə, dövlətlərarası və beynəlxalq
standartlaşdırma (İSO) təşkilatı mövcuddur.
Standartlar istehsalçı və realizəedici təşkilatlar
üçün qanun gücünə malikdir.
Standartlaşdırma və standartların məqsədi:
məhsulun keyfiyyətinin yaxşılaşdırılması və ona
zəmanət; məhsulun becərilməsin saxlanması və
emalında maya dəyərinin aşağı salınması; əmək
məhsuldarlığının yüksəldilməsi; istehsal bütün
mərhələrində itkilərin azaldılmasıdır.
Standartlaşdırma elmin, texnikanın və
təcrübənin nailiyyətlərinə əsaslanır. Standartların
130
qüvvədə olma müddəti müəyyən vaxt keçdikdən
sonra, istehlakçıların zövqündən, istehsalın inkşafı ilə
əlaqədar dəyişdirilir. Standartın dəyişdirilməyə
zərürəti eyni zamanda texnologiyanın, daşınmanın,
meyvə-tərəvəzin emalında tətbiq edilən
təkmilləşmədən irəli gəlir. Bəzən ən vacib məhsullara
ümüdverici (qabaqlayıcı) standartlar işləyib
hazırlayırlar.
Bu standart da əvvəlkindən fərqli olan daha
yüksək göstəricilər və normalar müəyyən edilmiş
müddətdə yerinə yetirilməlidir.
Bu standartlar yüksək keyfiyyətli meyvə
tərəvəzlərin istehsalında tərəqqiyə yardım edir.
İlk standartlar 1905-ci ildə meyvələr üzrə
Avstraliyada meydana gəlmişdir. Onlar ixrac üçün
nəzərdə tutulan meyvələrin keyfiyyətini müəyyən
edirdi.
Alma və armud meyvələrinin ölkədən
çıxarılaraq ixracatına xüsusi qərar əsasında uyğun
olaraq çeşidlənib qablaşdırıldıqdan sonra icazə
verilirdi. Rusiyada standartlaşdırma işinə 1907-ci ildə
başlanılmışdır.
Bu vaxt Rusiyanın Sankt-Peterburq şəhərində
meyvəçilik, çayçılıq, şərabçılıq və balıqçılıq üzrə
birjalarında “Daimi texniki komisiya” təsis edilmişdir.
Burada bütün alma və armud meyvələri, onların satış
qiymətinə uyğun olaraq üç qrupa ayrılırdı: bir az
bahalı meyvələr, orta qiymətli meyvələr, ucuz
meyvələr. Komisiya tərəfindən çeşidləmə və
131
qablaşdırma qaydaları
işlənib hazırlanmışdır.
Çeşidləməni meyvələrin kütləsinə, təmizliyinə və
formasının düzgünlüyünə görə 2 əmtəə növünə
ayırırdılar. Sovet standartının bünövrəsinin qoyulması
günü kimi 15 sentyabr 1925-ci il tarixinin hesab
olunması qəbul edilmişdir. Bu tarixdə Nazirlər Şurası
Standartlaşdırma Komitəsinin haqqında qərar qəbul
edir. 1930-cu ildə bu komitənin adı dəyişdirilərək
Ümumittifaq Standartlaşdırma komitəsi adalandırılır.
1925-ci ildə “Təzə meyvələrin çeşidlənməsi
qablaşdırılması
və markalanması haqqında
standartlaşdırma komisiyasının kitabça şəkilində
Moskva
əmtəə birjasının balıq-meyvə-tərəvəz
meydançasında məcmuə buraxılır.
Bu məcmuədə relizə olunacaq meyvələr iki əsas
qrupa bölünür: təmiz və cüzi zədəli. Birinci qrupa-
vaxtında ağacdan dərilmiş, saplaqlı, təmiz, yaxşı
inkşaf etmiş, sort üçün tipik, yaxşı rəngli, tam zədəsiz
və zərərvericilər tərəfindən zədələnmiş meyvələr.
İkinci qrupa-saplaqsız meyvələr,azca səthi əyri
meyvələr, azcaləkəli, göbələk xəstəliyi təsirindən və
saxlanmasına zərər yetirməyən digər qüsurlu
meyvələr.
1 iyul 1929-cu ildə keçmiş ittifaq ərazisində ilk
Ümumi İttifaq alma meyvəsinə şamil olunan standart-
OCT-558 tətbiq edilmişdir. Bu standartda ticarət üçün
nəzərdə tutulan alma meyvələrinə olan tələblər öz
əksini tapmışdır və özündə növbəti bölmələri əks
etdirilir: Təyin etmə, Təsnifat, Çeşidləmə,
132
Qablaşdırma, Markalama, Qəbul qaydaları,
Daşınması, Saxlanması.
Bu standartlara uyğun olaraq almanın hər
formoloji sortunu xarici əlamətlərinə görə 3 satış
sortuna bölürlər.
Artıq 1930-cu ildə armud, kartof, kök, xiyar,
göy soğan, istixana xiyarı, mətbəx çuğunduru, turp,
qırmızı turp, qıtıq otunu standartlar tətbiq edilməsinə
başlanmışdır.
1931-ci ildə sovetlər ölkəsində təzə meyvə-
tərəvəzlər üçün tətbiq edilən standartların sayı 30-u
ötmüşdür. Nəticədə bu standartlar dəfələrlə 1957-ci ilə
qədər dəyişdirilmişdir.
1957-ci ildə meyvə-tərəvəzlərin
standartlaşdırılması və onlara qiymət qoyulması
respublika standartlarının təsdiq edilməsi hüququ
İttifaq Respublikaları Nazirlər sovetlərinə verilimişdir.
Bu tədbirlərin məqsədi ittifaq respublikalarında
məhsuldarlığın yüksəldilməsi keyfiyyətin
yaxşılaşdırılmasında onların məsuliyyətini
artırmaqdan ibarət olmuşdur.
Bununla əlqədar bütün ittifaq respublikalarında
meyvə-tərəvəzlərə aid respublika texniki şərtləri
işlənib hazırlanmışdır. (RTŞ).
Eyni zamanda bu hal respublikalararası mal
döriyyəsində dolaşıqların yaranmasına səbəb olur.
Bununla əlaqədar olaraq 1967-ci ildə bütün növ
meyvə-tərəvəz və kartofa keyfiyyət üzrə müasir
təlabatı özündə əks etdirən dövlət standartları
133
yaradılır. Nəhayət 1985-ci ildə SSSR-i Nazirlər
Sovetinin “SSSR-də standartlaşdırma işinin təşkili”
adlı qərarına əsasən yeni Düst 1.0-85 standartlar qəbul
edilmişdir. “Standartlaşdırma haqqında” qanun
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə
sentyabr 1996-cı ildən tətbiq olunmağa başlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il
tarixli sərəncamı ilə Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi yaradılmışdır.
Artıq bu ildən Azərbaycan Respublikasının
Dövlət standartlarının işlənib hazırlanmasına
başlanmışdır. (AZS)
Standartların təsnifatı
Standartlaşdırma xammal və
məhsulun
keyfiyyətinin normallaşdırılmasının əsasıdır. Hər bir
ölkənin standartı kimi Beynəlxalq standartlaşdırma və
Avropa standartlaşdırma təşkilatları mövcüddur.
(İSO).
Standart müəyyən məhsul kompleks norma,
qaydaları, tələbləri özündə əks etdirən normativ-
texniki sənəddir və səlahiyyətli orqanlar tərəfindən
təsdiq olunur. Standartlar elmi, texniki, qabaqcıl
təcrübənin nailiyyətdən əsasında işlənib hazırlanır.
Standart müəyyən əşya materialı (məhsul,
etalon, maddə nümunəsinə) işlənib tətbiq olunur. Eyni
zamanda norma, qayda, məhsula tələblər və təşkilatı-
134
metodik xarakterə malik olmalıdır. Dövlət
standartlarını sistemləşdirmək və onlardan asanlıqla
istifadə etmək məqsədi ilə Dövlət standartları bölmə,
sinif və qruplara bölünür.
Hər bir bölmənin indeksinin əsasında rus
əlifbasının bir hərfi yazılır. Məsələn, dağ mədən və
faydalı qazıntılar indeksi A, yeyinti və tumlu mallar
indeksi H, kənd və meşə təsərrüfatı indeksi C.
Bölmələr çərçivəsində standartlar sinif və
qruplara bölünür. Bu onluq sistemində bütün və ya 0-
dan 9-a qədər rəqəmlər istifadə olunur.
Aşağıdakı
kənd və meşə
təsərrüfatı
standartlarının bölmə üzrə təsnifatı verilmişdir.
Co sinif. Kənd və meşə təsərrüfatı üzrə
ümumi qaydalar və normalar.
Coo terminlər və işarələr
Co
1
texniki sənədlər
Co
2
aqrotexniki hesablama norması
Co
7
texniki təhlükəsizlik
Co
8
tətbiqi və istismarı
Co
9
sınaq üsulları, Qablaşdırma. Markalama.
135
C
1
sinif. Tarla bitkiləri
C
10
təsnifatı, aidiyyatı və ümumi normalar
C
11
tarla bitkilərinin əkin materialı və toxumları
C
12
Dənli bitkilər
C
13
Paxlalı bitkilər
C
14
Yemlik otlar
C
15
Kombinə olunmuş və digər yem vəsaiti
C
19
Sınaq üsulları, Qablaşdırma. Markalanma.
C
2
sinif. Texniki bitkilər
C
20
Təsnifatı, aidiyyatı və ümumi normalar
C
21
Texniki bitkilərin əkin materialı və toxumları
C
22
Lifli bitkilər
C
23
Yağlı bitkilər
C
24
Şəkərli bitkilər
C
25
Narkotik, aromatik, ətirli, ədviyyə və ballı bitkilər
C
26
Boyaq və aşı bitkilər
C
27
Kauçuk daşıyıcılar
C
28
Suda bitənlər
C
29
Sınaq üsulları, Qablaşdırma. Markalanma.
C
3
sinif. Meyvə və giləmeyvə bitkiləri
C
30
Təsnifatı, aidiyyatı və ümumi normalar.
C
31
Meyvə və giləmeyvə bitkilərinin əkin və toxum
materialı
C
32
Tumlu meyvələr
136
C
33
Çəyirdəkli meyvələr
C
34
Sitrus meyvələri
C
35
Giləmeyvələr
C
39
Sınaq üsulları, Qablaşdırma. Markalanma.
C
4
sinf. Tərəzi bitkiləri və güllər
C
40
Təsnifatı, aidiyyatı və ümumi normalar
C
41
Tərəvəz bitkiləri və güllərin toxumları və əkin
materialları
C
42
Tərəvəzlər
C
43
Kökü meyvəli və kökü yumru meyvələr
C
44
Bostan bitkiləri
C
45
Bağ bitkiləri
C
49
Sınaq üsulları, Qablaşdırma. Markalanma.
Sinf C
5
-arıçılığa, C
6
-ipəkçiliyə, C
7
-heyvandarlığa, C
8
-
xəzçilik, ovçuluq və balıqçılq, C
9
-meşə təsərrüfatı və
aqromeşə suvarmaya həsr olunub.
Aqrar sahədə istifadə olunan standartlar şərti olaraq
aşağıdakı qruplara bölünür:
Kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, hazırlıq
təşkilatlarına təhvil vermə qaydalarına tətbiq edilən
standartlar;
aqrar sahəyə qəbul olunan, gətirilən gübrə, toxum,
mexaniki və digər materiallara tətbiq edilən
standartlar;
137
texnoloji standartlar, yəni mexanikləşdirilmiş tipli
becərmə texnologiyaları, məhsulun yığılması, ilkin
emalı, qablaşdırılmasına, daşınması və saxlanmasına
tətbiq edilən standartlar.
