Q S Q
S
''1''
R D Q
Q
Q
S
''1'' Q
JK – trigger universal qurğudur.
Registr və hesablayıcı sxemlərdə, sinxron RS, D və JK triggerləri əsasında ''M-S'' sxemi üzrə tərtib olunan ikipilləli trigger qurğularından istifadə edilir. Bu üsulla ikipilləli trigger qurğusu, iki trigger; M (master-aparıcı) və S (slave-köməkçi) üzərində qurulur. Aparıcı trigger (M) informasiyanı qəbul edir, köməkçi (S) trigger ikipilləli trigger qurğusunun vəziyyətini qeyd edir. (şəkil 24)
Q
Q
''M-S '' sxemin əsas mahiyyəti ondadır ki, aparıcı (M) və köməkçi (S) triggerlər arasındakı dövrəyə inkar edici element-invertor qoşulur
İnventor, informasiyanın T m triggerinə yazılışı zamanı, onun triggerinə də yazılmasının qarşısını alır, yəni əgər C1=1, C2=0
Deməli, Ts – triggeri bağlıdır, Q1 və Q1 çıxışlarından siqnallar ona keçə bilməz. Ancaq sinxronlaşdırıcı siqnalın kəsildiyi (yəni C1=0, C2=1)b informasiya köməkçi triggerə ötürülür və Q2 çıxışlarında qeyd olunur.
İkipilləli JK- tirgger, sinxron RS- triggerləri əsasında qurulmuşdur. Burada aparıcı triggerin giriş dövrələrində, üçgirişli ''VƏ-DEYİL'' elementlərindən istifadə etməklə, J və K girişlərinə imkan yaranır. İlk vəziyyətdə C=0 halında, J və K girişlərindəki informasiyadan asılı olmayaraq, trigger əvvəlki vəziyyətində qalır. J=0 və K=C=1 (C1=1; C2=2) halında trigger ''O'' vəziyyətinə, K=0 və J=C=1 halında isə ''1'' vəziyyətinə gəlir. Lakin J=K=C=1 vəziyyətində (yəni J və K girişlərini birləşdirib, onlara məntiqi siqnal verilərsə), ikipilləli T-triggerin sxemini almış oluruq.
Dostları ilə paylaş: |