67
Resurslar: almaz və qrafit nümunələri və kristal qəfəslərinin modeli, şəkil–tablo,
cədvəl, kömür parçası, quru ağac çöpləri, qrafit, lampa şüşəsi, kompyüter,
proyektor, audiovizual disk
Dərsin gedişi:
Motivasiya: Şagirdlərə sxem göstərilir və belə sualla müraciət olunur:
Sxemdə göstərilən maddələri əmələ gətirən hansı elementdir ?
Şagirdlərə stolun üstündə qoyulmuş kömür parçası, qrafit, hislənmiş lampa
şüşəsi və billur (almaz) qaşlı üzük bir-bir növbə ilə göstərilir. Sonra isə, bunlar
haqqında onlardan məlumat alınır. Şagirdlərdə mövzu ilə əlaqədar müəyyən bir
fikir formalaşdırdıqdan sonra onlara bir neçə sual verilir.
Tədqiqat sualı:
Nə üçün almaz, kömür və qrafit doğma qardaşlar sayılır ?
Gördüyünüz bu maddələrdə eyni olan nədir?
Bu maddələr haqqında nə bilirik?
Tədqiqatın aparılması:
Bu suallara cavab tapmaq üçün qruplara bölünək və təklif olunan suallar üzrə
axtarış aparaq.
Qruplara verilən tapşırıqlar:
Dərslikdən istifadə etməklə sizə verilən tapşırıqlara cavab hazırlayın.
I qrup- Almaz qrupu:
1. Almazın kristallik quruluşu və fiziki xassələrini müəyyənləşdirin.
2. Onun tətbiq sahələri haqqında məlumat verin.
3. Almazın tərkibinin karbon elementindən ibarət olmasını necə sübut etmək olar?
II qrup – Qrafit qrupu
68
1. Qrafitin kristallik quruluşu və fiziki xassələrini müəyyənləşdirin.
2. Onun tətbiq sahələri haqqında məlumat verin.
3. Qrafitin tərkibi hansı element atomlarından ibarətdir? Bunu necə sübut etmək
olar?
III qrup – Karbin qrupu
1. Karbin və füllerenin kristallik quruluşu və fiziki xassələrini müəyyənləşdirin.
2. Onun tətbiq sahələri haqqında məlumat verin.
3. Karbin və füllerenin tərkibinin karbon atomlarından ibarət olmasını təcrübədə
necə sübut etmək olar?
IV qrup – Kömür qrupu
1. Ağac kömürünün kristallik quruluşu və fiziki xassələrini müəyyənləşdirin.
2. Onun tətbiq sahələri haqqında məlumat verin.
3. Aktivləşmiş kömür necə alınır? Adsorbsiya və desorbsiya nədir?
Qrupların təqdimatı:
69
Hər qrupdan bir nəfər tədqiqatın nəticələrini təqdim edir. Onlar bir-
birilərinin işləri ilə tanış olurlar. Fikir mübadiləsi aparılır.
İnformasiyanın müzakirəsi:
Təqdimatdan alınan cavablara əsasən şagirdlər təqdimat edənlərə suallarla
müraciət edirlər, müzakirə aparılır.
Müzakirə müəllimin bütün sinfə verdiyi aşağıdakı suallara cavablar alınması
ilə yekunlaşdırılır:
1. Almaz və qrafitin kristallik quruluşu nə ilə fərqlənir? Bu maddələrin hansı
xassələri onların tətbiqini şərtləndirir?
2. Aktivləşdirilmiş ağac kömürü hansı xassəyə malikdir və harada tətbiq
olunur?
3.Koks və his necə alınır və harada tətbiq olunur?
4.Kömürün lakmus məhlulunu rəngsizləşdirməsi necə izah olunur?
Şagirdlərin mövzu üzrə tədqiqat aparmasını asanlaşdırmaq üçün lövhədən
aşağıdakı cədvəl asılır.
Dostları ilə paylaş: