İnstitutu



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə64/78
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#40219
1   ...   60   61   62   63   64   65   66   67   ...   78
5 Kimya-kurikulum(1)

Təlim üsulu: problemli şərh, müzakirə, anlayışın  çıxarılması 


 

 

67 



Resurslar:  almaz və qrafit nümunələri və kristal qəfəslərinin modeli, şəkil–tablo, 

cədvəl,  kömür  parçası,  quru  ağac  çöpləri,  qrafit,  lampa  şüşəsi,  kompyüter, 

proyektor, audiovizual disk  

Dərsin gedişi: 

Motivasiya: Şagirdlərə sxem göstərilir və belə  sualla  müraciət  olunur: 

Sxemdə göstərilən maddələri əmələ gətirən hansı elementdir ? 

 

 

 



 

 

 



 

 

 

Şagirdlərə  stolun  üstündə  qoyulmuş  kömür  parçası,  qrafit,  hislənmiş  lampa 

şüşəsi və billur (almaz) qaşlı üzük  bir-bir növbə   ilə   göstərilir.  Sonra isə,  bunlar 

haqqında  onlardan  məlumat  alınır.  Şagirdlərdə  mövzu  ilə  əlaqədar  müəyyən  bir 

fikir formalaşdırdıqdan sonra onlara bir neçə sual  verilir. 

   Tədqiqat sualı: 

          Nə üçün  almaz, kömür və qrafit doğma qardaşlar sayılır ?  

Gördüyünüz bu maddələrdə eyni olan nədir?  

Bu maddələr haqqında nə  bilirik?  

Tədqiqatın aparılması: 

Bu  suallara  cavab  tapmaq  üçün  qruplara  bölünək  və  təklif  olunan  suallar  üzrə 

axtarış aparaq.    

Qruplara verilən tapşırıqlar: 

Dərslikdən istifadə etməklə sizə verilən tapşırıqlara cavab hazırlayın. 

I qrup-  Almaz qrupu: 

1. Almazın kristallik quruluşu və fiziki xassələrini müəyyənləşdirin. 

2. Onun tətbiq sahələri haqqında məlumat verin. 

3. Almazın tərkibinin karbon elementindən ibarət olmasını necə sübut etmək olar?   

 

 

 



 

 

 



 

 

 



 

 

 



II qrup – Qrafit qrupu 


 

 

68 



1. Qrafitin kristallik quruluşu və fiziki xassələrini müəyyənləşdirin. 

2. Onun tətbiq sahələri haqqında məlumat verin. 

3.  Qrafitin  tərkibi  hansı  element  atomlarından  ibarətdir?  Bunu  necə  sübut  etmək 

olar?   


 

 

 



 

 

 



 

 

 



 

III qrup – Karbin qrupu 

1. Karbin və füllerenin  kristallik quruluşu və fiziki xassələrini müəyyənləşdirin. 

2. Onun tətbiq sahələri haqqında məlumat verin. 

3. Karbin  və  füllerenin  tərkibinin karbon  atomlarından  ibarət olmasını təcrübədə 

necə sübut etmək olar?   

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

IV qrup – Kömür qrupu 



1. Ağac kömürünün kristallik quruluşu və fiziki xassələrini müəyyənləşdirin. 

2. Onun tətbiq sahələri haqqında məlumat verin. 

3. Aktivləşmiş kömür necə alınır? Adsorbsiya və desorbsiya nədir?    

Qrupların təqdimatı: 




 

 

69 



Hər  qrupdan  bir  nəfər  tədqiqatın  nəticələrini    təqdim  edir.  Onlar  bir-

birilərinin işləri ilə tanış olurlar.  Fikir mübadiləsi aparılır.  



İnformasiyanın müzakirəsi: 

Təqdimatdan  alınan  cavablara  əsasən  şagirdlər  təqdimat  edənlərə  suallarla 

müraciət edirlər, müzakirə aparılır.  

Müzakirə müəllimin bütün sinfə verdiyi aşağıdakı suallara cavablar alınması 

ilə yekunlaşdırılır: 

     1. Almaz  və qrafitin kristallik quruluşu  nə  ilə  fərqlənir?  Bu  maddələrin   hansı 

xassələri onların tətbiqini şərtləndirir?   

2.  Aktivləşdirilmiş  ağac  kömürü  hansı  xassəyə  malikdir  və  harada  tətbiq 

olunur?  

3.Koks və his necə alınır və harada tətbiq olunur? 

4.Kömürün lakmus məhlulunu  rəngsizləşdirməsi necə izah olunur? 

Şagirdlərin  mövzu  üzrə  tədqiqat  aparmasını  asanlaşdırmaq  üçün  lövhədən 

aşağıdakı cədvəl asılır. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin