İpf-b17 Optimallaşdırma üsulları



Yüklə 448,42 Kb.
Pdf görüntüsü
səhifə12/23
tarix03.05.2023
ölçüsü448,42 Kb.
#106612
1   ...   8   9   10   11   12   13   14   15   ...   23
AU Riy ve inf kaf fenlerin tesviri

 
 


İPSF-B01
İqtisadi riyazi modellər - 5 kredit (76 saat)
İqtisadi sistem, proses və hadisələrin mürəkkəbliyi, onların inkişafına obyektiv və 
subyektiv amillərin təsiri, iqtisadi müşahidə və ölçmələrin çətinliyi, bir çox iqtisadi 
hadisələrin bilavasitə ölçülməsinin mümkünsüzlüyü məhz riyazi modelləşdirmə 
metodologiyasını tələb edir. İqtisadi-riyazi modelləşdirmə (İRM) bazar 
iqtisadiyyatının bir sıra tətbiqi məsələlərinin həlli, həmçinin sosial-iqtisadi hadisə 
və proseslərin nəzəri tədqiqi üçün səmərəli vasitədir. İqtisadi-riyazi modellər və 
üsullar iqtisadi sistemlərin fəaliyyəti qanunauyğunluqlarının qurulması, idarəetmə, 
proqnozlaşdırma, biznes, bank işi və iqtisadiyyatın başqa bölmələrində rast gəlinən 
proses və hadisələrin məntiqi – riyazi münasibətlər sistemi şəklində formal ifadə 
edilməsidir. İRM fənninin tədrisində məqsəd həm də tələbələri müasir iqtisadi-
riyazi vasitələrlə tanış etmək, makro və mikroiqtisadiyyatın ədədi təhlili, iqtisadi-
riyazi modelləşdirmə əsasında optimallaşdırma üsulları və qərarqəbuletmə üçün 
praktik vərdişlərin yaradılmasıdır.
İPF-B20, İPF-B21
Diskret riyaziyyat və riyazi məntiq I, II - 8 kredit (90 saat ) 
Diskret riyaziyyat – sonlu və ya hesabi sayda qiymətlər ala bilən dəyişən 
kəmiyyətlərlə bağlı riyazi modelləri öyrənən elmdir. Qeyd olunan fənn çoxluqlar 
nəzəriyyəsinin elementlərini və çoxluqlar üzərində əməllərlə bağlı cəbr, cəbri 
strukturlar, kombinator analiz, qraflar nəzəriyyəsi və sonlu avtomatların əsası olan 
analiz və sintez məsələlərinin həll üsullarını əhatə edir. Burada sonlu elementlər 
çoxluğunda münasibətlər, xüsusi halda binar münasibətlərin verilməsi üsulları, 
onun xassələri, cəbri strukturlarda müxtəlif sayda əməllərin köməyilə düzəldilən 
cəbrlər öyrənilir.
Riyazi məntiq isə müstəqil riyazi fənn olmaqla birlikdə həm də diskret riyaziyyat 
bölməsinin əsas tərkib hissələrindən biridir. Çünki riyazi məntiqin əsas 
bölmələrindən olan müddəalar cəbri diskret qurğuları təsvir edən modellərin 
qurulması üçün əsasdır. Ona görə də burada əsas yeri məntiq cəbri - müddəalar 
cəbri tutur. Tədris prosesində əsasən müddəalar üzərində məntiqi əməllər və bu 
əməllərin köməyi ilə düzəldilən düsturlar (mürəkkəb müddəalar), eynigüclü 
düsturlar, bul funksiyaları, bul funksiyalarının düsturla realizələri, ikili bul 
funksiyaları, bul funksiyalarının dizyunktiv və konyunktiv normal forma (DNF və 
KNF) düsturlarına ayrılışı, bul funksiyalarının qapalı və dolu (tam) sistemi, bul 


funksiyalarının minimumlaşdırılması, bul funksiyalarının tətbiqləri, məntiqi 
şəbəkələrin öyrənilməsi və s. araşdırılır. Bundan əlavə, predikatlar məntiqinin 
(qeyri- formal) bir sıra elementləri də öyrənilir.

Yüklə 448,42 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin