Mövzu 9. İntellektual ölçmə vasitələrinin çevirmə xarateristikasını additiv xəttiləşdirmə üsulu Additiv xəttiləşdirmə üsulunun mahiyyəti İntellektual ölçmə vasitələrində qeyri-xətti çevirmə xarakteristikalarının additiv üsulla parçalarla xəttiləşdirilməsi zamanı qeyri-xətti xarakteristikasının z – ordinat oxu üzrə bölünmüş parçaları özünə paralel olaraq xətti xarakteristikasına yaxınlaşdırılır. Bu parçaların yerdəyişmələrinin qiymətləri analitik üsulla o şərtlə hesablanır ki, bölmə parçalarının sərhədlərində onların xətti xarakteristikadan maksimal yayınmaları işarəcə əks, qiymətcə bərabər olsun [9].
Additiv üsulla xəttiləşdirilmiş qeyri-xətti xarakteristika parçasının qrafiki təsviri Şəkil 9.1-də qeyri-xətti xarakteristikasının additiv üsulla xəttləşdirilmiş parçası göstərilmişdir.
qeyri-xətti xarakteristikasının additiv üsulla xətləşdirilmiş parçası Xi-1-lə Xi arasında yerləşir.Burada Ai – qeyri-xətti çevirmə xarakteristikalarının i-ci parçasının yerdəyişməsinin (additiv düzəlişin) ədədi qiymətidir.
Qeyri-xətti xarakteristikanın yerdəyismə istiqaməti onunla xətti xarakteristikanın bir-birinə nəzərən yerləşmələrindən asılıdır. Əgər qeyri-xətti xarakteristika xətti xarakteristikadan yuxarıda yerləşirsə, əməliyyat «minus» işarəsi ilə (yerdəyismə istiqaməti aşağıya), aşağıda yerləşirsə, əməliyyat «plyus» işarəsi ilə (yerdəyismə istiqaməti yuxarıya) yerinə yetirilir.
ÖV-nin qeyri-xətti çevirmə xarakteristikasının qalan parçaları da analoji qayda ilə xəttiləşdirilir.
Additiv xəttiləşdirmə üsulunun metodik xətası bölmə parçalarının uzunluğundan və bu parçalarda ÖV-nin xarakteristikasının yeadəyişməsinin qiymətindən asılıdır.
Additiv xəttiləşdirmə üsulunda bölmə parçalarına aid parametrləri hesablama ifadələri Qeyri-xətti z = f(x) xarakteristikasının şəkil 9.1-də göstərilən şərtini ödəyən hissəsində (qeyri-xətti xarakteristikanın artımı xətti xarakteristikanın artımından böyükdür) additiv üsulla xəttləşdirilmiş [xi-1, xi]parçası üçün xətti xarakteristikadan müsbət və mənfi yayınmalarının maksimal qiymətlərinin bərabər alınması şərti belədir:
xi-1 – [f(xi-1) – Ai] = [f(xi) – Ai]– xi = mi (9.1) Burada xi-1 və xi - qeyri-xətti xarakteristikanın - ci bölmə parçasının uyğun olaraq aşağı və yuxarı sərhəd qiymətləri; - qeyri-xətti xarakteristikanın korreksiya olunmuş - ci bölmə parçasının xətti xarakteristikadan mütləq yayınmasının maksimal qiymətidir.
Qeyri-xətti xarakteristikanın artımının xətti xarakteristikanın artımından kiçik olan hissələr üçün (9.1) şərti aşağıdakı kimi olur:
[f(xi-1) – Ai] – xi-1 = xi – [f(xi) – Ai]= mi (9.2)
Qeyri-xətti xarakteristikanın korreksiya olunmuş parçasının xətti xarakteristikadan müsbət və mənfi yayınmalarının maksimal qiymətlərinin bərabər alınmasının ümumiləşdirilmiş şərti aşağıdakı kimi olur:
(9.3)
(9.3) şərtindən bölmə parçalarına uyğun additiv düzəlişin hesablanması üçün aşağıdakı ifadə alınır:
(9.4)
(9.4) ifadəsindəki işarə qeyri-xətti və xətti xarakteristikaların qarşılıqlı yerləşmələrinə əsasən təyin edilir. Əgər qeyri-xətti xarakteristika xətti xarakteristikadan yuxarıda yerləşirsə onda, «plyus», əks halda isə «minus» işarəsi qəbul edilir.
(9.3) ifadəsini (9.4)-də nəzərə aldıqda mihesablanması üçün aşağıdakı ifadə alınır:
(9.5)
(9.6)
(9.5)-dən qeyri-xətti xarakteristikanın bölmə parçalarının yuxarı sərhəd qiymətləri üçün aşağıdakı ifadə alınır:
mi (9.7)
(9.5) və (9.7) ifadələrində yuxarıdakı işarələr bölmə parçalarında qeyri-xətti xarakteristikanın artımının xətti xarakteristikanın artımından çox olduğu hala uyğundur. Əks halda aşağıdakı işarələr istifadə edilir.
Bölmə addımının qiyməti (9.6) ifadəsindən təyin edilir. Məlumdur ki, bəzi ÖV-lərdə giriş kəmiyyətini sıfır qiymətinə çıxış siqnalının sıfırdan fərqli qiymət ( , ), digərlərində isə, çıxış siqnalının sıfır qiyməti ( , ) uyğun gəlir.
ÖV-nin çıxış kəmiyyətinin başlanğıc qiyməti sıfırdan fərqli olduqda, birinci parçanın hesablanma parametirləri aşağıdakı kimi təyin edilir:
;
ÖV-nin çıxış kəmiyyətinin başlanğıc qiymətin olmadığı halda xarakteristikanın başlanğıc hissə korreksiya olunmur. Bu hissənin uzunluğu mi xətasını aşmamaq şərti ilə) aşağıdakı ifadədən təyin edilir :