İnzibati İdarəetmə İxtisası: Dövlət və Bələdiyyə idarəetməsi Qrup: db20/2 Müəllim: Qurbanova Səidə



Yüklə 291,71 Kb.
səhifə12/15
tarix02.01.2022
ölçüsü291,71 Kb.
#47309
1   ...   7   8   9   10   11   12   13   14   15
menecmentin teskilati formaları(referat)

QAPALI SƏHMDAR CƏMİYYƏT

- Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və təsisçilərinin əksəriyyətinin razılığı ilə özgəninkiləşdirilə bilən cəmiyyət QSC sayılır;

-QSC buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə etmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz;

-QSC səhmlərini yalnız təsisçilər arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yaya bilər;

-QSC-nin səhmləri təsisçilər arasında bağlanmış müqaviləyə uyğun olaraq əldə edilir;

- MM-in 100.3-cü maddəsinə görə cəmiyyət illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün dərc etdirməlidir;

-QSC-nin səhmdarları həmin cəmiyyətin digər səhmdarlarının satdıqları səhmləri əldə etməkdə üstünlük hüququna malikdirlər. Əgər səhmdarlardan heç biri cəmiyyətin nizamnaməsində nəzərdə tutulan müddətdə, lakin satış elan olunduğu tarixdən etibarən 30 gün ərzində özünün üstünlük hüququndan istifadə etməzsə, sonrakı 30 gün ərzində səhmdar cəmiyyəti həmin səhmləri onların mülkiyyətçisi ilə razılaşdırılmış qiymətə özü əldə edə bilər. Səhmdar cəmiyyəti səhmləri əldə etməkdən imtina etdikdə və ya onların qiymətinə dair razılığa gəlinmədikdə, səhmlər üçüncü şəxsə özgəninkiləşdirilə bilər. Bu zaman səhmin satış qiyməti səhmdara və ya səhmdar cəmiyyətinə təklif edilən qiymətdən aşağı olmamalıdır. Əgər nizamnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, qapalı səhmdar cəmiyyətinin səhmləri səhmdar olan fiziki şəxsin vərəsələrinə və ya hüquqi şəxsin hüquqi varisinə keçir;

- QSC-lərdə səhmdarların sayı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş həddi keçməməlidir, əks halda o, 1 il ərzində ASC-ə çevrilməli, bu müddət bitdikdən sonra isə, əgər onların sayı azaldılıb müəyyənləşdirilmiş həddə endirilməzsə, məhkəmə qaydasında ləğv edilməlidir;

-QSC-lərin iştirakçılarının say həddi 50 fiziki və hüquqi şəxlərdən ibarət müəyyən edilmişdir;

- QSC-nin nizamnamə kapitalının minimal həddi 2000 manat təşkil edir.

6.Birjalar


Yüklə 291,71 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin