İpf-b17 Optimallaşdırma üsulları


İPSF-B02 Oyunlar nəzəriyyəsinin elementləri -



Yüklə 448,42 Kb.
Pdf görüntüsü
səhifə20/23
tarix03.05.2023
ölçüsü448,42 Kb.
#106612
1   ...   15   16   17   18   19   20   21   22   23
AU Riy ve inf kaf fenlerin tesviri

İPSF-B02
Oyunlar nəzəriyyəsinin elementləri - 5 kredit (76 saat) 
Oyunlar nəzəriyyəsi konfliktli şəraitdə riyazi modellərin qurulması və yaranan 
məsələlərin həll metodlarının işlənməsi ilə məşğul olur. Tədris olunan kursda oyun 
əvvəlcə modellərinin təsnifatı, koalisiyasız oyunların ümumi sxemi verilir. Sonra 
iki şəxsin sıfır cəmli (antoqonist) oyununa - matris oyunlara baxılır. Matris oyunun 
xalis və qarışıq strategiyalarda həll anlayışları verilir, yəhərvari nöqtə anlayışı 
daxil edilərək onlar arasındakı əlaqə izah olunur. Daha sonra oyunlar 
nəzəriyyəsinin əsas teoremi şərh edilir və optimal strategiyaların xassələri
strategiyaların üstələmə xassəsi öyrənilir. Bu xassələr əsasında ümumi şəkildə 
matris oyunların həlli üçün münasibətlər verilir, 2x2, mx2, 2xn şəklində matris 
oyunların həlli üsulları və matris oyunlarla xətti proqramlaşdırma arasındakı əlaqə
göstərilir. Xüsusi halda simmetrik oyunlara da baxılaraq, həlli haqqında teorem 
izah edilir. Nəhayət, bimatris oyunların tərifi, həll anlayışı verilir, tarazlıq şərtləri, 
Neş teoremi şərh olunur. Tədris prosesi boyunca mövzular praktik tapşırıqlar ilə 
möhkəmləndirilir. 


İPF-B20
Analizin və cəbrin ədədi üsulları - 6 kredit (90 saat) 
Elmin və texnikanın demək olar ki, bütün məsələlərinin həlli hesablama riyaziyyatı 
ilə bağlıdır. Çox az sayda məsələlər var ki, onların dəqiq həllini tapmaq üçün 
alqoritm vardır. Ona görə də bir çox məsələlərin həllində təqribi metodlardan 
istifadə edilir. Xüsusilə EHM-lərdən istifadə edərək məsələləri həll etdikdə 
hesablama riyaziyyatı əsas yeri tutur. Xətaların hesablanması, tənliklər və tənliklər 
sisteminin təqribi həlli, funksiyaların interpolyasiyası, təqribi diferensiallama və 
inteqrallama, adi və xüsusi törəməli diferensial tənliklər üçün qoyulmuş 
məsələlərin, ədədi üsullarla inteqral tənliklərin təqribi həlli və başqa məsələlər 
analizin və cəbrin ədədi üsulları fənnində öyrənilir.

Yüklə 448,42 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin