etmiş inzibati orqan tərəfindən müəyyən olunur və hə-min şəxsə vurulmuş real ziyanın
həcminə mütənasib olmalıdır.
68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci
maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
Maddə 69. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi
69.1. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun
65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
69.2. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edil-məsi həmin aktın
digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə
əlaqədar deyildirsə) səbəb olmur.
Maddə 70. Sənədlərin qaytarılması
Hər hansı hüququ təsdiq etmək və ya həyata keçirmək üçün inzibati akt əsasında
verilmiş sənədlər və ya əşyalar, həmin inzibati akt etibar-sız sayıldıqdan və ya ləğv
edildikdən sonra müvafiq inzibati orqan tərə-findən tələb oluna bilər. Həmin sənədlərə
və ya əşyalara faktiki sahib olan şəxs onları qaytarmağa borcludur.
VII fəsil
İnzibati şikayətlər üzrə icraat
Maddə 71. İnzibati aktdan şikayət vermək hüququ
71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək
məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət
vermək hüququna malikdirlər.
71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda
inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq
şikayət verilə bilər.
71.3. Yalnız aşağıdakı hallarla bağlı aralıq inzibati aktlardan müstəqil şəkildə
subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə
malik olan digər orqana (bundan sonra - şikayət instansiyası) şikayət verilə bilər:
71.3.1 səlahiyyətlə bağlı;
71.3.2. etirazla bağlı;
71.3.3. icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən
və ya iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı;
71.3.4. qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda.
Maddə 72. İnzibati şikayətin verilməsi qaydası
72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə
bilər.
72.2. İnzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında
şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və
şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir.
72.3. İnzibati qaydada şikayət birbaşa və ya inzibati aktı qəbul etmiş inzibati orqan
vasitəsilə şikayət instansiyasına təqdim edilir. İnzibati orqan 3 gün müddətində həmin
şikayəti şikayət instansiyasına göndərməyə borcludur.
72.4. Bu fəslin müddəaları inzibati qaydada verilən şikayətlərə şamil olunur.
72.5. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan
Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir.
Maddə 73. İnzibati şikayətin verilməsi müddəti
73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə
mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir.
73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi
müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə
tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni
maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi
gündən 6 ay müddətində şikayət verilə bilər.
73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda,
maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa
edilir.
Maddə 74. İnzibati şikayətin forması və məzmunu
74.1. İnzibati şikayət yazılı formada tərtib edilir.
74.2. İnzibati şikayətdə aşağıdakı məlumatlar göstərilməlidir:
74.2.1. şikayətin verildiyi inzibati orqanın adı və ünvanı;
74.2.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer
(hüquqi şəxsin adı və hüquqi ünvanı), inzibati icraatda prosessual vəziyyəti;
74.2.3. barəsində şikayət verilən inzibati akt və ya hərəkət (hərəkətsizlik);
74.2.4. şikayəti verən şəxsin tələbi və tələbin əsasları;
74.2.5. şikayətin tərtib edildiyi tarix;
74.2.6. şikayəti verən şəxsin imzası.
74.3. İnzibati şikayət bu maddədə nəzərdə tutulmuş formal tələblərə cavab
vermədikdə, inzibati orqan şikayətin həmin tələblərə uyğun olaraq düzəldilməsi üçün
qısa müddət təyin edir və formal tələblərə əməl olunmasını hüquqi nəticələrini
şikayətçiyə izah edir.
Maddə 75. İnzibati şikayətin baxılmamış saxlanılmasının əsasları
75.1. Şikayət instansiyası aşağıdakı hallarda inzibati şikayəti baxılmamış saxlayır:
75.1.1. bu Qanunun 74-cü maddəsində nəzərdə tutulmuş tələblərə əməl
olunmadıqda;
75.1.2. şikayətin predmeti üzrə digər səlahiyyətli İnzibati orqanın və ya məhkəmənin
qərarı olduqda;
75.1.3. inzibati şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş müddət
buraxıldıqda və buraxılmış müddət bərpa edilmədikdə.
75.2. Şikayət instansiyası şikayətin baxılmamış saxlanılması barədə qərar qəbul edir.
Həmin qərardan bu Qanunla müəyyən olunmuş qaydada şikayət verilə bilər.
75.3. Şikayət instansiyası şikayət üzrə qərar qəbul edilənədək şikayəti verilmiş şəxsə
öz rəyini bildirmək imkanı verməlidir.
75.4. Bu Qanunun 75.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aradan
qaldırıldıqdan sonra ümumi qaydada yenidən inzibati şikayət verilə bilər.
Maddə 76. İnzibati şikayətin verilməsinin hüquqi nəticələri
76.1 inzibati şikayətin verilməsi şikayət olunan inzibati aktın icrasını dayandırmır.
76.2. İnzibati şikayətin verildiyi hallarda, şikayət olunan inzibati aktın icrasının
dayandırılması ilə bağlı məsələyə maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti
vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət instansiyası tərəfindən
dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.
76.3. İnzibati aktın icrasının dayandırılması ilə bağlı qərar şikayət instansiyası
tərəfindən əsaslandırılmalıdır.
Maddə 77. Məhkəmə qaydasında müvəqqəti xarakterli müdafiə
77.1. İnzibati şikayətin verilməsindən asılı olmayaraq, maraqlı şəxs müvəqqəti
xarakterli müdafiə ilə bağlı məhkəməyə müraciət edə bilər.
77.2. Maraqlı şəxsin müvəqqəti xarakterli müdafiə ilə bağlı ərizəsinə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə müvafiq
məhkəmələr tərəfindən baxılır.
Maddə 78. İnzibati şikayətə baxılması müddəti
78.1. Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil
olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar
qəbul etməyə borcludur.
78.2. Şikayət instansiyası tərəfindən bu Qanunun 78.1-ci maddəsində nəzərdə
tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən
qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət yerə bilər.
Maddə 79. İnzibati şikayətə baxılması qaydası
79.1. İnzibati şikayətlər üzrə icraat bu fəslin xüsusiyyətləri nəzərə alınmaqla bu
Qanunun IV fəslində müəyyən olunmuş qaydada həyata keçirilir.
79.2. Şikayət inzibati aktı qəbul etmiş inzibati orqana təqdim olunduqda, həmin
orqan şikayəti və icraatla bağlı materialları şikayət instansiyasına göndərməyə
borcludur. Şikayət maraqlı şəxs tərəfindən birbaşa şikayət instansiyasına təqdim
olunduqda, həmin orqan şikayət olunan inzibati aktı qəbul etmiş inzibati orqandan
icraatla bağlı materialları tələb edə bilər.
79.3. Şikayət üzrə icraat zamanı şikayət instansiyası tərəfindən işə mahiyyəti üzrə və
tam həcmdə baxılır, şikayət olunan aktın qanunauyğunluğu və məqsədəuyğunluğu
araşdırılır.
79.4. Şikayət instansiyasının şikayət üzrə qərar həm işdə olan, həm də əlavə təqdim
olunmuş sübutlara əsaslanmalıdır.
79.5. Şikayət instansiyası şikayətə baxılmasını heç bir halda şikayət olunan inzibati
aktı qəbul etmiş inzibati orqana və ya onun vəzifəli şəxslərinə həvalə edə bilməz.
Maddə 80. İnzibati şikayət üzrə qərar qəbul edilməsi
80.1. İnzibati şikayətə baxdıqdan sonra şikayət instansiyası:
80.1.1. inzibati aktı dəyişdirmədən, inzibati şikayəti isə təmin etmədən saxlaya bilər;
80.1.2. inzibati aktı tamamilə və ya qismən ləğv edə bilər və işdə olan və ya əlavə
təqdim olunmuş sübutlar əsasında yeni inzibati akt qəbul edə bilər;
80.1.3. inzibati aktı dəyişdirə bilər.
80.2. Şikayət instansiyası tərəfindən inzibati şikayət üzrə qəbul edilmiş qərar inzibati
akt sayılır və inzibati aktlara dair bu Qanunla müəyyən edilmiş tələblərə uyğun
olmalıdır.
VII fəsil
İnzibati aktın icra edilməsi
Maddə 81. İnzibati aktların icra edilməsi qaydası
81.1. İnzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və
həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur.
81.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən
inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra
edilir.
81.3. İnzibati orqan inzibati aktın icrası ilə bağlı şəxsin hansı hərəkətləri etməli
olduğunu dəqiq müəyyənləşdirməyə borcludur.
81.4. Maraqlı şəxs inzibati aktı onun üçün daha əlverişli olan qanuni üsul və
vasitələrlə icra etməyə haqlıdır.
81.5. İnzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və
yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir.
Maddə 82. Pul tələblərinin icra edilməsi
82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası
"Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən
məhkəmə icraçıları tərəfindən icra edilir.
82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında
qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul
edilməsi tələb olunmur.
82.3: Tələbin icraya yönəldilməsi haqqın-da qərarın qəbul edilməsinin şərtləri
aşağıdakılardır:
82.3.1. borclu tərəfindən ən azı 5 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə
tutan inzibati aktın qəbul edilmiş olması;
82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi;
82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra,
xəbərdarlığın elan olunduğu gündən sonrakı 5 gün müddətində borclunun ödəməni
həyata keçirməməsi.
Maddə 83. Borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və
ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktların icra
edilməsi
83.1. Borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya
müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktın könüllü qaydada
icrası üçün maraqlı şəxsə kifayət qədər müddət (ən azı 5 gün) təyin edilməlidir.
83.2. Bu Qanunun 83.1-ci maddəsinə uyğun olaraq təyin olunmuş müddət ərzində
könüllü qaydada icra olunmayan inzibati akt məcburi qaydada icra edilir.
83.3. Borclunu müəyyən hərəkətləri etməyə, müəyyən hərəkətlərə dözməyə və
müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktın məcburi qaydada
icrası aşağıdakı məcburi icra tədbirləri vasitəsi ilə təmin oluna bilər:
83.3.1. inzibati aktla nəzərdə tutulmuş hərəkətin borclunun (maraqlı şəxsin)
hesabına başqa şəxs və ya inzibati orqan tərəfindən icra edilməsi;
83.3.2. cərimə;
83.3.3. bilavasitə məcbur etmə.
83.4. Maraqlı şəxs məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə inzibati orqan
tərəfindən
əvvəlcədən
xəbərdar
edilməlidir.
Azərbaycan
Respublikasının
qanunvericiliyi ilə bir-başa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya
ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan
qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda maraqlı şəxs məcburi icra tədbirlərinin
tətbiq olunacağı barədə əvvəlcədən xəbər-dar edilməyə bilər.
83.5. Xəbərdarlıq yazılı formada olur və bu Qanunla müəyyən olunmuş qaydada
maraqlı şəxsə rəsmi təqdim olunur.
83.6. Xəbərdarlıqda inzibati aktın könüllü qaydada icrası üçün təyin olunmuş
müddət və həmin müddət başa çatdıqdan sonra tətbiq olunması nəzərdə tutulan
məcburi icra tədbirinin müvafiq növü göstərilir. Xəbərdarlıqda yalnız bir məcburi icra
tədbiri nəzərdə tutula bilər. Əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi
halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqinə yol verilir. Məcburi icra
tədbirləri inzibati akt icra olunana qədər təkrarlana, sərtləşdirilə və ya dəyişdirilə
bilərlər.
83.7. Xəbərdarlıqda icra edilməli inzibati aktla istinad olunmalı və məcburi icra
tədbirlərinin tətbiqi əsaslan göstərilməlidir.
83.8. İnzibati orqan məcburi İcra tədbirlərinin tətbiqi zamanı mütənasiblik prinsipinə
əməl etməyə borcludur.
83.9. Şəxs inzibati aktı icra etdiyi halda məcburi icra tədbirlərinin tətbiqi dərhal
dayandırılmalıdır.
Maddə 84. İnzibati aktın borclunun (maraqlı şəxsin) hesabına icra edilməsi
84.1. İnzibati aktla nəzərdə tutulmuş hərəkətin (hərəkətlərin) borclu tərəfindən
yerinə yetirilmədiyi və həmin hərəkətin icrasının başqa şəxs və ya orqan tərəfindən
mümkün olduğu halda, inzibati orqan hərəkətin borclunun hesabına icra olunmasını
həmin şəxsə və ya orqana həvalə edə bilər.
84.2. Bu Qanunun 84.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati aktın icrası
ilə bağlı xərclər maraqlı şəxsin (borclunun) hesabına ödənilir.
Maddə 85. İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi
85.1. Şəxsi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən
çəkinməyə məcbur edən İnzibati aktın icrasını təmin etmək üçün inzibati orqan
tərəfindən qanunvericiliyə uyğun olaraq cərimə təyin oluna bilər.
85.2. Fiziki şəxslər şərti maliyyə vahidinin 40 mislindən, hüquqi şəxslər isə şərti
maliyyə vahidinin 300 mislindən yuxarı miqdarda cərimə oluna bilməzlər.
85.3. Cərimənin miqdar şərti maliyyə vahidinin 3 mislindən az ola bilməz.
85.4. Cərimə dövlət büdcəsinə köçürülür.
Maddə 86. Bilavasitə məcbur etmə
86.1. Bu Qanunun 84-cü və 85-ci maddələrində nəzərdə tutulmuş məcburi icra
tədbirləri vasitəsi ilə inzibati aktın icrası mümkün olmadıqda və ya həmin tədbirlərin
tətbiqi obyektiv şərait baxımından mümkün olmadıqda, inzibati orqan maraqlı şəxsi
müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə bilavasitə
məcbur edə və ya özü dərhal həmin hərəkəti həyata keçirə bilər.
86.2. Bilavasitə məcbur etmə zamanı "Polis haqqında" Azərbaycan Respublikasının
Qanunu ilə nəzərdə tutulmuş müvafiq tədbirlərdən istifadə oluna bilər.
86.3. Bilavasitə məcbur etmə tədbiri yalnız müvafiq səlahiyyəti olan inzibati orqan
tərəfin-dən və qanunla müəyyən edilmiş qaydada tətbiq oluna bilər.
Maddə 87. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların icra olunması
qaydası
Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların məcburi qaydada icrası
"Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununa uyğun
olaraq məhkəmə icraçıları tərəfindən həyata keçirilir.
Maddə 88. Məcburi icra tədbirlərinin tətbiq edilməsi haqqında qərardan şikayət
verilməsi
Maraqlı şəxs məcburi icra tədbirlərinin tətbiq edilməsi haqqında inzibati aktdan bu
Qanunun VII fəslində nəzərdə tutulmuş qaydada yu-xarı inzibati orqana və ya
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada
məhkəməyə şikayət verə bilər.
IX fəsil
Məsuliyyət
Maddə 89. İnzibati orqanların məsuliyyəti
89.1 İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri
(hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan
Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət
daşıyır.
89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında
inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
Maddə 90. İnzibati orqanların vəzifəli şəxslərinin məsuliyyəti
90.1. İnzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına
görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada
intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar.
90.2. Vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində
vurulmuş ziyana görə maraqlı şəxsə kompensasiya ödənildiyi hallarda, həmin vəzifəli
şəxs müvafiq inzibati orqan tərəfindən reqres iddia qaydasında maddi məsuliyyətə cəlb
oluna bilər.
Maddə 90. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 oktyabr 2005-ci il
Dostları ilə paylaş: |