inzibati orqandan tələb etmək hüququna malikdir.
Maddə 27. İnzibati icraatın aparıldığı dil
27.1. İnzibati icraat Azərbaycan Respublikasının dövlət dilində və ya müəyyən ərazi
əhalisinin əksəriyyətinin dilində aparılır.
27.2. İnzibati icraatda iştirak edən və icraatın aparıldığı dili bilməyən şəxslərə
tərcüməçinin xidmətindən istifadə etmək hüququ izah və təmin edilir.
27.3. İnzibati icraatda iştirak edən şəxslərə sənədlər və məlumatlar icraatın aparıldığı
dildə verilir.
IV FƏSİL
İnzibati icraat
Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar
28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır:
28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi;
28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati
orqanın inzibati aktı qəbul etmək vəzifəsi;
28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət.
28.2. Bu qanunun 28.1.1-ci və 28.1-3-cü maddələrində nəzərdə tutulmuş hallarda
inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan
başlanır.
28.3. Bu qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat
maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk
prosessual hərəkətin həyata keçirildiyi andan başlanır;
28.4. Bu qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə
inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır.
28.5. Bu qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat
bu qanunun VII fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə
müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.
Maddə 29. Ərizə və ya vəsatətlərin təqdim edilməsi
29.1. Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə
tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə
əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana
şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir.
29.2. Maraqlı şəxs tərəfindən vəsatət müvafiq inzibati orqana bu qanunun 29.1-ci
maddəsində nəzərdə tutulmuş qaydada yazılı formada təqdim olunur.
Maddə 30. Ərizənin forması və məzmunu
30.1. Ərizə yazılı formada tərtib olunmalıdır.
30.2. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:
30.2.1. ərizəçinin müraciət etdiyi inzibati orqanın adı;
30.2.2. ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı,
şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar;
30.2.3. ərizə hüquqi şəxsin adından verildikdə onun adı və hüquqi ünvanı;
30.2.4. tələbin qısa məzmunu;
30.2.5. ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası;
30.2.6. hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin
möhürü;
30.2.7. ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.
30.3. Təqdim olunması qanunla nəzərdə tutulmuş bütün sənədlər ərizəyə qoşma
kimi əlavə olunur.
30.4. Ərizə bu maddədə nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, inzibati orqan
ərizədə həmin tələblərə uyğun olaraq düzəlişlərin edilməsi üçün qısa müddət təyin edir
və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ərizəçiyə izah edir.
Maddə 31. Ərizə və ya vəsatətlərin qəbul edilməsi və qeydiyyata alınması
31.1. İnzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi
vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır.
31.2. İnzibati orqan ərizənin qəbul edildiyi gündən ən geci üç gün müddətində
ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməyə və ya
göndərməyə borcludur.
31.3. İnzibati orqan vəsatəti qəbul etməyə və icraat materiallarına əlavə etməyə
borcludur.
Maddə 32. Əlavə sənədlərin və ya məlumatların tələb olunması
32.1. İnzibati orqan üç gün müddətində ərizənin bu qanunun 30-cu maddəsində
nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlayır.
32.2. Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli
üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan
əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər.
32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.
32.4. Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, əlavə sənədlərin və ya
məlumatların təqdim edilməsi üçün inzibati orqan tərəfindən təyin edilən müddət 15
gündən çox olmamalıdır. 32.5. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, bu
qanunun 32.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə əlavə sənədlər və ya
məlumatlar inzibati orqana təqdim olunmadıqda, ərizəyə baxılması ilə bağlı müddətin
axımı dayandırılır.
32.6. Əlavə sənədlərin və ya məlumatların inzibati orqana təqdim oldunduğu andan
müddətin axımı bərpa olunur.
Maddə 33. Ərizənin səlahiyyətli inzibati orqana göndərilməsi
33.1.Ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi
başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi
inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona
əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir.
33.2. Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi
barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslaşdırılmış məlumat verilməlidir.
33.3.
Azərbaycan
Respublikasının
qanunvericiliyində
birbaşa
nəzərdə
tutulmamışdırsa, ərizəni müvafiq səlahiyyətli orqana göndərən inzibati orqan
tərəfindən ərizənin mahiyyəti üzrə hər hansı rəy verilməsi yolverilməzdir.
33.4. Bu qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ərizə qanunla
müəyyən olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı
müddətə maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır.
Maddə 34. Ərizənin baxılmamış saxlanılması
34.1. Ərizə səlahiyyətli inzibati orqan tərəfindən aşağıdakı hallarda baxılmamış
saxlanıla bilər:
34.1.1 Bu qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə
vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati
orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu
müəyyən edildikdə;
34.1.2. həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;
34.1.3. bu qanunun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda.
34.3. Ərizənin baxılmamış saxlanılması barədə inzibati orqan tərəfindən inzibati akt
formasında qərar qəbul edilir.
Maddə 35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək
üçün əsaslar
35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya
dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə
bilər:
35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar
maraqlı şəxsin xeyrinə dəyişdikdə.
35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni
sübutlar aşkar olunduqda;
35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər
nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında
cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda.
35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan
təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur.
35.3. Ərizə yalnız o halda qəbul edilir ki, maraqlı şəxs icraatı təzələmək üçün bu
Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş bu və ya digər əsasın əvvəlki icraat
zamanı təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını
əsaslandırsın.
35.4. Ərizə 3 ay müddətində təqdim olunmalıdır. Müddətin axını icraatı təzələmək
üçün əsas olan halların maraqlı şəxsə məlum olduğu gündən başlanır.
35.5. İnzibati icraatı təzələmək üçün təkrar ərizə ilə müraciət etmək imkanı verən
əsaslar ərizədə qeyd olunmalıdır. Həmin əsaslar ərizədə qeyd olunmadığı halda,
inzibati orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir.
Maddə 36. İnzibati icraatda iştirakçılar
36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar:
36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti
olan inzibati orqan;
36.1.2. barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın
qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər;
36.1.3. inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya
hüquqi şəxslər.
36.2. Yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər ərizə ilə
müraciət etmək və inzibati icraatda digər prosessual hərəkətləri həyata keçirmək
hüququna malikdirlər.
36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi
şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman
olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində
icraatda iştirakını təmin etməyə borcludur.
36.4. Qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan
maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin
şəxslərin vəsaitinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər.
36.5. İcraata iştirakçı kimi cəlb olunan üçüncü şəxslər icraat iştirakçılarının malik
olduğu bütün hüquq və vəzifələrə malikdirlər. İştirakı məcburi olan üçüncü şəxs icraata
cəlb olunduğu halda, icraatın sonunda qəbul olunmuş inzibati akt ona münasibətdə də
etibarlı olur və onun üçün hüquq və vəzifələr yaradır.
36.6. İnzibati icraatda maddi hüququn hüquqi varisliklə bağlı müddəaları tətbiq
edilir. İştirakçının şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların hüquqi varislik
qaydasında keçməsinə yol verilmir.
Maddə 37. İnzibati icraatda nümayəndəlik
37.1. Fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və
yaxud nümayəndə vasitəsi ilə təmsil oluna bilər.
37.2. Şəxsin inzibati icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndə ilə təmsil
olunmaq hüququndan məhrum etmir.
37.3. Nümayəndənin səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq olunur. Nümayəndə təmsil etdiyi
şəxsin adından icraatla bağlı bütün prosessual hərəkətləri yerinə yetirmək hüququna
malikdir.
37.4. Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmış fiziki
şəxsləri inzibati icraatda onların qanuni nümayəndələri təmsil edirlər. Qanuni
nümayəndələr inzibati orqana öz səlahiyyətlərini təsdiq edən sənədi təqdim
etməlidirlər.
37.5. Qanuni nümayəndələr icraatda iştirak etməyi nümayəndə qismində seçdikləri
başqa şəxsə tapşıra bilərlər.
37.6. Nümayəndə təmsil etdiyi şəxsin maraqlarını vicdanla müdafiə etməyə
borcludur.
37.7. İnzibati orqan inzibati icraatda həmin orqanın rəhbəri, onun müavini və ya
həmin orqanın rəhbəri tərəfindən təyin olunmuş digər vəzifəli şəxs vasitəsi ilə təmsil
olunur.
37.8. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraatla
bağlı bütün məsələlər üzrə nümayəndəyə müraciət edir.
Maddə 38. Maraqlı şəxsin inzibati icraatda vəkil vasitəsi ilə təmsil olunmaq
hüququ
38.1. Maraqlı şəxsin inzibati icraatda vəkillə təmsil olunmaq və vəkilin yardımından
istifadə etmək hüququ vardır.
38.2. İnzibati icraatda vəkil qismində Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən olunmuş qaydada fəaliyyət göstərən vəkillər iştirak edə bilərlər.
Maddə 39. Xərclər
39.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə
tutulmamışdırsa, inzibati icraatla bağlı xərclər müvafiq inzibati orqanın hesabına
ödənilir.
39.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə
tutulmamışdırsa, inzibati icraatla bağlı maraqlı şəxsin və ya onu təmsil edən
nümayəndənin çəkdiyi xərclər, habelə nümayəndəlik haqqı maraqlı şəxsin hesabına
ödənilir.
39.3. İnzibati şikayət təmin olunduğu hallarda, icraatla bağlı xərclər müvafiq inzibati
orqanın hesabına ödənilir.
Maddə 40. Sənədləri almaq üçün müvəkkil təyin etmək vəzifəsi
40.1. İnzibati icraatda iştirak edən və Azərbaycan Respublikasında daimi yaşayış yeri
olmayan maraqlı şəxs inzibati orqanın bu barədə onu xəbərdar etdiyi gündən üç gün
müddətində Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan fəaliyyət
qabiliyyətli şəxsi inzibati icraatla bağlı həmin maraqlı şəxsə ünvanlanan sənədləri almaq
üçün müvəkkil təyin etməlidir. İnzibati orqan maraqlı şəxs üçün nəzərdə tutulan bütün
sənədləri həmin müvəkkilə göndərməyə borcludur.
40.2. Şəxs bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulmuş tələbə əməl etmədiyi
halda, inzibati orqan həmin şəxs tərəfindən sənədlərin alınmamasına görə məsuliyyət
daşımır və bu, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati aktın etibarsız
sayılması üçün əsas ola bilməz.
Maddə 41. Ekspert və ya mütəxəssisin təyin edilməsi
41.1. İnzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün
inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
41.2. İnzibati orqan ekspertizanın təyin olunması haqqında qərar qəbul edir və həmin
qərarda ekspert rəyinin tələb olunduğu sualların dairəsini (ekspert araşdırmasının
predmetini) müəyyənləşdirir.
41.3. Maraqlı şəxslər ekspertiza zamanı araşdırılmalı olan əlavə sualları və bu
suallarla bağlı əlavə sənədləri inzibati orqana təqdim etməkdə haqlıdırlar. İnzibati orqan
maraqlı şəxslərin təklif etdikləri sualların rədd edilməsini əsaslandırmağa borcludur.
41.4. Ekspertiza inzibati orqanın qərarına əsasən Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq qurumların ekspertləri və ya
mütəxəssisləri tərəfindən keçirilir.
41.5. Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddət nəzərdə
tutulmamışdırsa, ekspert inzibati orqan tərəfindən təyin olunmuş müddət ərzində
tədqiqat üzrə rəy təqdim etməyə borculudur.
41.6. İnzibati orqanın və ya maraqlı şəxsin tələb etdiyi hallarda ekspert və ya
mütəxəssis rəylə bağlı əlavə izahat verməyə borcludur.
41.7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə
tutulmamışdırsa, ekspertizanın keçirilməsi, ekspertin və ya mütəxəssisin haqqının
ödənilməsi ilə bağlı xərclər inzibati orqanın hesabına ödənilir.
Maddə 42. Vəzifəli şəxsə etiraz etmək üçün əsaslar
42.1. İnzibati orqanın mənafeyini təmsil edən vəzifəli şəxsi:
42.1.1. həmin işin nəticəsində şəxsən maraqlı olduqda;
42.1.2. işdə iştirak edən maraqlı şəxs və ya onun nümayəndəsi ilə qohumluq
əlaqəsindədirsə və ya əvvəllər qohumluq əlaqəsində olmuşdursa;
42.1.3. işdə iştirak edən maraqlı şəxsin nümayəndəsi olduqda;
42.1.4. özü və ya ailə üzvləri maraqlı şəxsə məxsus müəssisənin aksiyaları və ya
nizamnamə kapitalına sahib olduqda;
42.1.5. onun obyektivliyinə və ya qərəzsizliyinə şübhə doğuran yetərli başa əsaslar
olduqda inzibati icraatda iştirak edə bilməz.
42.2. Bu Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, vəzifəli
şəxs özü-özünə etiraz etməyə borcludur.
42.3. Maraqlı şəxs bu Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar
olduqda, işə baxan vəzifəli şəxsə, işə kollegial qaydada baxıldıqda isə kollegiyanın
istənilən üzvünə etiraz edə bilər.
Maddə 43. Ekspertə, mütəxəssisə və ya tərcüməçiyə etiraz etmək üçün əsaslar
43.1. Bu Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda ekspertin,
mütəxəssisin və ya tərcüməçinin inzibati icraatda iştirakına yol verilmir.
43.2. Ekspert və ya mütəxəssis habelə aşağıdakı hallarda inzibati icraatda iştirak edə
bilməz:
43.2.1. işdə iştirak edən şəxslərdən və ya onların nümayəndələrindən xidməti və ya
sair cəhətdən asılı olduqda;
43.2.2. inzibati icraatın başlanılması üçün əsas olmuş materiallar üzrə təftiş
apardıqda və ya həmin materiallardan inzibati icraatda istifadə olunduqda.
Maddə. 44. Etiraz haqqında ərizələrə baxılması və həll edilməsi qaydası
44.1. Vəzifəli şəxsin özü-özünə etiraz etməsi və ya vəzifəli şəxsə etiraz etmə haqqında
ərizə iş üzrə inzibati akt qəbul olunana qədər yazılı formada verilməli və
əsaslandırılmalıdır.
44.2. Etiraz haqqında ərizəyə etirazın verildiyi vaxtdan ən geci bir gün müddətində
baxılmalıdır.
44.3. Etiraz haqqında ərizəyə etiraz edilən vəzifəli şəxsin birbaşa rəhbəri və ya həmin
izibati orqanın rəhbəri tərəfindən baxılır və müvafiq qərar qəbul edilir. İnzibati orqanın
rəhbərinə etiraz haqqında ərizəyə müvafiq nəzarət orqanı tərəfindən baxılır və qərar
qəbul edilir.
44.4. Kollegial orqanın üzvünə etiraz haqqında ərizəyə etiraz edilən vəzifəli şəxsin
iştirakı olmadan kollegial orqanın üzvləri tərəfindən baxılır və bu barədə səs çoxluğu ilə
müvafiq qərar qəbul edilir. 44.5. İnzibati orqan etirazla bağlı qərar barədə maraqlı şəxsə
bu Qanunla nəzərdə tutulmuş qaydada məlumat verməlidir.
44.6. Etirazla bağlı qərardan bu Qanunla müəyyən olunmuş qaydada şikayət verilə
bilər.
Maddə 45. İnzibati icraatda sübutlar
45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri
hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır.
45.2. İnzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə
vasitələrindən:
45.2.1. sənədlərdən;
45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından;
45.2.3. şahid ifadələrindən;
45.2.4. müvafiq müayinələrin aparılmasından;
45.2.5. ekspert rəylərindən;
45.2.6. hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş
arayışlardan;
45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna
bilər.
45.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
Maddə 46. Sübutların təqdim edilməsi və tələb olunması
46.1. İnzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən
edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar
barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar.
46.2. İşdə iştirak edən şəxsin zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda,
o, həmin sübutları tələb etmək barədə vəsatətlə inzibati orqana müraciət edir. Vəsatətdə
sübutların iş üçün əhəmiyyətli, əlamətləri və olduğu yer göstərilməlidir. İnzibati orqan
həmin sübutları tələb etməyə və onların təqdim olunmasını təmin etməyə borcludur.
46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb
olunması qadağandır.
Maddə 47. Sübutların qiymətləndirilməsi
47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi
hallara müvafiq olaraq qiymət verir.
47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı
əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın
qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə
borcludur.
Maddə 48. İnzibati icraatda müddətlərin hesablanması
48.1. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının
başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
48.2. Qanunla müəyyən olunmuş müddətin axını müddətin başlanğıcının təyin
edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
48.3. Müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar inzibati orqan
tərəfindən təyin edilir. 48.4. İnzibati orqan tərəfindən təyin edilmiş müddətin axını
həmin orqanın maraqlı şəxsi bu barədə məlumatlandırdığı andan və yaxud Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda müvafiq məlumatın
rəsmi elan olunduğu andan başlanır.
48.5. Müddətlər təqvim günləri ilə hesablanır.
48.6. Müddətin son günü qeyri-iş gününə düşərsə, növbəti iş günü müddətin
qurtardığı gün hesab olunur.
Maddə 49. Müddətlərin uzadılması
49.1. İnzibati orqan tərəfindən təyin edilmiş müddətlər maraqlı şəxsin ərizəsi üzrə
həmin orqan tərəfindən uzadıla bilər.
49.2. İnzibati orqan təyin edilmiş müddətə əməl olunmamasının nəticələri barədə
maraqlı şəxsləri xəbərdar etməyə borcludur.
Maddə 50. Müddətlərin bərpası
50.1. İnzibati orqan qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini
üzürlü hesab edərsə, maraqlı şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
50.2. Maraqlı şəxs bu Qanunun 50.1-ci maddəsində göstərilmiş səbəblər aradan
Dostları ilə paylaş: |