bütövlükdə hər bir şagirdin maraq və tələbatlarının ödənilməsinə, onun istedad və
qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilməlidir.
5. Təlim və tədris inkişafetdirici olmalıdır. Dərs prosesində və dərsdənkənar
məşğələlərdə şagirdlərin idrak fəallığı izlənilməli, nailiyyətləri təhlil edilməli, aktiv
maddi-texniki baza və sağlam mənəvi-psixoloji şəraitdə təşkil edilməli, keyfiyyətin
və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz mühit yaradılmalıdır.
1. Dərsdə həyata keçirilən təlim-tərbiyə, proseslərinin ideya-siyasi səviyyəsi
xidmət etməli, gənclərdə vətəninə, xalqına və dövlətinə dərin məhəbbət hissləri
aşılamalı, sağlam mənəviyyat formalaşdırmalıdır, yeni təfəkkürlü insan tərbiyə
2. Öyrədilən tədris materiallarının məzmunu yüksək elmi səviyyədə olmalı,
29
materiallarının məzmunu həmişə elmin inkişaf səviyyəsindən müəyyən qədər geri
qaldığını nəzərə alaraq müəllim tədris olunan mövzu ilə bağlı ən son yenilikləri
şagirdlərə çatdırmalı, lakin bu zaman onların vacib olmayan məlumatlarla çox
yüklənməsinə yol verməməlidir.
3. Hər bir dərsin ümumpedaqoji, tərbiyəedici və inkişafetdirici məqsədləri
əvvəlcədən dəqiq müəyyənləşdirməli, dərsin quruluşu və bütün mərhələlərinin
reallaşdırılması həmin məqsədlərə nail olmağa yönəldilməlidir.
4. Müəllim dərsin tipinə uyğun olaraq elə təlim metodları və priyomlarından
istifadə etməlidir ki, onlar həm dərsin məqsədlərinin həyata keçirilməsinə və
təlimin məzmununa müvafiq olsun, həm də şagirdlərin idrak fəallığını,
təfəkkürünü və hafizəsini inkişaf etdirsin, onlarda arayıb-axtarmaq, tədqiq etmək
həvəsi yaratsın.
5. Müasir kimya dərsinə verilən mühüm tələblərdən biri də dərsdə şagirdlərin
müstəqil işlərə geniş miqyasda cəlb edilməsidir. Müstəqil işlərin genişləndirilməsi
və mürəkkəbləşdirilməsi yuxarı siniflərə keçdikcə, həmçinin, bir sinif daxilində
tədricən artırılmalıdır. Burada sinif şagirdlərinin ümumi inkişaf səviyyəsi və
onların işlədiyi şərait də nəzərə alınmalıdır.
6. Müasir kimya dərsi müxtəlif əyani vasitələrlə, o cümlədən texniki təlim
vasitələri ilə təchiz olunmalı, onlardan dərsin məqsədinə uyğun istifadə
olunmalıdır. Dərsdə tələb olunan bütün kimyəvi təcrübə növləri nümayiş, laborator
təcrübələri, eksperimental məsələ həlli və b. tətbiq edilməlidir.
7. Dərs prosesində proqram materialının öyrənilməsi həyatla, istehsalatla
əlaqələndirilməlidir.
8. Dərsdə mümkün olan fəndaxili və fənlərarası əlaqələrdən geniş istifadə
olunmalı, yeni materialların öyrənilməsi inteqrativ
formada aparılmalıdır.
9. Müasir dərsdə kollektiv, kiçik qrup və fərdi təlim formaları optimal şəkildə
birləşdirilməli, müstəqil işlərin həm fərdi, həm də qruplar şəklində yerinə
yetirilməsi vərdişləri möhkəmləndirilməlidir.
10. Dərsin bütün hissələri və mərhələləri biri-birini tamamlamalı, məntiqi
ardıcıllığa əməl olunmalı, hər bir hissəyə ayrılan vaxt düzgün müəyyənləşdirilməli,
həm müəllimdə, həm də şagirdlərdə vaxta qənaət etmək vərdişi yaranmalıdır.
