7.Banklar
Bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən maliyyə-kredit təşkilatıdıd. Hüquqi status baxımından hüquqi şəxsdir.
Bank – pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, pulun emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyalarını yerinə yetirən iqtisadi təşkilatlardır.
Bankların əsas vəzifəsi kreditorlardan borc alanlara, alıcılardan satıcılara pul vəsaitinin yönəldilməsində vasitəçilik etməkdir.
Banklar keçirdikləri əməliyyatların xarakterinə görə emissiya və kommersiya, verilən kreditlərin xarakterinə görə uzunmüddətli və qısamüddətli, mülkiyyətin xarakterinə görə əsasən dövlət, səhmdar, kooperativ, bələdiyyə və qarışıq banklara bölünürlər. Bank sistemi pul vəsaitlərinin mərkəzləşməsini və onların borc kapitalına çevrilməsini tənzimləyir. . Mərkəzi (Milli) bank əsasən emissiya da daxil olmaqla ölkədə pul tədavülünün tənzimlənməsi fimksiyasmı yerinə yetirir. Mərkəzi (Milli) bank bir qayda olaraq dövlətə məxsus olur. Kommersiya banklan mənfəət əldə etmək üçün fəaliyyət göstərən müəssisələr kateqoriyasma aiddir.
Bank işinin təşkilində başlıca problem müştərilərə keyfiyyətli xidmətdir. Bank strukturlannın fəaliyyətinin mühüm xarakteristikalarmdan biri bank ödəmələrinin həyata keçirilməsidir. Bank ödəmələrinin üç növünü bir-birindən fərqləndirirlər:
bank daxili ödəmələr;
milli səviyyədə banklararası ödəmələr;
beynəlxalq səviyyədə banklararası ödəmələr.
Azərbaycan milli bankı Azərbaycan Respublikasının mərkəzi bankıdır. Konstitusiya və qanunlarla müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən Milli Bank müstəqildir və bu zaman onun fəaliyyətinə qanuna zidd təsir və müdaxilə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin ("Pul vahidi") II bəndində deyilir: "Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Milli Banka mənsubdur. Milli Bank dövlətin müstəsna mülkiyyətindədir". Konstitusiyaya əsasən Milli Bank dövlət hakimiyyətlərinin (qanunvericilik, icra, məhkəmə) heç birinə aid deyil. Bununla belə Milli Bank haqqında müddəanın Konstitusiyanın "Dövlətin əsasları" adlanan II fəslində verilməsi, onun xüsusi statuslu dövlət strukturu olmasına dəlalət edir. "Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda Milli Bankın digər dövlət orqanları ilə qarşılıqlı münasibətləri təsbit edilərək onun dövlətin bankı və maliyyə agenti rolunda hüquq və vəzifələri müəyyən edilmiş, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərinin, o cümlədən büdcə-vergi, qiymət-tarif, daxili və xarici borcun həcmi və idarə edilməsi məsələlərinin müzakirəsində onun iştirakı nəzərdə tutulmuşdur. Bu hüquqi norma dövlətin iqtisadi siyasətini həyata keçirən orqanlar arasında fəaliyyətin əlaqələndirilməsinə və mövcud imkanlardan daha səmərəli istifadə olunmasına xidmət edir.
Azərbaycan Respublikasının bank sistemi Azərbaycan Respublikasının Mərkəzi Bankından (bundan sonra mətndə — Mərkəzi Bank) və kredit təşkilatlarından ibarətdir. Mərkəzi Bank dövlətin mərkəzi bankıdır və onun fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və bunlara müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» və «Kredit İttifaqları haqqında» Azərbaycan Respublikası qanunları, Mərkəzi Bankın bunlara müvafiq olaraq qəbul edilmiş normativ aktları, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Jari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən kredit təşkilatları dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyildir və onlar kredit təşkilatlarının fəaliyyətinə qarışa bilməz. Kredit təşkilatları qanunla onların fəaliyyət növlərinə aid edilməyən fəaliyyəti həyata keçirməyə məcbur edilə bilməz. Kredit təşkilatlarının və dövlətin müvafiq öhdəlik götürdüyü hallardan başqa bütün digər hallarda kredit təşkilatları dövlətin, dövlət isə kredit təşkilatlarının öhdəlikləri üçün məsuliyyət daşımır. Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları bank fəaliyyətini Mərkəzi Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirə bilər. Depozit əməliyyatları yalnız banklar tərəfindən həyata keçirilə bilər. Bu Qanunun 3.4-cü maddəsi istisna olmaqla, digər müddəaları «Kredit İttifaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və digər qanunvericiliyə müvafiq olaraq lisenziyalaşdırılan və tənzimlənən kredit ittifaqlarına və başqa bank olmayan kredit təşkilatlarına şamil olunmur. Bu Qanunun 3.3-cü maddəsində göstərilən bank olmayan kredit təşkilatlarının bank fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsi qüvvədə olan qanunvericilik və Mərkəzi Bankın normativ xarakterli aktları ilə həyata keçirilir. Bank olmayan kredit təşkilatlarına rəhbərlik edən işçilərin peşə ixtisasına və təcrübəsinə dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir.
Müasir bankçılıq böyük bir ehtimalla 1587-ci ildə Venesiyada başlamış sayıla bilər. Bu tarixdə Venesiyada Banco de Rialto qurulmuşdu. Bu bankda pul qəbul edilir və hesabı olanların, lazım olduğu zaman pullarının qarşılığında çek yazmaları sistemi tətbiq olunurdu.
İngiltərədə 1694-cü ildə "İngiltərə Bankı" (Bank of England) qurulana qədər, zərgərlər bankir olaraq xidmət edirdilər.
ABŞ-da ilk bank 1782-ci ildə Konqresin xüsusi qanunu ilə Filadelfiyada qurulan "Şimali Amerika Bankı"dır (Bank of North America).
Dostları ilə paylaş: |