Beləliklə demək olar ki, standartlar nəinki, məhsulun
keyfiyyətinə olan tələbləri, eyni zamanda kənd
təsərrüfatı məhsullarının becərilməsi texnologiyasına,
onların əmtəəlik seçimlərinə və ilkin emalına olan
tələbləri yerinə yetirilir.
Standartlar aşağıdakı kateqoriyalara ayrılır.
Beynəlxalq standartlar.
Azərbaycan respublikasının Dövlət standartı Azs
texniki şərtlər tş Az.
Dövlət standartları kütləvi və ixrac olunan məhsullara,
istehsal texnologiyalarına, qaydalara və digər
obyektlərə tətbiq olunur.
Texniki şərtlər tş ancaq müəssisə daxilində istehsal
olunan məhsulun keyfiyyətində tətbiq olunan
qaydalara, üsullara olan tədbirləri müəyyən edilir.
Adları çəkilən standartlar qeyri müəyyən müddətdə və
yaxud da vaxt çərçivəsində qüvvədə olur.
Standartın ilk səhifəsində standartların qüvvəyə
mindiyi və təsdiqləndiyi gün, ay il, onu təsdiqləyən
qərarın nöqtəsi qeyd olunur.
Qüvvədə olma müddətləri bəlli olan standartlara
yenidən baxılaraq onların qüvvədə olma müddətlərin
sona çatmasından əvvəl dəyişdirilə bilər.
Standartın ilk səhifəsində onun mənsub olduğu
təsnifat sistemindəki qrupun nöqtəsi göstərilməlidir.
138
Məsələn qıcqırdılmış kələm AzS 3858-12 qrup H52.
Təsdiq olunmuş standartın indeksinə (AzS) işarəsi,
qeydiyyat nömrəsi 3858 və iki rəqəmlə standartın
təsdiqləndiyi il yazılır. Misal üçün “kök” üçün AzS
1721-12. Burada 1721-rəqəmi qeydiyyat nömrəsi, 12-
rəqəmi isə standartın 2012-ci ildə təsdiqlənərək
qüvvəyə minməsini göstərir.
Texniki şərt tş Az 3184221-15-2011 “kornışon xiyar”
konservləşdirilmiş. Burada ilk rəqəm standartın
nöqtəsi, 15-qeydiyyat nömrəsi, 2011-isə standartın
təsdiqləndiya ili göstərir.
Meyvə-tərəvəz standartlarının quruluşu
Meyvə-tərəvəz standartlarının qurluşu eyni tipli
olmaqla adətən giriş hissə və bölmələri özündə əks
etdirir.
1-ci bölüm. Keyfiyyətə olan tələblər (texniki tələblər);
2-ci bölüm. Məhsulun qəbulu və təhvili qaydaları;
3-cü bölüm. Keyfiyyətin təyini üsulları (sınaq üsulları;
4-cü bölüm. Qablaşdırma, markalama, daşınma və
saxlama.
Giriş hissədə standartlaşdırılan obyektin fəaliyyəti
sahəsi, tədarük olunan məhsulun təyinatı (ərzaq,
toxum və yaxud da emal üçün) göstərilir.
1-ci bölmə. Məhsulun keyfiyyətinə qoyulan tələblər
bölməsində keyfiyyətin göstəricilər, istehlakçı
tərəfindən müəyyən edilən əsas xarakterik göstərilir
139
müəyyən olunur. Qaydalara əsasən elə tələblər
göstərilir ki, onlar yoxlanmaya malik olsun.
Kartof, meyvə, tərəvəzlərin keyfiyyəti eyni
olmadığından, bu bölmədə məhsulun əmtəə sortlarına
bölünməsi və sortların keyfiyyət xarakteristikası
verilir.
Məhsulun qeyri standart elə bir hissəsi qəbul edilir ki,
ondan qida və emal kimi istifadəsi mümkün olmasın.
Əmtəəlik sortların sayı meyvə-tərəvəzlərin növündən
aslı olaraq 2-dən 4-ə qədər olur. Məhsulun
keyfiyyətinə görə münasibət nöqsansız və qüsursuz
olan mallar ekstra-klas (əla və 1-ci növ) sayılır. Aşağı
növə az ca zədələnmiş formaca dəyişmiş, rəngini
itirmiş meyvə nüsxələri aid olunur.
Əmtəəsortları standartlar tərəfindən müəyyən edilir.
Məhsulun keyfiyyət göstəriciləri təyin etdikdə bir çox
göstəricilər götürülür. Şərti olaraq bunları keyfiyyət və
kəmiyyətə bölürlər.
Keyfiyyət göstəriciləri sözlə və ya müqaisə ilə
xarakterizə edilir. Misal üçün giləmeyvələr təzə,
yetişmiş, təmiz, kənar iy və tamlardan uzaq olmalıdır.
Keyfiyyətin miqdarca göstəriciləri rəqəmlə işarə
olunur və onlar aşağıdakı normaları özündə əks etdirir.
Müəyyən hədd hüdud daxilində, məhdudlaşdırıcı və
qadağanedici normalar.
Misal üçün 1-ci qrup karnişan xiyarların uzunluğu 51
mm-dən 70 mm arasında olmalıdır.
Məhdudlaşdırıcı normalar sözlə ifadə olunur “az ola
bilməz” və yaxuda da “çox ola bilməz”.
140
Mətbəx çuğunduru kökümeyvələrinin diametri
artdıqca onun keyfiyyəti aşağı düşür. Bu səbəbdən də
onun diametri 14 sm-dən çox ola bilməz ifadəsi ilə
normallaşdırılır.
Qadağanedici normalar norma məhsulun sanitar
vəziyyətinə və təhlükəsizliyinə təminat verir. Eyni
zamanda icazə verilmir ifadəsi ilə möhkəmlənir.
Məsələn, ərzaq üçün nəzərdə tutulmuş kartof
yumrularının üst qatının
4
1
-nın rənginin göyərmiş
olmasına icazə vermir. Meyvə-tərəvəz məhsullarına
tətbiq edilən standartlar digər kənd təsərrüfatı
məhsullarına tətbiq edilən standartlardan onlarda olan
icazələrin çoxluğu ilə seçilir.
Yəni onların göstəricilərinin standartın tələblərinə
kənara çıxmasına icazə verilir. Bu da ondan irəli gəlir
ki, sortların eyni şəraitdə becərilməsinə baxmayaraq
bioloji dəyişkənlik buna imkan vermir.
Bu səbəb də onlara tətbiq edilən icazələr faizlə və ya
sayla məhsulun kütləsinə görə göstərilir.
Misal üçün kök məhsulunun bir partiyasında
kökümeyvəyə yapışmış torpağın miqdarının, ümumi
partiyanın çəkisinin 1%-dək olmasına icazə verilir.
Dəstə halında olan tərəvəz məhsullarındakı
standartlarda (qırmızı turp, körpə kök) icazələr sayla
ifadə olunur. Yəni 10-20 ədədin kənarlanması sözləri
işlədilir.
Bəzi meyvə tərəvəz məhsullarının xarici görkəmi ilə
yanaşı, onların gizli xəstəlikləri, yetişkənliyini
141
müəyyən edən göstəricilər də təyin edilir. Məsələn,
baş soğan məhsullarında boğaz kürəsi ilə zədələnməni
müəyyən etmək üçün 50 soğan başından az olmayan
sayda orta nümunədən götürürlər. Qabığı soyularaq
boğaz çürüməsi müşahidə olunarsa, onda bütün
nümunələri qabığının soyulub baxılmasına icazə
verilir.
Xiyar, qarmız, yemiş, badımcan və başqa meyvələrin
standartlarında onların keyfiyyət göstəricilərinə
yetişkənliyi müəyyən edən daxili quruluş ifadəsi əlavə
edilmişdir.
Bu standartlarda onların daxili qurluşunu müəyyən
etmək üçün orta nümunənin çəkisinin 3%-i qədər
meyvənin kəsilib baxılmasına icazə verilir.
Kartof məhsullarına tətbiq olunan standartlarda kartof
yumrularında olan nişastanın miqdarı becərilmə
zonasından aslı olaraq 13-16% arasında norma kimi
qəbul olunur. Bir sıra standartlarda məhsulun dad
göstəriciləri (şirin bibər) və rənginə görə (qırmızı baş
kələm) göstəricilər daxil olunur.
2-ci bölmə. Məhsulun qəbulu və təhvili qaydalarında
məhsulun istehsalçıdan, tədarükçüyə və ya emala
verilməsində tələb olunan qaydalar verilir.
Bu bölmədə əsasən məhsulun keyfiyyətinin sınağı
üsulları, onların keçirilmə müddətləri, ardıcıl olaraq
keyfiyyətin yoxlanması və burada məhsulun tərkibi
keyfiyyət əlamətləri göstərilir.
Meyvə tərəvəzlərin keyfiyyətinin təyin olunmasında
əsas üsul olaraq seçim nəzarət üsulundan istifadə
142
olunur. Bunun üçün seçim nümunələri götürülür və bu
orta nümunə əsasında, məhsul partiyasının keyfiyyəti
haqqında göstəricilər müəyyən olunur. Nəticədə
standartlarda nəzərdə tutulmuş keyfiyyət normaları
kənarlaşmalar bütün məhsul partiyasına şamil olnur.
Məhsul partiyası dedikdə eyni sorta malik, eyni vaxtda
qəbul olunmuş və təhvil verilən, keyfiyyət göstəriciləri
eyni vəsiqədə tərtib olunmuş müəyyən miqdar məhsul
nəzərdə tutulur. Bir sıra standartlarda məhsul
partiyasının təyin olunmasına məhdudiyyət qoyulur.
Misal üçün tez yetşən alma məhsullu standartında
partiyanın həcmi bir nəqliyyat vahidi ifadəsi ilə
məhdudlaşdırılır. Digər misal təzə çiyələk partiyasının
standartında: eyni müddətin yığımı, partiyanın çəkisi 1
tondan çox olmamalıdır ifadəsi yazılır.
3-cü bölmə keyfiyyətin təyini üsullarıdır. Burada
standartla müəyyən olunmuş norma və keyfiyyətin
göstəriciləri öz əksini tapılmalıdır. Bu bölmədə
aşağıdakı altı bəndlər vardır.
Orta nümunənin seçilməsi üsulları;
Keyfiyyətin təyininin keçirilməsi (sınağı);
Nəticələrin işlənib hesablanması.
Orta nümunənin götürülməsi üsulu və nümunənin
miqdarı bu bölmə altı bəndə öz əksinə tapmalıdır.
Yeşiklərdə gətirilən meyvə-tərəvəzlərdən standartla
vahid nümunə seçimi aparılır. 100 yeşik məhsul
partiyasından ən azı 3 yeşikdən nümunə götürülür.
100 yeşikdən çox olan məhsuldan 50 yerdən və əlavə
olaraq bir yerdən də nümunə götürülür. Ayrılmış
143
qablardan götürülən nümunələrdən isə orta
nümunələrdən isə orta nümunəni ayrırlar. Bu orta
nümunə yerlərdən götürülən nümunələrin ümumi
çəkisinin 10%-dən az olmamalıdır. Bir sıra
standartlardan (çiyələk, qara qarağat, badımcan və
bibər) məhsullarından hər bir yeşikdən analiz üçün
nümunənin götürülməsi qeyd olunur.
Keyfiyyətin sınağı adlı bölmə altında aparılan
keyfiyyət analizlərinin üsulları, göstəriciləri, analizin
aparılma müddətləri və ardıcıllığı göstərilməlidir.
Keyfiyyət analizləri məhsuldan götürülmüş orta
nümunənin başa çatmasından dərhal sonra və ya 24
saat müddətində həyata keçirilməlidir. İlk dəfə
məhsulun çirklənmə dərəcəsi müəyyən edilir. Bura
torpaq, yarpaq, inkşaf etməmiş meyvələr aid olunur.
Kartof və kökümeyvələrdə çirklənməsi onlarda olan
çirkin yuyulması ilə müəyyən edilir. Əgər çirklənmə
cüzi miqdardadırsa onu məhsulun üzərində əski parcas
ilə silirlər.
Standartda göstərilən nümunə analizlərinin
göstəriciləri (meyə-tərəvəzin təmizliyi, mexaniki
zədələnmə, zərərvericilər tərəfindən zədələnmə,
xəstəlikdən zədələnmə, sorta uyğunluğu, orta ölçü,
forma, orta çəki) ölçmə, tərəzidə çəkmə və vizual
baxışla qiymətləndirmənin köməyi ilə aparılır. Sonrakı
mərhələdə orqanoleptiki üsulla nümunənin rəngi, dadı,
iyi, sıxlığı müəyyən edilir.
Sonra hər bir göstəricinin nəticələri standartda
göstərilən göstəricilərlə tutuşdurularaq müqyisə
144
olunur. Əgər hər hansı bir göstərici standartda qəbul
olunmuş göstəricisindən fərqlənirsə, onda onun hansı
əmtəə növünə uyğun olduğu müəyyən edilir.
Əgər məhsulun hər hansı bir spesifik göstəricisi tələb
olunan normaya uyğun gəlmirsə onda bütün məhsul
partiyası aşağı növ kimi qəbul olunur. Əgər məhsul
qüvvədə olan standartın tələblərinə cavab vermirsə,
aşağı növün tələblərinə cavab vermirsə, onda həmin
partiyadakı
məhsul qeyri standart kimi
qiymətləndirilir.
3-cü bölmənin bölmə altı bəndində alınan nəticələrin
hesablanmasında istifadə olunan formullar,
hesablamanın dəqiqliyi, alınan məlumatların
yuvalaşdırma dərəcəsi, təkrar təyin etmələr arasındakı
fərqlər aydınlaşdırılır.
4-cü. Qablaşdırma, markalama, daşınma və saxlanma
bölməsində
məhsulun qablaşdırılmasına,
markalanmasına qoyulan tələblər, markalanmasına,
taraların tipinə, qablaşdırıcı materiallar, onların
istifadə üsulları, hər bir taraya yerləşdiriləcək
məhsulun maksimum miqdarı, qablaşdırılan taraların
daşınma zamanı yığılma üsulu, və məhsulunun tarasız
daşınmasına olan tələblər göstərilməlidir.
Eyni zamanda bu bölmədə daşınmanın üsulu, müddəti,
temperaturu və
nəmliyi haqqında məlumat
verilməlidir. Daşınma zamanı həmin məhsulun
saxlanma texnologiyası, rejimi, kamerada
yerləşdirilməsi, qulluq və realizə qabağı hazırlıq işləri
qeyd olunmalıdır.
145
Hər bir məhsul partiyası onun keyfiyyət vəsiqəsi ilə
müşayət olunur. Standartlarda həmin vəsiqənin
əsasında olan məlumatlar göstərilmişdir:
vəsiqənin nömrəsi;
göndərən təşkilatın adı və ünvanı;
məhsulu qəbul edən təşkilatın adı və ünvanı;
məhsulun adı;
əmtəənin növü;
seleksiya və ya pomaloji növ;
yerlərin sayı, məhsulun tara ilə və tarasız çəkisi;
qablaşdırma və göndərmə tarixi;
vaqonun və ya avtomobilin nömrəsi;
daşınma müddətinin son həddi, günlə;
istifadə olunan pestisidin adı və son istifadə tarixi;
keyfiyyət üçün cavabdehin soy adı;
qüvvədə olan standartların nömrəsi.
Dostları ilə paylaş: |