11. Müasir dərsin mühüm tələbindən biri də müntəzəm olaraq şağirdlərin
bilikləri və praktik bacarıqlarının inkişafına nəzarət etmək, onların səviyyəsini
qiymətləndirməkdir Bunun üçün sistematik şəkildə cari və dövri yoxlamalar (şifahi
və yazılı) keçirilməli, nəticələr təhlil olunmalı, şagirdlərin özlərinə və onların
valideynlərinə çatdırılmalıdır.
12. Dərsdə mehribançılığa və qarşılıqlı hörmətə, etibara söykənən işgüzar
mühit yaradılmalı, şagirdlər azad və rahat şəraitdə fəaliyyət göstərməlidir. Dərs
prosesində gərginliyin, yorulmanın aradan qaldırılması üçün hərdən emosional
çıxışlara da yer verilməlidir.
Dərsdə müəllim təlimin bütün formalarını optimal şəkildə və vaxtında
birləşdirməyi, onları ardıcıl olaraq biri-birilə əvəz etməyi bacarmalıdır.
Məsələn, bilik və bacarıqların möhkəmləndirilməsi və inkişafı dərs tipində
əvvəlcə irəlidə oturdulan 4-6 şagirdə sorğu kartları paylanır (fərdi tapşırıq) və
30
qalan şagirdlərlə onların bilik və bacarıqlarını aktuallaşdırmaq üçün frontal sorğu
keçirilir. 10-12 dəqiqədən sonra dərs materialı öyrənildikdə kollektiv iş (hamı
birlikdə müəllimin şərhini dinləyir), yaxud kiçik qruplarla iş (dərslikdən və ya
proqlamlaşdırılmış vəsaitdən yeni material öyrənilir) təşkil olunur. Öyrənilən
materiala aid bilikləri möhkəmləndirmək üçün yenidən ayrı-ayrı şagirdə və ya
qruplara tapşırıqlar verilir. Tapşırıqların necə yerinə yetirilməsi ümumilikdə, bütün
siniflə birlikdə müzakirə olunur.
Belə təlim forması şagirdlərin fəallığını artırır, onlarda müstəqil bilik əldə
etmək vərdişi yaradır, idrak qabiliyyətini inkişaf etdirir.
Təhsil müəssisələrində müasir tələblərin praktikada reallaşdırılması üçün
təkamül yolu ilə tədricən, aşağıdakıların həyata keçirilməsinə şərait yaradılmalıdır:
1) hər bir şagirdin fəal idrak prosesinə cəlb edilməsinə, qazanılmış bilik və
bacarıqlardan praktik işlərdə istifadə etmək qabiliyyətinə yiyələnməsinə;
2) dərs məşğələlərində müxtəlif təlim problemlərinin həlli üçün şagirdlərin
əməkdaşlıq şəraitində birgə işləməsinə;
3) məktəbdə, ölkəsində, eləcə də dünyadakı elm və mədəniyyət mərkəzlərində
olan informasiya mənbələrindən şagirdlərin sərbəst şəkildə istifadə edə bilməsinə,
onlarda müəyyən problem haqqında müstəqil, şəxsi fikir formalaşmasına, həmin
problemi geniş tədqiq edə bilməsinə;
4) yaranan problemlərin müəyyənləşdirilməsi və onların birgə həllində öz
bacarıqlarını sınaması üçün şagirdlərə imkan verilməsinə.
Ümumi təhsil dövrün tələblərinə uyğun şagirdlərdə şəxsi keyfiyyətlərin və
fərdi qabiliyyətlərin formalaşmasına geniş imkan və şərait yaratmalıdır. Bu isə
təlimin məzmunundan daha çox tədris proseslərində istifadə edilən təlim
texnologiyalarından asılıdır. Yuxarıda göstərilən problemləri həll etmək üçün
təhsil orqanları və müəssisələri cəmiyyətlə birlikdə kompleks şəkildə iş
aparmalıdır.
Dostları ilə paylaş: