İnteqral triggerləR



Yüklə 107 Kb.
səhifə1/4
tarix30.12.2021
ölçüsü107 Kb.
#49082
  1   2   3   4
TRİGGERLƏR


İNTEQRAL TRİGGERLƏR. Trigger ardıcıl qurğu olub, iki dayanıqlı vəziyyətə malikdir.O, informasiyanı yazmaq və yadda saxlamaq üçün işlədilir. Trigger qurğusu yaddaş elementi (triggerin özü) və idarəetmə sxemindən ibarətdir.

İdarəetmə sxemi, onun girişlərinə gələn informasiyanı, trigger qurğusunun vəziyyətini xarakterizə edən, triggerin özünün girişlərinə bilavasitə təsir göstərən siqnallar kombinasiyasına çevirir.İdarəetmə sxeminin çıxış siqnalları nəinki verilmiş anda olan giriş siqnallarından, Hətta qurğunun əvvəlki vəziyyətindən asılıdır. Ümumiyyətlə trigger qurğularında çox vaxt idarəetmə sxemi olmur.



Trigger qurğusu, idarə edici (informasiya ) A1 ...... An sinxronlaşdırıcı (takt)

T1 ...... Tn girişlərinə və iki informasiya (düz və inkar) Q və Q çıxışlarına malikdir.



S Q


R Q

Şəkil 18. Trigger qurğusunun funksional sxemi


Q çıxışında yüksək gərginlik (Uj)olarsa, triggerin vəziyyəti ''1'', alçaq gərginlik (UQ) olarsa, ''O'' kimi qeyd edilir. İdarəedici siqnal S girişinə verilərsə, trigger ''1'' (Q=1; Q=0) vəziyyətinə, R girişinə verilərsə, ''O'' vəziyyətinə (Q=0; Q=1) keçir.

İş pirnsipinə görə triggerlər RS, D, T, JK və s. növlərinə informasiyanın yazılış üsuluna görə asinxron və sinxron (taktlanan ) növlərinə ayrılır.

Asinxron triggerdə informasiyanın yazılışı, informasiyanın siqnallarının bilavasitə girişə verilməsi ilə, sinxron triggerlər isə girişə informasiya siqnallarından başqa igazə verici- taktlayıcı (sinxronlaşdırıcı) T(C) impulsun verilməsi ilə icra olunur. Sinxronlaşdırıcı impulslar səviyyə və cəbhəyə 1/0 (0/1) görə təsir edirlər.

Səviyyə ilə sinxronlaşdırıcı triggerlər, sinxroimpulsun davametmə müddəti (səviyyəsi) ərzində informasiya A1.....An siqnallarının girişə gəlməsindən asılı olaraq, bir neçə dəfə öz vəziyyətlərini dəyişə bilirlər. Sinxroimpulslar arası fasilədə informasiya siqnallarının dəyişməsindən asılı olmayaraq trigger öz sonuncu vəziyyətini saxlayır.

Cəbhə ilə sinxronlaşdırılan triggerlər, sinxronlaşdırıcı triggerlər, sinxronlaşdırıcı girişə verilən sinxroimpulsun uyğun cəbhəsi 1/0 (0/1) ilə öz vəziyyətlərini dəyişir, informasiya siqnallarının (A1.....An) dəyişməsindən asılı olmayaraq öz vəziyyətlərini saxlayırlar. Deməli, hər bir sinxroimpulsa triggerin yalnız bir vəziyyəti uyğun gəlir.

Triggerlərin şərti yazılışlarla verilmiş bir neçə növünü göstərmək olar; RC (K172TP1), D (K155TM2), İK (K155TB1) və s.



Asinxron RS trigger – iki dayanıqlı vəziyyətə, iki informasiya girişi (S və R) və iki informasiya çıxışına (Q və Q) malikdir. Əgər S=1 və R=0 olarsa, trigger ''1'' vəziyyətini (Q=1), əgər S=0 və R=1 olarsa, onda trigger ''O'' vəziyyətini (Q=0) alar.

RS triggerin vəziyyət cədvəli (işləmə qanunu) aşağıda göstərilmişdir.


Cədvəl 6 Cədvəl 7

Cədvəl 6- dan göründüyü kimib R və S girişlərinə eyni zamanda məntiqi ''1'' siqnalı verilərsə, bu trigger qeyri- müəyyən vəziyyətdə olur. Ona görə də RxS=1 kombinasiyası RS triggeri üçün qadağan olunmuşdur.

Bu triggerin xarakteristik tənliyini göstərək.
;
Bu tənlikləri '' VƏ-DEYİL'' ya da '' VƏ YA DEYİL '' elementləri vasitəsilə reallaşdırmaq üçün onları iki dəfə inkar etmək lazımdır.
;
RS triggerin xarakteristik tənliyinin analizi, onun xarakteristik cədvəlinin tərtib olunmasına imkan verir (cədvəl 7 )

''VƏ YA - DEYİL və '' VƏ-DEYİL'' elementləri (mikrosxemlər) üzərində qurulan asinxron RS triggerlərin göstəriciləri uyğun olaraq şəkil 19 –da və şəkil 20- də verilmişdir.



Q R Q

Q


S Q

a) b)
Şəkil 19. '' VƏ YA-DEYİL '' məntiqi elementləriəsasında asinxron RS

trigger; a) şərti işarəsi, b) funksional sxemi

S

Q Q





Yüklə 107 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin