Asiya, Afrika, Amerika qitələrinin sakinləri arasında da müsəlman əhali yaşamaqdadır. Asiya və Afrika qitələrində daha çox müsəlman var.
Azərbaycan əhalisinin 99.2 % islam dininə sitayiş edir. Lakin uzun illər Rusiya İmperiyasının və SSRİnin tərkibində olması Azərbaycan iqtisadi və siyasi sistemində şəriət normalarının tətbiqinə mane olmuşdur. Hal hazırda müstəqil Azərbaycan Respublikasında multikulturalizm və dünyəvilik iqtisadi və siyasi həyatda geniş yer tutmaqdadır. Bununla yanaşı Azərbaycan İslam ölkələri ilə əməkdaşlığa geniş yer verməkdədir. Ölkəmiz İƏTİslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Azərbaycan Respublikasi Prezidenti cənab İlham Əliyev İstanbulda İƏTnın XIII Sammitində bildirmişdir ki, :
" Azərbaycan İslam ölkələri ilə əməkdaşlığı prioritet hesab edir: Son illər ərzində Bakıda İƏTə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10a yaxın görüşü olmuşdur. İƏTin qarşılıqlı dəstək və həmrəylik yolunda fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün dünyada islamofobiya ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qətiyyətlə pisləyirik . Əslində İslam sülh, mərhəmət, dözümlülük, ədalət dinidir. İslamı terrorla eyniləşdirmək isə səhv və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir.
Azərbaycan mütəmadi olaraq mədəniyyətlər və dinlərarası dialoqa öz töhfəsini verir. Aprelin sonunda biz BMTnin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu keçirəcəyik. Azərbaycan İslam ölkələri arasında həmrəyliyə böyük əhəmiyyət verir. 2017ci ildə IV İslam Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir. İnanıram ki, bu tədbir İslam aləmində sülhün və həmrəyliyin möhkəmlənməsinə xidmət edəcəkdir." (3)
Bütün bu problemlərə baxmayaraq müsəlman ölkələri mövcuddur, inkişaf etməkdədir və dünya iqtisadiyyatında əhəmiyyətli mövqeyə malikdir. Şəriət normalarını əsas göturərək İslam həyat tərzi bir çox əməllərdən uzaq durmağı müsəlmanlar qarşısında məqsəd qoymuşdur. Bu məqsədlər ictimai,siyasi həyat tərzi ilə yanaşı iqtisadi həyatı da əhatə etməkdədir. Bu normalara əməl etməklə islam cəmiyyəti bir çox sahələrdə iqtisadi yüksəlişə nail olmuşdur. Haramdan, oğurluqdan , spekulyasiyadan , yalançılıqdan, haqsız gəlirlərdən uzaq durmağı tələb edən bu normalar sağlam cəmiyyətin yaranmasına səbəb olmuşdur.İnsanların islamın bu nailiyyətlərini görərək, islam dininə meyl etməsi "çirkin oyunlar quraraq" cəmiyyəti soyubtalayan möhtəkirləri narahat etməkdədir. Yüz illər boyu xalqları aldadaraq, başqa xalqların sərvətlərini oğurluq və quldurluq yoluyla çapib talayan qruplar əməllərinin ustunun açıldığını gördükcə daha da azğınlaşaraq islama qarşı hər cür şər əməllərə əl atmaqdadırlar.
İslam cəmiyyətlərini islam ölkələrini təhlil edərək,onların daxılı ziddiyyətlərindən məharətlə onların əleyhinə istıfadə edilməkdədir. Ölkəmizin də islam cəmiyyətinin tərkib hissəsi olduğu üçün bu problemlərin tərəfimizdən də təhlil edilməsini məqsədə müvafiq hesab edirik.
İslam ölkələrini şərti olaraq 4 coğrafi bölgə üzrə birləşdirsək bu daha əyani görünə bilər ( cədvəl N2). Afrika qitəsində 30 müsəlman ölkəsi olmasına baxmayaraq ümumi dini birlikdən, nə iqtisadi inkişafın ümumiliyindən , nə də siyasi stabillikdən əsər əlamət yoxdur. Neftlə zəngin olan şimali Afrika ölkələri XXəsrin sonlarına yaxın iqtisadi yüksəlişə nail olmağa başlasa da, bu prosses çox çəkmədi. Avropa və Amerikanın xammal bazasına çevrilmiş bu ölkələr yüz illər ərzində əsarət altında saxlanılmaqla istismar edilməkdədir.
cədvəl2.
Dostları ilə paylaş: |