İnzibati İdarəetmə İxtisası: Dövlət və Bələdiyyə idarəetməsi Qrup: db20/2 Müəllim: Qurbanova Səidə


İnvestisiya kompaniyaları və fondları



Yüklə 291,71 Kb.
səhifə15/15
tarix02.01.2022
ölçüsü291,71 Kb.
#47309
1   ...   7   8   9   10   11   12   13   14   15
menecmentin teskilati formaları(referat)

8.İnvestisiya kompaniyaları və fondları.

İnvestisiya kompaniyaları və fondlanna mənfəət əldə etmək məqsədilə özünün və özgə kapitalını cəmləşdirərək maksimum effektliklə istehsala investisiya edən maliyyə idarələri (müəssisələri) aiddir.

1) Əmanətçilərdə olan vəsaitləri cəmləşdirmək və bunu fəaliyyətdə olan istehsalatlara qoymaqla belə investisiyalar hesabma mənfəət əldə etmək (və bu mənfəətdən əmanətçiyə gəlir ödəməklə) üçün yaradılan müəssisələr.

Belə investisiya müəssisələrində effektə cəlb edilən vəsaitin müxtəlif istiqamətli fəaliyyətlərə yönəldilməsi yolu ilə nail olunur. Bu risk dərəcəsini əhəmiyyətli dərəcədə azaldır. Lakin, bunun üçün kapital qoyulması planlaşdınlan kompaniyanın maliyyə vəziyyəti haqqında hərtərəfli və obyektiv informasiyaya malik olmaq və onun maliyyə "sağlamlığındakı mümkün dəyişiklikləri proqnozlaşdırmaq lazımdır.

2. Kapitalın təmərküzləşdirilməsi və gələcəkdə ondan hər hansı bir layihənin reallaşdırılmasında, o cümlədən, regional səviyyədə istifadə etmək üçün yaradılan müəssisə. Bu halda aşağıdakılar mümkündür:

a) layihənin reallaşdırılması dərəcəsinə görə səhmdar cəmiyyətə transformasiya edilən investisiya fondları, məsələn, avtomobil kompleksinin təsis edilməsi və onun fəaliyyətinin təşkili üzrə layihəni reallaşdırmaq üçün;

b) müəyyən regionun ərazisindəki konkret layihələri həyata keçirmək üçün yalnız kapital axatanşı və cəlb edilməsi üzrə.

“İnvestisiya fondu səhmdar və ya paylı investisiya fondu formasında yaradılan, vəsaitlərin cəlb edilib mənfəət əldə edilməsi məqsədi ilə investisiya bəyannaməsində nəzərdə tutulmuş qaydada yatırılması ilə məşğul olan maliyyə qurumudur.

 

Səhmdar investisiya fondu səhmdar investisiya fondu fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti səhmlərinin yerləşdirilməsindən əldə edilən pul vəsaitlərinin investisiya bəyannaməsi ilə nəzərdə tutulmuş qaydada qiymətli kağızlara və digər əmlaka yatırılmasından mənfəət əldə edilməsi olan açıq səhmdar cəmiyyətidir.



 

Paylı investisiya fondu ümumi paylı mülkiyyət hüququ əsasında investisiya fond paylarının sahiblərinə məxsus və investisiya fondunun idarəçisinin idarəetməsində olan əmlak toplusudur. Paylı investisiya fondu hüquqi şəxs statusuna malik deyil və onun aktivləri paylarının satışından daxil olan pul vəsaitlərindən, həmin vəsaitlərin investisiyası nəticəsində əldə olunan digər aktivlərdən ibarətdir. Paylı investisiya fondu açıq, qapalı və interval formada yaradıla bilər.

-İnvestisiya fondunun idarəçisi müstəsna olaraq investisiya fondlarının idarə edilməsi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyət növü üzrə lisenziyaya malik hüquqi şəxsdir. İnvestisiya fondunun idarəçisi investisiya fondunu səhmdar investisiya fondu və ya pay sahibləri ilə bağlanılmış idarəetmə müqaviləsi əsasında səhmdarların və ya pay sahiblərinin maraqlarına uyğun olaraq idarə edir.

 

-İnvestisiya fondunun idarəçisinin vəzifələri aşağıdakılardır:



fondun aktivlərini formalaşdırmaq və idarə etmək;

-investisiya fondunun aktivlərinin ümumi dəyərinin, hərəkətinin və tərkibinin uçotunu aparmaq, habelə payların cari dəyərini hesablamaq;

paylı investisiya fondunun aktivlərinin ayrıca mühasibat uçotunu aparmaq və qanunvericiliklə müəyyən olunmuş qaydada maliyyə bazarlarına nəzarət orqanına hesabatlar təqdim etmək;

-investisiya fondunun aktivlərinin dəyərini, hərəkətini və tərkibini depozitarlarla üzləşdirmək:

-ayda azı bir dəfə səhmdar investisiya fondunu və ya paylı investisiya fondunun pay sahiblərini fondun xalis aktivlərinin tərkibi və dəyəri, habelə idarəetmə müqaviləsinə və ya fondun qaydalarına uyğun olaraq bir payın cari dəyəri haqqında müntəzəm olaraq məlumatlandırmaq.

-İnvestisiya fondunun idarəçisi isə müstəsna olaraq investisiya fondlarının idarə edilməsi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyət növü üzrə lisenziyaya malik hüquqi şəxsdir;

9.Müqavilə birlikləri.

Azərbayean Respublikasmm Mülki Məclisində deyilir ki, öz sahibkarlıq fəaliyyətini koordinasiya etmək, həmçinin ümumi əmlak maraqlarmı qorumaq məqsədi ilə kommersiya təşkilatları müqavilə üzrə öz aralarmda qeyri- kommersiya təşkilatlan olan assosasiyalar və ittifaqlar formasmda birliklər yarada bilərlər. Əgər, iştirakçıların qərarı ilə assosasiyaya (ittifaqa) sahibkarlıq fəaliyyəti aparmaq hüququ həvalə olunarsa belə assosasiya (ittifaq) təsərrüfat cəmiyyətinə və ya yoldaşlığma çevrilir. Çünki, sahibkarhq fəaliyyətini həyata keçirmək üçün təsərrüfat cəmiyyətləri yaradıla bilər və ya bu cəmiyyətdə iştirak edə bilərlər.

Müəssisələr birliyinə assosasiyalar, konsemlər, konsersiumlar, sahələrarası və regional ittifaqlar, maliyyə-sənaye qrupları, Holdinq kompaniyaları və s. aiddir.

Istənilən formada müəssisələr birliyinin təşkili və fəaliyyət göstərməsi aşağıdakı əsas prinsiplərə əsaslanmalıdır:



  • iqtisadi maraqlarm ümumiliyi əsasmda biıliklərin könüllüyü;

  • birgə fəaliyyətdə iştirakçıların hüquq bərabərliyi;

  • birliyin təşkilatı formasınm seçilməsində sərbəstlik;

  • iştirakçılarm və bütünlükdə birliyin özünü idarəetməsi;

  • iştirakçılar arasındakı münasibətlərin müqavilə əsasmda təşkili.


İstifadə olunmuş ədəbiyyat.

Az.nsp.ie.org

Benefisior.org

Kriptoinvest.az

Cbar.az

Ağasəf M.İmranın “Menecment”kitabından

H.Həsənov və K.A.Şahbazov “Menecment”dərsliyi

az.wikipedia.org



arrow-tv.ru
Yüklə 291,71 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin