JK –növlü (universal) trigger- iki dayanıqlı vəziyyətə, bir sinxronlaşdırıcı (C) və iki informasiya girişlərinə (J,K) malikdir. J=K=O halında, trigger öz əvvəlki vəziyyətini dəyişmir (yəni saxlama rejimində olur), J * K =1 şərtində, bir-bir ardınca gələn takt impulsları, triggerin vəziyyətini ardıcıl olraq dəyişir (yəni triggerin vəziyyəti ‘’1’’ –dən ‘’0’’-a və əksinə keçir.
Digər şərtlər daxilində JK –trigger, özünü RS trigger kimi aparır, belə ki, J girişi S-ə, K girişi R girişinə ekvivalent olur. Çox vaxt JK- triggerin sxeminə əlavə olaraq, S və R girişləri daxil edilir.
JK- triggerin xarakteristik tənliyi aşağıdakı şəkildə yazıla bilər.
Q n+1=Kn Qn + Jn Qn ;
Şəkil 23-də JK- triggerin sadə struktur sxemi (a), ‘’VƏ’’, ‘’VƏ DEYİL’’ elementləri əsasında qurulan struktur sxemi(b) göstərilmişdir.
J girişinə məntiqi ‘’1’’ siqnalı verilərsə (J=1), onda trigger (a), uyğun sxem vasi-təsilə ‘’1’’ vəziyyətinə, yəni Q=1, Q=Q, JK girişinə ‘’1’’ (K=1) verilərsə, trigger ‘’O’’ vəziyyətinə (Q=O; Q=1) gəlir. J=K=1 vəziyyətində, hər bir sinxronlaşdırıcı siqnalın sonunda, trigger, əks vəziyyətə keçir .
Dostları ilə paylaş: |