17
3.1. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər
aparır, təqdimatlar hazırlayır.
3.1.1. Qeyri-üzvi və üzvi birləşmələrə (karbohidrogenlərə) aid eksperimentlər
aparır, təqdimatlar hazırlayır.
3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir.
3.2.1. Karbohidrogenlərin quruluşunu və onlara aid kimyəvi prosesləri
modelləşdirir.
4.Kimya və həyat
Şagird:
4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir.
4.1.1. Qeyri-üzvi maddələr və üzvi maddələrin (karbohidrogenlərin) tətbiqinə dair
layihələr hazırlayır, təqdimatlar edir.
4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan
qaldırılmasına dair məlumatlara malik olduğunu nümayiş etdirir.
4.2.1. Qeyri-üzvi maddələr və üzvi maddələrin (karbohidrogenlərin) ətraf mühiti
çirkləndirməsini və onun aradan qaldırılması yollarını izah edir, layihələr
hazırlayır.
4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik
olduğunu nümayiş etdirir.
4.3.1. Neft kimyası sahəsində görkəmli alimlər barədə referatlar hazırlayır,
təqdimatlar edir.
Dostları ilə paylaş: