Kursu başa vuran tələbələr (CASE-vasitələri mənimsəyərək) verilənlər bazalarını
layihələndirir, informasiya sisteminin əsasını təşkil edən verilənlər bazalarını SQL
dili vasitəsi ilə idarə edir, obyekt yönümlü və visual proqramlaşdırma
dillərinin
əsaslarını öyrənərək klient proqramlarının qrafik interfeysini qurmağı bacarırlar.
İPSF-B01
Kompüter şəbəkələri - 4 kredit (60 saat)
Kursda iştirak edən tələbələrə lokal və qlobal şəbəkələrin qurulması, şəbəkələrdə
yarana biləcək problemlərin həlli yolları şərh ediləcəkdir.
Burada həmçinin
kompüterdə şəbəkə kartları, UTP kabellərin növləri və şəbəkəyə aid proqramların
təhlili məsələlərinə baxılacaqdır.
İPF-B17, İPF-B18
Hesablama üsulları I, II - 7 kredit (90 saat)
Bir çox hallarda praktikada qarşıya çıxan məsələlərin analitik həlli ya mümükün
olmur ya da çox mürəkkəb olur. Bu problemlərin aradan qaldırılması üçün təqribi
həll üsullarının kompüterdə realizasiyası ən geniş yayılmış həllərdən biridir. Bu
kursda da təqribi həll üsullarının
müxtəlif məsələlərə tətbiqi, proqramlaşdırma
dilləri və alqoritmlərin hazırlanması texnologiyaları fənlərində öyrənilən bilikləri
tətbiq etməklə məsələlərin həllinin kompüterdə realizasiyası
problemləri
öyrəniləcək. Burada Matchad və Matlab ploqram paketinin imkanlarının öyrənilib
tətbiqi də nəzərdə tutulur.
Dostları ilə paylaş: